AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
FƏNN-RİYAZİ ANALİZ
İXTİSAS-MÜHƏNDİS FİZİKASI
MÜƏLLİM-TƏBRİZ SƏMİYEV
TƏLƏBƏ-RƏCƏBOVA AYSEL
QRUP-590A
Ədədi çoxluğun xüsusi növləri.Funksiyanın qrafiki.Qrafiklərin deformasiyası.Funksiyanın verilmə üsulları .Cəbri və Transendent funksiyalar.Hiperbolik funksiyalar
Çoxluq ilkin riyazi anlayışlardan biridir. Odur ki, ona məntiqi tərif verilmir. Alman riyaziyyatçısı Kantora görə: çoxluq dedikdə vahid tam halında birləşmiş çox şey başa düşülür. Çoxluq sözünün sinonimi olaraq işlədilən “elementlər yığımı”, “küllü”, “toplu” kimi söz və söz bir- ləşmələrini onunla əvəz etmək çətindir. Bu anlayışın özü- nəməxsus xüsusi məna çalarları vardır.
Çoxluğu təşkil edən ünsürlərə onun elementləri de- yəcəyik.
Elementlərin sayının sonlu və ya sonsuz olmalarına gö- rə çoxluqlar uyğun olaraq sonlu və ya sonsuz adlandırılır.
Çoxluq, elementlərinin təqdim edilməsiylə təsvir olunur - verilir. Bu iş iki üsulla aparılır: fiqurlu {,} mötəri- zələr içərisində çoxluğun bütün elementlərinin vergül işarəsi ilə ayrılmaqla sadalanması yolu ilə və ya çoxluğun elementlərinin hamısına xas olan xarakterik əlamətlərin formallaşdırılmasıyla.
Dostları ilə paylaş: |