Proporsional təkrar sığortahər bir riskin ödənilməsi üçün ona verilmiş payın əvvəlcədən şərtləşdirilmiş sedentin (sedent – öz tələbetmə hüququnu borclu olduğu üçüncü şəxsə verən hüquqi və fiziki şəxs)tutulma nisbətinə görə müəyyən edildiyini nəzərdə tutur (riskdə təkrar sığortaçının marağı əvvəlcədən qeydə alınıb).
Qeyri-proporsional təkrar sığortadariskin güzəşt edilməsi yalnız müəyyən limit daxilində baş verir. Bu zaman riskin təqdim olunmuş ödənilməsi üçün təkrar sığortaçı sedentdən orijinal sığorta mükafatının bir hissəsini alır (proporsional təkrar sığortada qəbul olunmuş, sığorta məbləğinə bərabər sığorta mükafatının bir hissəsini yox).
Yaşıl kartavtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında eyniadlı beynəlxalq müqavilə və sığorta vəsiqələri sisteminin adıdır. Belə adlanma sığorta polisinin forması və rəngi ilə əlaqədardır. “Yaşıl kart” 1949-cu ildən tətbiq olunur. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası icbari olmayan ölkələr yaşıl kart sisteminə daxil deyil.
Sığorta pulu(ing. pool –birlik). Müəyyən risklərin birgə sığortalanması üçün sığorta şirkətlərinin birliyidir, əsasən sığortalanmaya iri və təhlükəli risklərin qəbuluzamanı yaradılır. Pulun fəaliyyəti sığorta prinsipi əsasında qurulur. Adətən, riskləri sığortaya qəbul edən kompaniya pulun bütün üzvləri adından, onların burada iştirak payından asılı olaraq vahid polis verir. Qəbul edən kompaniya “ümumi fayda və ya ümumi hesaba görə” belə risklərin təkrar sığortasını apara bilər.
Sığorta pulunun ümumi struktur sxemi şəkil 1-də təqdim olunub.