Əmlak sığortasının obyekti şəxslərin əmlakıdır. Sığorta olunanın sahibi olduğu, istifadə etdiyi və ya kirayələdiyi əmlakı sığortalama hüququ vardır. Əmlak qismində yük, nəqliyyat vasitəsi, ev, heyvanlar və s. sığortalana bilər. Əmlak sığortası müqaviləsi adətən bir il müddətinə bağlanır. Sığorta obyekti əmlakın bir hissəsi də ola bilər.
Məsuliyyət sığortasında sığorta obyekti bir şəxsin digəri qarşısında (o cümlədən üçüncü şəxslər qarşısında) hər hansı fəaliyyət və ya fəaliyyətsizlik nəticəsində ona dəyə biləcək zərərə görə məsuliyyətidir. Məsuliyyət sığortası – sığorta obyekti kimi sığorta etdirən şəxsin fəaliyyəti və fəaliyyətsizliyi nəticəsində üçüncü şəxslərə (fiziki və ya hüquqi) dəyən zərərə görə bu şəxslərə kompensasiya verilməsini təmin edən sığorta sahəsidir.