13
Proseslərin uzlaşdırılması ilə bağlı məsələlər əməliyyat sisteminin nüvəsində
yerləşən
planlaşdırıcı və
dispetçer proqramları tərəfindən həyata keçirilir. Planlaşdırıcı
dərhal gedən proseslərin hesabatını aparır, yeni prosesləri qeydə alır
və bitmiş prosesləri
yaddaşdan silir. Proseslərə nəzarət etmək üçün planlaşdırıcı bütün proseslər haqqında olan
məlumatı
proseslər cədvəli (ing.
process table) adlanan əməli yaddaşın bir hissəsinə
yerləşdirir. Kompüterə yeni tapşırıq veriləndə planlaşdırıcı onun üçün proses yaradır və
cədvələ yeni verilənləri yerləşdirir. Proseslər cədvəlində prosesə ayrılmış yaddaş, onun
prioriteti,
hazır olması (ready) və ya
gözləməsi (waiting) haqqında məlumatlar saxlanılır.
Əgər prosesin
işini davam etdirmək olursa, onda bu proses hazırlıq vəziyyətində sayılır.
Əgər prosesin davamı üçün xaricdən digər proseslərdən müəyyən məlumatlar gəlməlidirsə,
onda o, gözləmə vəziyyətindədir.
Dispetçer - əməliyyat sisteminin nüvəsinin bir hissəsidir. O, planlaşdırılmış
proseslərin yerinə yetirilməsinə nəzarət edir. Zamanın bölünməsi sistemlərində bu nəzarət
zamanın müəyyən qısa
kvantlara bölünməsi ilə həyata keçirilir. Kvantın davamı 50 milli
saniyyədən çox olmur. Dispetçer həmçinin mərkəzi prosessoru bir prosesdən digər prosesə
keçirir, çünki bir proses fasiləsiz 1 kvantdan artıq yerinə yetirilə bilməz. Bu prosedura
Dostları ilə paylaş: