5
- destruktiv imkanlarına görə;
- alqoritmin xüsusiyyətlərinə görə.
Viruslar yerləşdiyi mühitə görə fayllı, yükləyici və şəbəkəli olur. Fayllı
viruslar
əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarına yayılır. Yükləyici
viruslar diskin yükləyici sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır.
Şəbəkəli viruslar kompüter şəbəkələri üzrə yayılır. Həmçinin fayl və yükləyici sektorlara
yoluxan fayllı yükləyici viruslar mövcuddur. Yerləşdiyi mühitdə
yoluxma üsulu mühitin
özündən asılıdır.
Proqramlaşdırma sistemləri.Proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində
işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları
kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı proqramlar və s.
daxildir. Kompüter dili bilavasitə kompüterin “başa düşdüyü”
kodlarda ifadə olunmuş
əmrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur. Bu
əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliyyatları yerinə yetirirlər.
Hər bir əmr yerinə yetirilən əməliyyat (əməliyyatın kodu), əməliyyatda iştirak edən
operandlar (verilənlərin yaddaşdakı ünvanları və ya özləri) və nəticənin haraya (hansı
ünvana) yazılması haqqında məlumatdan ibarət olur. Hər
bir kompüter üçün müxtəlif
əmrlərin sayı 100-dən artıq olur. Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif
olduqlarına görə, istifadəçilər üçün öyrənilməsi çətin və işlədilməsi çox zəhmət tələb
etdiyindən, əlverişli deyillər. Ona görə də təbii dilə yaxın formallaşdırılmış dillərdən
istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərində
yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüter dilinə çevrilir, sazlanır və
icra olunur. Kompüter dilindəki proqrama işçi və ya mütləq proqram deyilir. Ilkin proqramı
işçi proqrama çevirmək üçün translyator adlanan xüsusi proqramlardan istifadə olunur.
İstifadə
olunan dilinin strukturuna,formallaşdırma səviyyəsinə və vəzifəsinə uygun
olaraq proqramlaşdırma sistemlərini aşağıdakı siniflərə bölmək olar:
❖
Maşınyönlü sistemlər;
❖
Proseduryönlü sistemlər;
❖
Problemyönlü sistemlər;
❖
Köməkçi sistemlər
Dostları ilə paylaş: