Sığortanın növləri. Sığortaçılarla sığorta olunanlar arasında sığorta münasibətləri müəyyən növlərə uyğun olaraq həyata keçirilir. Sığorta obyektindən asılı olaraq sığortanın aşağıdakı növləri var: şəxsi sığorta; əmlak sığortası; məsuliyyət sığortası.
Şəxsi sığorta könüllü sığorta əsasında həyata keçirilən fəaliyyət sahələrindəndir. Şəxsi sığortada sığorta obyekti kimi insanın sağlamlığı, həyatı və əmək qabiliyyəti çıxış edir. Həyat sığortası, ölüm hallarının və əmək qabiliyyətinin itirilməsi üzrə sığorta, uşaqların sığortası, bədbəxt hadisələrdən sığorta isə şəxsi sığorta növləridir. Həyatın sığortası üzrə müqavilə fiziki şəxslərlə bağlanılır. Burada 3 amil əsas götürülür: sığortalananın yaşı, sığortalananın sağlamlıq səviyyəsi, sığortalananın vətəndaşlığı.