Azərbaycan texniKİ universiteti



Yüklə 186,3 Kb.
tarix23.05.2023
ölçüsü186,3 Kb.
#121011
arzu


AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Fakültə: Biznesin idarə edilməsi (Marketinq)


Fənn: İdarəetmə uçotu
Mövzu: Samsung şirkətinin SWOT analizi
Müəllim: Əhmədov Şəhriyar
Qrup: MG22
Tələbə: Arzu Alməmmədova
A qrupu
Bakı - 2023

Mebel istehsalı və satışı olan ARAZ MMC-nin məhsul üzrə illik xərcləri belədir



  • Hər mebel vahidi üzrə 20 manatlıq xammal yaranır. İl ərzində 1000 vahid mebel istifadə olunur.

  • Hər mebel vahidi üzrə 1000 mebel yığan ustaların cəmi haqqı 15 manatdır

  • Mebellərin hazırlanması üzrə istifadə olunan maşınların amortizasiyası ildə 10000 manat təşkil edir

  • İstehsal sahəsinin illik icarə haqqı 35000 manatdır.

Həlli
Sabit xərc:35000+10000=45000


Dəyişən xərc:15000+20000=35000
Töhfə marjası:100000-35000=65000
TMƏ:65%
Tarazlıq satış nöqtəsi:45000:0,65=69,200
Təhlükəsizlik marjası:100000-69200=30,800
Müəssisənin səmərəlilik göstəriciləri və hər bir göstəricinin mahiyyəti, əhəmiyyəti
Səmərəlilik göstəriciləri maliyyə və qeyri-maliyyə göstəricilərinə bölünür. Klassik yanaşmaya əsasən müəssisədə səmərəliliyin qiymətləndirilməsinin maliyyə göstəricilərindən istifadə olunur. Bu göstəricilər müəssisədə mühasibat sistemi tərəfindən hazırlanmış və keçmişdə qəbul edilmiş qərarların nəticələrini özündə ehtiva edən göstəricilərdir. Bu göstəricilər müəssisənin menecerləri və investorları tərəfindən səmərəliliyin qiymətləndirilməsi prosesində geniş istifadə olunur ki, bunu da onların hesablanması və təsirinin müəyyənləşdirilməsinin daha asan olması ilə əlaqəlidir. Qeyri-maliyyə xarakterli səmərəlilik göstəriciləri istehsal, keyfiyyət və marketinq əsasında araşdırıla bilər, lakin optimal qeyri-maliyyə göstəricisinin qiymətləndirilməsi metodu təşkilatın fəaliyyət sahəsinə və sektor xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, təyyarə istehsal edən müəssisədəki keyfiyyət ən yüksək qeyri-maliyyə səmərəlilik səviyyəsi, onlayn sifariş edən bir şirkətin qeyri-maliyyə səmərəlilik göstəricisi isə veb saytın sürəti, dizaynı, əlçatanlığı, istifadəsi asanlığı və uyğun məzmunu kimi qəbul edilə bilər və ya müəssisə yalnız müştərilərlə üz-üzə əlaqə quraraq, sadiq müştəri portfeli yaradaraq həyata keçirilən fəaliyyətlərdə səmərəliliyi nəzərə ala bilər.
Maliyyə xarakterli göstəricilər əsasən ilk növbədə maliyyə nəticələri və rentabellik göstəriciləri ilə xarakterizə olunur, bundan əlavə müvafiq verim və tutum (material, fond, və s.) də bu qəbildən olan göstəricilərə aid edilir. Müəssisənin səmərəliliyinin kompleks təhlili zamanı əvvəl sadaladığımız göstəricilərlə yanaşı, likvidlik, maliyyə dayanıqlığı, dövriyyə və s. kimi maliyyə göstəriciləri də geniş istifadə olunur. Müəssisənin fəaliyyətinin səmərəlilik göstəricisi kimi rentabellik, beynəlxalq təcrübədə satışların, aktivlərin və kapitalın rentabelliyi göstəriciləri əsasında qiymətləndirilir.Satışların rentabelliyi gəlir manatından əldə edilən mənfəətin faizini göstərir və qiymət siyasətindən və xərclərə nəzarətin effektivliyindən asılı olaraq bazar və əməliyyat fəaliyyətinin səmərəliliyini xarakterizə edir. Daha sadə şəkildə ifadə etsək müəssisənin gəlirlərindən nə qədər səmərəli əldə etdiyini göstərir. İnvestorlar, kreditorlar və digər borc sahibləri bu səmərəlilik göstəricisinə etibar edirlər, çünki bir şirkətin gəlirlərindən əldə etdiyi mənfəətin faizini dəqiq bir şəkildə çatdırır və potensial dividendlər, yenidən investisiya potensialı və şirkətin borclarını geri qaytarmaq qabiliyyəti barədə fikir verir.



Mühasibatlığın sahələri, onların məqsədləri, alt qrupları
Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin