Sığorta mükafatı (haqqı) – bağlanmış sığorta müqaviləsi üzrə sığortalının ödənişdir.
Təkrarsığorta – sığortaçının bağlanmış sığorta müqaviləsinə müvafiq olaraq sığortaladığı risklərini bütövlükdə və ya onların bir hissəsini təkrar sığortaya verdiyi (riskin təkrar yerləşdirilməsi) iqtisadi münasibətlər sistemidir.Balanslaşdırılmış sığorta portfelinin yaradılması və sığorta əməliyyatlarının maliyyə sabitliyinin təmin edilməsi məqsədilə sığortaçı, sığorta məsuliyyətinin bir hissəsini sığorta hüquq münasibətləri üzrə razılaşdırılmış şərtlərlə digər sığortaçılara verir (güzəşt edir).
Riskin təkrar yerləşdirilməsi yalnız milli iqtisadiyyat səviyyəsində deyil, həm də təsərrüfat əlaqələrinin beynəlmiləlləşdirilməsi nəzərə alınaraq, artıq beynəlxalq xarakter almışdır. Sığorta işində ixtisaslaşmanın dərinləşməsi ilə əlaqədar xüsusi təkrar sığortasığorta şirkətləri qrupununformalaşmasına səbəb oldu. Aktiv (riskin ötürülməsi) və passiv (riskin qəbulu) təkrar sığortamövcuddur, onların əsasında reprositi (maraqların qarşılıqlı mübadiləsi) durur. Bundan əlavə, proporsional və qeyri-proporsional təkrar sığortanı tanıyan təsnifat hamı tərəfindən qəbul olunur.
Dostları ilə paylaş: |