Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   28   29   30   31   32   33   34   35   ...   54
Windows Explorer proqramının komponentləri aşağıdakı kimidir: 
1. Title bar (Başlıq sətri) 
2. Adres bar (Ünvan sətri) 
3. Search bar (Axtarış sətri) 
4. Menu bar (Menyu sətri) 
5. Toolbars (Alətlər paneli) 
6. Navigation pane (Hərəkət paneli) 
7. Work area (İşçi sahə) 
8. Preview pane (Önbaxış paneli) 
9. Details pane (Detallar paneli) 
10. Status bar (Vəziyyət sətri) 
Başlıq sətrində proqramın işarəsi, adı yazılır. Başlıq sətrindən tutmaqla pəncərəni o 
tərəf bu tərəfə aparmaq olar. Başlıq sətrinin asağı tərəfində 3 düymə var. Bu düymələr 
uyğun olaraq pəncərəni aşağı yığır, böyüdür, kiçildir və bağlayır. 
Qovluğunun pəncərəsinin yuxarı hissəsində ünvan sətri və axtarış sətri yerləşir

Ünvan 
sətri bizə lazım olan faylı və ya qovluğu tez tapmağa kömək edir, eyni zamanda həmçinin 
kompüterdə onların harada yerləşməsini də göstərir. Bu paneldə cari qovluğa gedən yol da 
gostərilir. Həmin yolda bir-birindən kiçik “►” üçbucaqlarla ayrılan qovluqlar ardıcıllığı əks 
olunur. Bu ardıcıllığa daxil olan istənilən qovluğu açmaq olar. Bunun üçün qovluq üzərində 
mausun sol düyməsini klikləmək kifayətdir. Həmçinin ünvan panelindəki ikiçik üçbucaq 


31 
işarələri vasitəsilə müəyyən qovluqlar siyahısını açmaq olar. Əgər “►” işarələri üzərində 
mausun düyməsini klikləsək, onda burada əks olunan kişik üçbucaq işarələri aşağı 
istiqamətlənmiş üçbucaq “▼” formasını alacaq və cari qovluqdakı alt qovluqlar siyahısı 
göstəriləcək. 
Проводник (Windows Explorer (Windows Bələdçisi)- də qovluqlar üzərində 
hərəkət edən zaman ünvan sətrinin yanında yerləşən iki Назад (Geri) və Вперед (İrəli) 
naviqasiya düymələri yaxşı yardım edir. Birinci düymənin sayəsində sizin əvvəl açdığınız 
qovluğa tez keçmək olur, sonra isə əksinə qayıtmaq olur. 
Windows Explorer proqramında özünə məxsus əsas obyektlərdən biridə axtarış 
sətridir. Bu Windows 7 əməliyyat sisteminin ən maraqlı yeni imkanlarından biridir. Bu 
daxili axtarış vasitəsi sənədləri və faylları təkcə onların adlarının bir hissəsinə görə deyil
həm də açar sözlərə görə də axtara bilir, məsələn, mətnlər üçün bu orada istifadə olunan 
müəyyən söz və söz birləşməsi, musiqi üçün cığırın, albomun adı, ifa edənin adı, poçt 
üçünsə göndərənin adı ola bilər. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin