Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə14/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Şərtlifranşizada– zərər müqavilə ilə müəyyən edilmiş franşizanın ölçüsündən çox deyilsə, sığorta ödənişi verilmir. Əgər zərər müqavilə ilə müəyyən edilmiş franşizanın ölçüsündən çoxdursa sığorta ödənişi tam həcmdə ödənilir.

Şərtsizfranşizada– bütün hallarda sığorta ödənişindən müqavilə ilə müəyyən edilmiş franşiza çıxılır. Şərtsiz franşiza sığortalanmış əmlakın sığorta təminatının səviyyəsini müəyyən mənada azaldaraq, iqtisadi əhəmiyyəti olmayan xırda ödənişlərin sayını kəskin surətdə azaltmağa imkan verir və bununla da sığorta fondunun səpələnməsinə mane olur. Franşizanın tətbiqinin əsas şərti riskli müqavilənin bağlanması və ya istənilən digər sığorta müqaviləsi üzrə riskli şəraitin olmasıdır.

Franşiza vətəndaşlara məxsus avtomobillərin kombinəedilmiş sığorta müqaviləsi bağlandıqda tətbiq edilir. O iki variantda aparılır: zərərin tam ödənilməsi ilə, ödənişin müəyyən edilmiş ölçüdə azaldılması ilə − şərti franşiza ilə aparılması vaxtı. Franşizanın ölçüsündə həm avtomobilə, həm də baqaja dəyən ziyanın məbləği nəzərə alınır.



Sığorta polisi– sığortaçının sığortalıya (sığorta olunana) ver­diyi müəyyən formalı sənəddir, bağlanmış sığorta müqaviləsini təs­diq edir və onun şərtlərini əks etdirir.

Syurveyer– sığortaya qəbul edilən əmlakın baxışını həyata ke­çirən inspektor və ya sığorta agentidir, daha doğrusu sığorta cəmiyyə­tinin qiymət qoyanıdır. Syurveyerin işi əsasında sığorta şirkəti sığorta müqaviləsinin bağlanması haqqında qərar qəbul edir.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin