Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Sığortanın iqtisadi kateqoriyasını aşağıdakı əlamətlər xarakterizə edir



Yüklə 230,72 Kb.
səhifə2/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Sığortanın iqtisadi kateqoriyasını aşağıdakı əlamətlər xarakterizə edir:

  • yenidən bölüşdürmə münasibətlərinin mövcudluğu;

  • sığorta riskinin mövcudluğu;

  • sığorta cəmiyyətinin sığortaçı və sığortalılardan formalaşdırılması;

  • fərdi və qrup sığorta maraqlarının uyğunluğu;

  • zərərə görə bütün sığortalıların həmrəy cavabdehliyi;

  • zərərin qapalı paylanması;

  • zərərin məkan və zamana görə paylanması;

  • sığorta ödəmələrinin dönərliliyi;

  • sığorta fəaliyyətinin öz xərcini ödəməsi.

Fərdi istehsal səviyyəsində sığorta risk, maliyyələşdirmənin yüngülləşdirilməsi, xəbərdarlıq, sığortalanan risklərinə diqqətin cəmlənməsinin mümkünlüyü kimi funksiyaları daşıyır. Xalq təsərrüfatı səviyyəsində sığortanın funksiyaları ictimai istehsalın fasiləsizliyinin təmini, dövlətin əlavə maliyyə xərclərindən azad edilməsi, stimullaşdırma (həvəsləndirmə), vətəndaş məsuliyyəti münasibətləri sistemində zərər çəkmiş şəxslərin maraqlarının müdafiəsidir.

Sığorta fəaliyyəti ekvivalentlik və təsadüfilik prinsipinə əsaslanır.

Sığortanın ekvivalentlik prinsipi sığorta şirkətinin gəlirləri ilə xərclərinin tarazlığında əksini tapır. Sığorta şirkətinin müflis olmaması üçün onun gəlirləri xərcləri ilə tarazlaşdırılmalıdır. Daha doğrusu sığorta haqları ilə şirkətin mənfəəti, sərf etdiyi vəsaitlər və sığorta məbləğlərinin ödənişi balanslaşdırılmalıdır. Sığortanın təsadüfilik prinsipinin mahiyyəti ondan ibarətdir ki, sığortalanan hadisə tam təsadüfi və gözlənilməz xarakterli olmalıdır. Daha doğrusu hadisənin olub-olmayacağı və yaxud baş vermə vaxtı məlum olmamalıdır. Düşünülərək edilmiş hərəkətlər sığortalana bilməz.

Sığortanın yaranmasına tələbat ticarət, iqtisadi, vətəndaş və hüquqi münasibətlərin yaranması ilə meydana gəlmişdir. Həm müəssisələr, həm də fərdi şəxslər müxtəlif xarici təxmin olunmayan hallardan yarana biləcək itkiləri həmişə azaltmağa çalışırdılar. Ona görə risklərin təsirinin azaldılması tələbinin yaranması ilə dəyən zərərin ödənilməsini öz üzərinə götürən xüsusi şəxslər və təşkilatlar meydana çıxmağa başladı.

Sığorta bazarında sığorta xidməti əmtəə kimi çıxış edir.

Sığorta bütün dövrlərdə gəlirli iş hesab edilib, bu onun dünyanın bir çox ölkələrində inkişaf etməsinə səbəb olmuşdur. Ənənəvi olaraq sığortanın üç istiqaməti fərqləndirilir: əmlakın sığortalanması, məsuliyyətin sığortalanması, şəxsi sığortalanma. İqtisadi əlaqələrin inkişafı və sahibkarlığın aktivləşməsi qloballaşma prosesi sürətləndirdi, bu isə öz ardı ilə, artıq məlum olan sığorta münasibətlərinin inkişafına, həm də sığortanın yeni növlərinin yaranmasına səbəb oldu.

Kapitalizmdən əvvəlki cəmiyyətdə sığortanın əsas formasıhəm quru, həm də dəniz yol, səyyar ticarət sahəsində birdəfəlik sazişlərlə bağlanmış qarşılıqlı sığorta yardımı idi. Sazişlər mallara və nəqliyyat vasitələrinə aid olurdu, nəqliyyat vasitələri kimidəniz gəmiləri və yükdaşıyan heyvanlar çıxış edirdi.

