Azərbaycan Texniki Universiteti. Qrup: 458a2 Fənn: Həyat fəaliyyətinin təhlükəsizliyi Mövzu: ekoloji amiLLƏR


Antropogen ekoloji amillərin təsiri



Yüklə 220,66 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü220,66 Kb.
#42065
1   2   3   4   5
HFT5

Antropogen ekoloji amillərin təsiri

Ekoloji amillər içərisində son zamanlarda ən önəmli olan və daha çox öyrənilməyə çalışılan antropogen amillərdir. Belə ki təbiətdən, faydalı qazıntılardan düzgün və səmərəli istifadə edilməməsi ekoloji müvazinəti pozur, bitki və heyvanlar aləminin inkişafını dəyişdirir. Bərpa işləri aparılmazsa, müxtəlif sahələrdə boşluqlar əmələ gətirə bilər. Yerin səthində əmələ gələn süni texnogen formalar geosistemdə mənfi dəyişikliklərlə yanaşı, yerin altında boşluqlar əmələ gələrək sonralar çökəkliklər, yarğanlar yaradır. Kömürün yer altından çıxarılması yeraltı qaz anbarları, metropolitenlər, yeraltı duz karxanaları eyni nəticələrə səbəb olur. Belə mənfi amilləri aradan qaldırmaq məqsədilə faydalı qazıntıların istismarı vaxtı ərazinin özünəməxsus təbii xüsusiyyəti, relyefi, bitki örtüyü, hidrogeoloji şəraiti nəzərə alınmalıdır. İndiki dövrdə, xüsusilə böyük şəhərlərin ərazisində çoxlu xoşagəlməyən hadisələr baş verir. Buna misal olaraq hündür binaların metal, dəmir-beton qurğula rının ağırlığı nəticəsində torpaq sıxılır, çökür, bu və ya digər sahələrdə yarğanlar, sürüşmələr əmələ gəlir. Bakı şəhəri ətrafında və onun daxilində neft buruqları arasında, daş karxanaları yerində əmələ gələn gölməçələr, çökmələr buna misal ola bilər. Böyük şəhərlərdəki nəhəng tikililər də, geniş yer tutan süni göllər də mikrorelyefin formasını dəyişdirir, süni çökəklər, qarışıqlar, dərələr əmələ gətirir. Bunların nəticəsində ayrı-ayrı rayonlarda qəribə hadisələr baş verir. Məsələn, Mexiko və Tokio şəhərləri ərazisində 7-9 sm-ə qədər çökmələr əmələ gəlmişdir. Müəyyən edilmişdir ki, bu şəhərlərdə nəhəng binaların ağırlığı sayəsində yerin qabığı ildə orta hesabla 20 sm çökür, Moskva, Sankt-Peterburq, Kiyev, Bakı və s. şəhərlərdə də yerin çökməsi müşahidə edilir.




Yüklə 220,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin