Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   2   3   4   5   6   7   8   9   ...   54
Əməliyyat sistemləri (ƏS) - informasiya emalının idarə olunmasını və aparat 
vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. 
Texniki xidmət proqramları kompüterin düzgün işləməsinə nəzarət etmək və 
nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar 
mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat- 
proqram vasitələri ilə, bəziləri isə proqram vasitələri ilə həyata keçirilir. Proqramla nəzarət 
test proqramları və xüsusi nəzarət proqramları vasitəsi ilə həyata keçirilir. Testlə yoxlama 
kompüterin və onun ayrı-ayrı bloklarının işini yoxlayan test-proqramlar vasitəsi ilə yerinə 
yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və 
kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşürlər. Xüsusi nəzarət 
proqramları kompüterdə məsələlərin həlli üçün tətbiq olunan proqramların icrası zamanı 
əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-
ödənilməməsini yoxlayır. Bütün hallarda nasazlıqların xarakteri, mənbəyi və bəzən də 
səbəbi haqqında ekrana və ya çapa məlumat xaric edilir. 
Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və 
əməliyyat sisteminin imkanlarını genişləndirirlər. Onların yerinə yetirdikləri əsas 
funksiyalar aşağıdakılardır: 
❖ 
istifadəçi interfeysinin təkmilləşdirilməsi; 
❖ 
verilənlərin mühafizəsi; 
❖ 
verilənlərin bərpası; 
❖ 
xarici yaddaşla əməli yaddaş arasındakı informasiya mübadiləsinin 
sürətləndirilməsi; 
❖ 
arxivləşdirmək-arxivi açmaq; 
❖ 
kompüter virusları ilə mübarizə. 
Servis proqramlarını təşkilinə, reallaşdırılma üsullarına və yerinə yetirdikləri funksiyalara 
görə aşağıdakı qruplara bölmək olar: 
❖ 
örtük proqramlar; 



❖ 
utilitlər; 
❖ antivirus proqramlar. 
Utilitlər disk və fayl sisteminə əsaslanaraq, istifadəçiyə əlavə imkanlar verirlər. 
Onlar aşağıdakı funksiyaları yerinə yetirirlər: 
■ 
disklərə xidmət etmək (formatlaşdırma və s.); 
■ 
informasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü 
və s.; 
■ 
fayl və kataloqlara xidmət etmək; 
■ 
arxivlərin yaradılması və yeniləşdirilməsi; 
■ 
kompüter resursları, disk sahəsi, proqramların ƏY-də paylanması haqqında 
informasiyanın verilməsi; 
■ 
müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı; 
■ 
kompüteri viruslardan mühafizə. 
Antivirus proqramlar vasitələri virusların neytrallaşdırılmasını və kompüterin 
diaqnostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və 
ziyanlı müxtəlif əməliyyatları həyata keçirir. Verilənləri məhv olmaqdan qorumaq, 
kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqramlar antivirus 
proqramları adlanır. Bu proqramların aşağıdakı tipləri mövcuddur: 
❖ 
filtr və ya keşikçi; 
❖ detektorlar; 
❖ 
həkimlər və ya faqi; 
❖ 
müfəttişlər; 
❖ 
immunizatorlar və ya vaksinlər. 
Filtr rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir. 
Detektorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir. 
Həkim antivirus proqramlar virusların aşkar edilməsinə və zərərləşdirilməsinə imkan 
verir. 
Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem sahələrinin 
məzmununu 
yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin 
vəziyyəti müqayisə edir. Müqayisə bir çox parametrlərə görə yerinə yetirilə bilər. 
Müfəttişin üstünlüyü ondadır ki, o proqramda dəyişiklik edən virusları tapmaq 
xüsusiyyətinə malikdir. 
İmmunizator özü rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə 
yoluxmanın qarşısını alır. Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya 
diskin modifikasiyasında 
proqramın normal yerinə yetirilməsində əks olunmur. 
Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də yayılmaya təkid etmir. 
Geniş yayılan antivirus proqramları aşağıdakılardır: Aidstest, Doctor Web, Doctor 
Web for Windows, Dr. Solomon Antivirus, F-Prot Professional, IBM Antivirus, PC-cillin 
Antivirus, NOD 32, KAV Personal Pro, Thunder Byte Antivirus Utilities. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin