Azərbaycan Texniki Universiteti Paşazadə Elvin Malik oğlu Qrup: 312a5 fb com/cinusoid add me; twitter com/cinusoid instagram com/cinusoid



Yüklə 63,08 Kb.
səhifə7/10
tarix27.11.2022
ölçüsü63,08 Kb.
#70873
1   2   3   4   5   6   7   8   9   10
referat 2754

Sərbəst iş №7
Dağlıq Qarabağ muxtar vilayətinin yaranması
Ədəbiyyat
1. Azərbaycan tarixi. 7 cilddə, VII cild. B. 2000 il., s.9-200; 250-406.
2. Siyasi tarix (müharibə kursu) I hissə. B., 1995. s. 241-267.
3. Siyasi tarix (dərs vəsaiti) II h. B., 1998. s. 5-33

1921-ci il iyulun 4-də RK(b) MK Qafqaz bürosu plenumunun iclasında Qafqaz məsələsi müzakirə olunarkən plenum qərara aldı: «Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin rəy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin». Belə olan halda N.Nərimanov bəyanatla çıxış etdi: «Qarabağ məsələsi Azərbaycanın mühüm məsələsi olduğuna görə, onun qəti həllini RKP MK-ya çıxarılmasını zəruri sayıram».


Qafqaz bürosunun plenumu bəyanatı nəzərə alaraq yeni qərar qəbul etdi. N.Nərimanovun möhkəm prinsipial mövqeyi həlledici rol oynamışdır.
1921-ci il iyulun 19-da Azərbaycan MİK-nin Rəyasət heyəti N.Nərimanovun Tiflisə səfəri haqqında məruzəsini dinlədi. O, Azərbaycan MİK-ə təklif etdiki, əhaliyə geniş məlumat versinlər: «Dağlıq Qarabağ Sovet Konstitusi yası çərçivəsində başda icraiyyə komitəsi olmaqla, daxili özünüidarə hüququ verilməklə Sovet Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır».
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qərar Azərbaycan heç də hər yerində və ictimaiyyətin nümayəndələrinin hamısı tərəfindən razılıqla qarşılanmadı.
1921-ci il avqustun 8-də AK(b)P MK-nın Siyasi təşkilat bürosu Ə.H.Qarayevi Qarabağ üzrə fövqəladə müvəkkil təsdiq etdi. Sentyabrın 26-da isə səs çoxluğu qərara alında: «Qafqaz bürosundan xahiş edilsin ki, Dağlıq Qarabağa müxtariyyət verilməsi haqqında qərarına yenidən baxsın! Həmin vaxtadək muxtariyyət elan edilməsin.
Ona görə də Qarabğ məsələsinə dair yeni materialları cəlb etməklə məsələni bundan sonra da öyrənmək üçün Ə.H.Qarayev, S.M.Əfəndiyev və D.X.Bünyadzadədən ibarət xüsusi komissiya yaratmaq qərara alındı.
Komissiyanın uzun müddət işləməsindən və Dağlıq Qarabağın vəziyyəti haqqında müxtəlif məsələlərin dəfələrlə müzakirəsindən sonra, 1922-ci il oktyabr ayının 30-daAK (b)P MK-nın Rəyasət heyəti Qarabağın muxtariyyəti haqqında məsələnin işlənib hazırlanması üzrə komissiyanın S.A.Ağamalıoğlunun sədrliyi ilə tərkibini təsdiq etdi.
Dağlıq Qarabağın muxtariyyəti haqqında məsələ 1922-ci ilin noyabrında AK(b)P MK-nın və Bakı Komitəsinin plenumunda məsul işçilərin iştirakı ilə müzakirə olundu. Daha sonra Qarabağ haqqında məsələ 1922-ci il dekabrın əvvəlində RK(b)P Zaqafqaziya Ölkə Komitəsində müzakirə edildi.
1922-ci il dekabrın ayının 15-də AK(b)P MK-nın Rəyasət heyəti və Xalq Komissarları Soveti Dağlıq Qarabağ haqqında Azərbaycan MİK və XKS-nin qərar layihəsini təsdiq etdi.
Qarabağ probleminin iqtisadi, sosial-siyasi və mədəni cəhətlərinə mürəkkəbləyini nəzərə alaraq Dağlıq Qarabağ Muxtar vilayəti yaradılması məsələsinin qəti həlliin 1923-cü ilin yayındakı uzanması təsadüfi deyildi. 1923-cü ilin may ayında Qarabağ məsələsinin həllinə dair aşağıdakı təkliflərdən ibarət layihə irəli sürüldü: Dörd qəza ləğv edilib iki inzibati vahid – Şuşa mərkəz olmaqla Kürdüstanla birlikdə Dağlıq Qarabağ və Ağdam mərkəz olmaqla Düzən Qarabağ qəzaları yaradılsın: ümumi məsələlərin həlli və bütün Qarabağa ümumi rəhbərlik etmək üçün quberniya icraiyyə komitələri hüququnda vilayət partiya və sovet orqanları təşkil edilsin.
1923-cü il iyul ayının 7-də Azərbaycan SSR MİK «Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili haqqında» dekret Verdi. Dekretdə deyilirdi: «Hansı formada təzahür edir etsin, Milli zülmün və Milli bərabərsizliyin aradan qaldırılması, Milli düşmənçiliyin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi ilə vahid ittifaq dövlətində xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir».
Bu vəzifəni yerinə yeirmək üçün Azərbaycan Sovetlərinin Mərkəzi İcraiyyə Komitəsi qərara aldı:
1. Dağlıq Qarabağ ermənilər yaşayan hissəsində Xankəndi mərkəz olmaqla, Az SSR-in tərkib hissəsi kimi muxtar vilayət təşkil edilsin.
2. Muxtar Vilayəti idarəetmə orqanları Vilayət İcraiyyə Komitəsi yerli sovetlərdir.
Beləliklə, 1923-cü il iyul ayının 7-də Azərbaycan MİK-in denziti ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayayəti yaradıldığı elan edildi.
Bu «Xəyanətkar səxavətlilik» Azərbaycan millətinin mənafeyinə, Vətənin gələcəyinə cili, ağır ziyan vuran bağışlanmaz cinayət idi.
1920-ci illərdə gündəlikdə duran çox vacib məsələlərdən biri də Naxçıvanın statusu məsələsi idi. Naxçıvan məsələsinin Azərbaycan xeyrinə həll edilməsində Türkiyənin böyük rlu oldu. 1924-cü il fevral ayının 29-da Azərbaycanın tərkibində Naxçıvan MSSR yaradıldı. Beləliklə, Azərbaycan elinin əzəli və əbədi torpağı olan qədim Naxçıvanın muxtar respublika kimi Aərbaycanın tərkibində qalması təmin olundu.
Naxçıvan muxtariyyətinin yaradılması diyarın özünəməxsus coğrafi mövqeyi ilə də bağlı idi. O, Şimal və Şərqdən Ermənistanla, Cənub və Cənubi Qərbdən İran və Türkiyəilə həmsərhəddir.
Naxçıvanın Azərbaycanın himayəsi altında müxtar ərazis statusu SRFMR iştirakı ilə, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci il 13 oktyabrında Qarsda bağlanmış 20 maddədən ibarət dostluq müqaviləsində təsbit edildi.

Yüklə 63,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin