Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə15/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Sığorta vasitəçiləri –sığorta vasitəçiliyi əsasən üç formada həyata keçirilir.

Sığorta müddəti – sığorta müqaviləsinin təqvim müddətidir.

Sığorta agentləri, sığorta şirkətləri sığorta etmə işini birbaşa və ya agentlər vasitəsilə yerinə yetirirlər.

Sığorta agenti hər hansı hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər.Sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərilmək şərtilə agentlərə də verilə bilər.

İkinci dərəcəli agent sığortaçı ilə müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.İkinci dərəcəli agentlərə sığorta müqaviləsi bağlamaq və sığorta haqları qəbul etmək səlahiyyəti verilmir.

Produktor – həm sığortalı, həm də sığortaçıya münasibətdə bitərəf olan, sığortalıya müqavilənin şərtlərini aydınlaşdırmaqda köməklik edən, sığorta hadisəsinin baş verməsinə təsir göstərə biləcək amilləri sığortaçıya bildirmək şərti ilə vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxslərdir.

Sığorta brokeri(makler, vasitəçi)– sığorta müqaviləsində sığortalını təmsil edən, sığorta müqaviləsinin imzalanması üçün hazırlıq işlərini həyata keçirən hüquqi (broker təşkilatı) və ya fiziki şəxsdir.

Frontinq – elə əməliyyatdır ki, sığorta müqaviləsini bir şirkət bağlayır, riski isə başqa sığortaçıya ötürür. Başqa sözlə frontinq elə razılaşmadır ki, ona əsasən bir şirkət başqasının işini öz üzərinə gö­türür. Bu razılaşma əsasən o vaxt əldə olunur ki, sığortaçı bazara gir­mək istəyir, amma onun özü və polisləri bazara buraxılmır. Bu halda şirkət yerli sığortaçıya müraciət edir, sığorta polisi əvəzində mükafat təklif etmək şərtilə ondan istifadə edir, sonra riski və sığorta haqla­rını özünə qəbul edir.

Mühazirə 3


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin