Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Mühazirə 2. Sığortanın forma və növləri. Sığorta qanunvericiliyi



Yüklə 230,72 Kb.
səhifə3/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Mühazirə 2.

Sığortanın forma və növləri. Sığorta qanunvericiliyi

Sığorta fəaliyyətini təşkil edən əsas xidmət və işlərə aşağıda­kılar aiddir: qanunvericilik aktlarına müvafiq icbari sığorta,təkrar sığorta, könüllü sığorta.

Sığorta iki əsas sahədən-həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Sığorta növləri həm könüllü, həm də icbari formada aparıla bilər.

Həyat sığortası-sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır.

Qeyri-həyat sığortası – sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır.

Əhalinin sosial müdafiəsinə əlavə təminatların yaradılması, baş vermiş təbii fəlakət, bədbəxt hadisə, qəza nəticəsində vətəndaşların səhhətinə, əmlakına, habelə ətraf mühitə vurulan zərərlərin ödənilməsinin təmin edilməsi üçün konkret bir sahədə çalışan işçilər fərdi qəza üzrə, yaxud konkret bir sahənin əmlakı sığortaya məcburi qaydada cəlb edilə bilər. Belə sığortalar qanunvericiliyə uyğun olaraq müvafiq icbari sığorta qanunları əsasında həyata keçirilir. İcbari sığortanın şərtləri və aparılması qaydası icbari sığortanı tənzimləyən qanunla müəyyən edilir.

İcbari sığortanın növündən, sığorta obyektinin həcmindən, sığortanın əhatə dairəsindən, sığorta haqlarının ödənilməsi mənbəyindən asılı olaraq sığortaçı dövlət sığorta orqanı, müvafiq sığorta icazəsi olan bütün sığorta şirkətləri müəyyən edilə bilər.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin