Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


Əməliyyat sistemlərinin inkişaf istiqamətləri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   8   9   10   11   12   13   14   15   ...   54
Əməliyyat sistemlərinin inkişaf istiqamətləri. Əməliyyat sistemlərinin inkişafı haqqında 
uzunmüddətli proqnoz vermək çətindir, ona görə ki, kompüter bazarı olduqca dinamikdir. 
Odur ki, yalnız əməliyyat sistemlərinin inkişafının mümkün istiqamətlərini təyin etmək 
olar. 
Birinci istiqamət - əməliyyat sistemlərinin mürəkkəbləşməsidir. Müasir ƏS 
(məsələn, Windows və ya OS/2 Warp) olduqca çox proqram və utilit toplusuna çevrilərək 
diskdə böyük yer tutur. 
İkinci istiqamət - müxtəlif obyektlərin ekranda təsvir üsulundan asılı olmayaraq, 
onların manipulyasiyasına imkan verən obyektyönlü texnologiyanın əməliyyat 
sistemlərində tətbiqi. 
Üçüncü istiqamət - əməliyyat sistemləri və proqram təminatı həmişə kompüterin 
aparat hissəsinin arxitektur həllini əks etdirir. Burada əsas ideya 32-mərtəbəli 
mikroprosessorun imkanlarından tam mənada istifadə etmək və sonradan 64-mərtəbəli ƏS-
ə keçməkdir. 


12 
1996-cı ildə SunSoft kompaniyası İnternet-dən paylaşdırılan tətbiqi proqramlarla iş 
üçün 64-mərtəbəli Solaris-əməliyyat mühiti yaratdı. Santa Crus Operation kompaniyası isə 
SCO UNIX Ware 2.1 versiyasının yaradılması haqqında məlumat verdi. Bu UNIX 
ailəsindən yüksək sürətli, şəbəkələrlə və müxtəlif protokollarla işləmək imkanı olan 64- 
mərtəbəli ƏS-ə keçid idi. İnternet texnologiyasının sürətli inkişafı əməliyyat sistemlərinin 
inkişafı tendensiyasını sürətlə dəyişdirir. ƏS-in inkişaf istiqamətlərindən biri fərdi 
kompüterlərdən tutmuş super kompüterlərə kimi bütün hesablama sistemlərində işləyə 
bilən ƏS-in yaradılmasıdır. 
Kompüterdə çoxlu proqram işlədikdə, hansı proqramın operativ yaddaşın harasında 
yerləşdiyini izləmək çox vacibdir. Bu, ƏS-in yaddaşın idarə edilməsi funksiyası adlanır. 
ƏS yaddaşın boş hissəsini dolu hissəsindən ayırmağı bacarır. Yeni proqram işə 
buraxılarkən ƏS yaddaşı idarə edən utilitdən boş sahə olub-olmadığını öyrənir və bu 
proqram üçün lazım olan yaddaş sahəsini ayırmağı tələb edir. Utilit yaddaşda boş sahə 
axtarır, tapan kimi tələb olunan ölçüdə yer olub-olmadığını araşdırır, varsa, yer ayırır. 
Bəzən işləyən proqram ƏS-dən əlavə yaddaş sahəsi tələb edir ki, dinamik verilənlər deyilən 
aralıq nəticələri yerləşdirsin. Bu iş də yaddaşı idarə edən utilitin vəzifəsidir. Dinamik 
verilənlərə ehtiyac qalmadıqda onlar silinir. Yaddaşı idarə edən utilit həmçinin tutulmuş 
sahəni başqa proqramlardan qoruyur. Yaxşı məlum olan əməliyyat sistemlərin hamısında 
operativ yaddaşın məntiqi modelindən istifadə edilir ki, buna da virtual yaddaş deyilir. 
Virtual yaddaş - ƏS-in istifadəçilər və proqramlar üçün yaratdığı ideal kompüterin 
yaddaşıdır. Virtual yaddaş vinçesterdə yaradılır. Yəni, bu və ya digər proqrama operativ 
yaddaşda yer çatmadıqda vinçesterin müəyyən hissəsi virtual yaddaş adı ilə müvəqqəti 
istifadəyə cəlb edilir. Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin