8
digər məsələnin həlli üçün bir neçə prosessor resurslarının paylanması
rejiminə imkan
verir.
Dördüncü əlamətə görə, ƏS-lər 8, 16, 32 və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat
sisteminin mərtəbəliliyi prosessorun mərtəbəsi ilə təyin olunur.
Beşinci əlamətə görə, ƏS istifadəçi interfeysinin tipinə görə obyekt- yönlü (qrafiki
interfeysli) və əmrli (mətn interfeysli) kimi iki sinfə bölünür.
Altıncı əlamətə uyğun olaraq, ƏS-lər aşağıdakı növlərə bölünürlər:
- paket emalı: kompüterdə yerinə yetirilməli olan
proqramlara uyğun olaraq
tapşırıqlar paketi formalaşdırılır və mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəli
yerinə yetirilir;
- vaxt bölgülü: müxtəlif terminallardan bir neçə istifadəçinin eyni vaxtda kompüterə
müraciətini yerinə yetirmək üçün ƏS xidmət tapşırıqlarına uyğun maşın resurslarım növbə
ilə seçir;
- real vaxt miqyaslı: kompüterə nəzərən bu və ya başqa dərəcədə xarici olan hadisə,
proses və ya obyektlərlə idarə olunan istifadəçi sorğularına müəyyən olunmuş vaxt ərzində
kompüterin cavabını təmin edir.
Yeddinci əlamətə görə ƏS-lər şəbəkə və lokal olmaqla iki hissəyə bölünür.
Şəbəkə
ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkədə birləşdirilmiş kompüter
resurslarının idarəolunması üçün nəzərdə tutulub. Burada həmçinin şəbəkə resurslarının
istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur.
Şəbəkə ƏS-lər əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya
daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-lər lokal sayılır
və ixtiyari
kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də
istifadə oluna bilər.
Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, OS/2, UNIX,
Linux və
Windows-un müxtəlif versiyalarını qeyd etmək olar.
Dostları ilə paylaş: