Sosial sığorta. Sosial sığorta sosial təminatın tərkib hissəsi olmaqla onun fоrmаlаrındаn biridir. Sosial sığortadövlətin sosial sahədəki siyasətinin ayrılmaz tərkib hissəsidir.Sosial sığorta fondlarının yaradılması və istifadəsində həmkarlar ittifaqlarının və digər ictimai təşkilatların fəal rol oynaması vacibdir. Sosial sığortanın ən vacib vəzifəsi əmək ehtiyatlarının təkrar istehsalı üçün vacib olan şərtlərin yaradılmasıdır.
Sosial sığorta sistemi iki hissədən ibarətdir:
birinci hissə müalicəvi tədbirlərin həyata keçirilməsi də daxil olmaqla işçilərin əmək qabiliyyətinin qorunması və bərpasını təmin edir;
ikinci hissə əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxslərin maddi еhtiyaclаrını təmin edir.
Sosial sığortanın konkret növlərinə − yaşlılığa görə pensiya sığortası, əlillik üzrə, ailə başçısının itirilməsi üzrə sığorta, əhalinin bu və ya digər təbəqəsində konkret iş qabiliyyətinin sığortalanması aiddir.