Azərbaycan Texniki Universiteti Paşazadə Elvin Malik oğlu Qrup: 312a5 fb com/cinusoid add me; twitter com/cinusoid instagram com/cinusoid



Yüklə 63,08 Kb.
səhifə5/10
tarix27.11.2022
ölçüsü63,08 Kb.
#70873
1   2   3   4   5   6   7   8   9   10
referat 2754

Sərbəst iş №5
Gəncə xanı Cavad xan
Ədəbiyyat
1. Azərbaycan tarixi.VII cilddə,III cild,Bakı,1999, səh.404-460.
2. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.57-59.
3. Əhmədbəy Cavanşir. Qarabağ xanlığlnın 1747-1806-cı illərdə siyasi vəziy-
yətinə dair. Qarabağnamələr. Bakı 1989,səh.157-174.
4. Kərim Ağa Fateh.Şəki xanlarının müxtəsər tarixi.Bakı.1959.
5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Qarabağnamələr.
Bakı, 1989. səh. 110-129
6. Axundov N.Qarabağ salnamələri.Bakı,1989.səh 7-214.
7.Dəlili N.Azərbaycanın cənub xanlıqları XVIII əsrin iknci yarısında. Bakı, 1979, səh.29-105

Nadir Şahın ölümündən sonra (1747) isə Azərbaycanda daha müstəqil və siyasi cəhətdən güclü xanlıqlar meydana çıxdı: Araz çayı ilə Kür çayı arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan ərazilərdə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayına qədər Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı öz varlığını saxlayırdı.Gəncə xanlığı Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəylik irsi olaraq XVII əsrdən Qacarlar tayfasının Ziyadoğlular tərəfindən idarə olunmuşdur. Gəncə istər hərbi-siyasi, istərsə də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edirdi.


Gəncə xanlığının əsasını II Şahverdi (1747-1760) qoymuşdur. Onun hakimiyyəti dövründə qonşu dövlətlər –Qarabağ xanlığı və Kartli-Kaxetiya çarları buraya hücumlar etmişdir. Hətta bir müddət Gəncə Kartli çarlarından asılı vəziyyətə düşmüşdür. II Şahverdinin oğlu Məhəmmədhəsən xanın dövründə (1760-1780) Gəncə Gürcü çarlarının asılığından qurtarır. Lakin 1780-ci ildə Məhəmməd Həsən xan öz qardaşı Məhəmməd tərəfindən öldürülür. Bu vəziyyətdən istifadəedən Qarabağ xanı İbrahim Xəlil xan və Gürcü çarı II İrakli yenidən Gəncəyə hücum edərək şəhəri alırlar. Şəhərə Qarabağ nümayəndəsi Həzrətqulu bəy və gürcü nümayəndəsi Keyxosrov Andronikşvili hakim təyin edilirlər. Bu vəziyyətdən zərər çəkən aşağı xalq kütlələri tezliklə işğalçılara qarşı mübarizəyə başlayırlar. 1783-cü ildə başlanan həmin hərəkəta Ziyadoğullar nəslindən olan Hacı bəy başçılıq edirdi.
Bu üsyana Qarabağ xanı İbarahimxəlil xan da kömək edirdi, çünki O, gürcülərin buradan qovulmasını istəyirdi. Lakin üsyançılar hər iki işğalçını Gəncədən qovurlar. Hacı bəy 1783-cü ilə qədər xanlığı idarə edir. Bu vaxt Şuşada əsirlikdə olan Ziyadoğlu nəslindən olan Rəhim bəy (1785-86) Gəncəyə qaçır və hakimiyəti ələ keçirir. Lakin Qarabağ və Gürcü hakimləri yenidən Gəncənin işlərinə qarışmağa başlayırlar. Nəticədə Ziyadoğlu nəslinin görkəmli nümayəndəsi Cavad xan (1786-1804)hakimiyyətə keçir.O,əvvəllər Gürcü çarlarından asılı olsada, 1795-ci ildən bu asılılığa son qoyur.
Cavad xan 1804-cü il yanvarın 3-də Rus qoşunlarına qarşı mübarizədə həlak olmuş və bununla Gəncə xanlığı süqut etmişdir.

Yüklə 63,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin