Karqo sığorta – nəqliyyat vasitələrinin öz dəyəri sığortalanmadan dəniz, hava və ya yerüstü nəqliyyatla daşınan yüklərin sığortasıdır.
Sığorta daxılı – yüksək sığorta risklərinin sığortalanması üçün öz ödəmə qabiliyyətinin təmin olunması üçün sığortaçıların öz aralarında bağladıqları saziş əsasında qarşılıqlı sığorta fəaliyyətinin təşkili formasıdır.
Kasko sığorta– daşınan yüklər sığortalanmadan gəminin və ya digər nəqliyyat vasitələrinin sığortasıdır.
Bonus-malus – bazis tarif stavkasına endirimlər sistemidir, əgər sığorta obyektinə münasibətdə sığorta riskinin həyata keçirilməsi müşahidə olunmayıbsa onun köməyi ilə sığortaçı sığorta mükafatını azaldır (bir ildən az olmayan müddətə); əgər sığorta obyektinə münasibətdə sığorta riskinin həyata keçirilməsi müşahidə edilibsə bazis tarif dərəcəsinə əlavələr sistemidir.