Dənizçilik sahəsindəqarşılıqlı itkilərin bölüşdürülməsi haqqında saziş, gəmi qəzalarından və digər dəniz təhlükələrindən qorunmaq üçün Avropanın, şimali Afrikanın və Dünyanın digər bölgələrində fəaliyyət göstərən gəmi-tacirləri arasında bağlanırdı.

Bütün hallarda qarşılıqlı sığorta yardımının və sığorta münasibətlərinin mövcud olmasının bir məqsədi var: ticarət, səyahət kollektivinin iştirakçılarının hər birinə təbii fəlakətlərdən və digər təhlükələrdən dəyən zərərin əlbir, bütün iştirakçıların hesabına ödənilməsini təmin etməkdir.

Sığortanın müasir variantına – sığorta fondunu formalaşdıran pul vəsaitlərinin toplanmasına keçid təxminən X-XI əsrlərdə baş verdi. İngiltərədə qarşısı alına bilməyən hadisələrdən dəyən zərərin birgə ödənilməsi məqsədləri üçün müəyyən pul vəsaitlərini toplayan peşəkar gildiyalar (birliklər) yaradıldı.

Rusiyada sığorta münasibətlərinin yaranması həmin dövrdə, icmanın üzvü öldürüldükdə onun varisinə ödəmək üçün, icmanın xəzinəsinə müəyyən məbləğdə pul ödənişlərinin edilməsi ilə baş verdi.

XIII əsrin əvvələrində Almaniyanın Brukke şəhərində əmlakı sığorta edən «Sığorta» palatası yaradılmışdır.

Fəaliyyəti əmlak sığortasına yönəldilmiş ilk sığorta cəmiyyətləri (səhmdar və qarşılıqlı), İngiltərədə XVII əsrin 80-ci illərdə (1666-ci ildə Londonda baş verən və 70 min nəfərin həlak olduğu yanğından sonra) meydana çıxmağa başladı.

1601-ci ildə qəbul edilmiş Hüquqi akt sığortanın inkişafına ilk dövlət dəstəyi kimi hesab edilir, ona əsasən dəniz hadisələri zamanı mübahisələri araşdırmaqla məşğul olan xüsusi məhkəmələr yaradıldı. Az sonra beynəlxalq sığorta hüququnda ilk sığorta şirkəti olan "Lloyd Assosiasiyası" sığorta şirkəti rəsmən qeydiyyatdan keçdi.

Azərbaycanda sığorta yalnız XIX əsrin ortalarında tətbiq edilməyə başlamışdır. Xarici investisiyanın neft sənayesinə cəlb edilməsi ilə əlaqədar olaraq sığorta işinin yüksəlməsi və inkişafı başlayır. Sığortanın əsas formalarından biri könüllü sığorta idi. Sığorta işi səhmdar cəmiyyəti və birgə sığorta cəmiyyətləri tərəfindən həyata keçirilirdi.

Həmin dövrdə Azərbaycanda xarici ölkələrin sığorta şirkətlərinin filialları (şöbələri) fəaliyyət göstərməyə başlayırdı. Belə ki, İngiltərənin sığorta şirkəti gəmilərin sığortası ilə, Almaniyanın və Rusiyanın sığorta şirkətləri isə gəmi və yüklərin sığortası ilə məşğul olurdular. Artıq 1912-ci ildə Azərbaycanda 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərirdi.

Sığorta işinin harada və hansı ölkədə inkişaf etməsindən asılı olmayaraq, sığortalanmanın diferensiasiyası və ixtisaslaşması lazımi qədər yüksək səviyyəyə çatdıqdan sonra sığortalanmanın – inteqrasiya, iriləşmə, komplekslik, müxtəlif növlərin, əmlak və şəxsi variantların əlaqələndirilməsi istiqamətlərinininkişafı qüvvətlənməyə başlayır. Sığortalanmanın "beynəlmiləlləşməsi" və xarici sığorta bazarları uğrunda mübarizənin kəskinləşməsi xarakterik olur.

İlk avtomobil sığortası 1898-cı ildə ABŞ-ın “Travelers İnsurance Company” kompaniyası tərəfindən aparılıb. Məhz həmin gün avtomobil seqmentində sığorta biznesinin başlanğıcı hesab olunur. Avtomobilini sığortalayan ilk şəxs isə ABŞ vətəndaşı Trumen Martin olmuşdur.




Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin