Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə8/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Kommersiya risklərinin sığortası. Sığortanın bu növünün mahiyyəti sığorta hesabına sahibkar bağlaşmalarının həyata keçirilməsi riskinin azladılmasından ibarətdir. Burada ən geniş yayılmış sığorta növü bank krediti riskidir. Kredit riskinin obyekti bank ssudası, öhdəlik, investisiya kreditidir (kapital qoyuluşunun kreditləşdirilməsi). Kredit geri qaytarılmadıqda kredit təşkilatı kreditin məbləğini tam və ya qismən kompensasiya edən sığorta ödənişi alır.

Sığorta o zamanicbari hesab olunur ki, qanunvericilikdə nə­zərdə tutulsun. Digər hallarda sığorta könüllü hesab olunur. Könüllü və icbari sığorta haqlarının nisbəti sığorta bazarında sığorta haqlarının forma strukturunu göstərir.

Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə əsasən sığorta fəaliyyətinə xüsusi razılıq (lisenziya) 5 il müddətinə verilir. Sığorta fəaliyyətinə nəzarət Azərbaycan Respublikası Prezi­denti, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Res­publikası Maliyyə Nazirliyi və səlahiyyətləri çərçivəsində digər döv­lət orqanları tərəfindən həyata keçirilir. Bu fəaliyyət dövlət siyasə­tinin sığorta fəaliyyəti sahəsində əsas istiqamətinin müəyyən olun­ması ilə yerinə yetirilir. Buraya respublika ərazisində sığorta qayda­larının tətbiqi; sığorta təşkilatlarının qeydiyyatı, yenidən qurulması və ləğvi; sığorta fəaliyyətinin lisenziyalaşdırılması; sığorta, təkrar sığorta, tarif siyasətinin qayda və prinsipləri; sığorta təşkilatlarının maliyyə sabitliyini təmin edən sığorta ehtiyatları və digər fondların yaradılmasına, yerləşdirilınəsinə, istifadəsinə qoyulan tələblər aiddir.

Sığorta işi subyektləri:

Hər bir ölkədə sığorta sahəsində münasibətlər həmin ölkənin qanunları və normativ aktları ilə tənzimlənir.



Azərbaycan Respub­likasının Mülki Məcəlləsinin 50-ci “Sığorta" Fəsli sığorta münasi­bətlərini tənzimləyir, sığorta münasibətlərinin subyektlərinin hüquq­larını və qanuni mənafelərini müdafiə edir. “Sığorta fəaliyyəti haq­qında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respub­likasında sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iş­tirakçılarının, o cümlədən, sığortaçıların, təkrar sığortaçılarin, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, ha­belə sığorta sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin hüqu­qi və iqtisadi əsaslarını müəyyən edir.

Azərbaycan Respublikasında sığorta fəaliyyətinin tənzimlən­məsi üçün bir sıra qanunvericilik aktları qəbul edilmişdir, bu sırada nəqliyyatla bağlı sənədlər də var:


  • “Sığorta haqqında” Azərbaycan Respub­likasının Qanunu – 25 iyun 1999-cu il;

  • “Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqın­da” Azərbaycan Respublikasının Qanunu – 31 may 1996-cı il;

  • “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu – 25 iyun 200üçüncü il.

Sığorta sahəsində aşağıdakı beynəlxalq terminlərdən istifadə edilir:


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin