Remote Desktop Connection (Подключение к удаленному рабочему столу /Uzaq
iş masası bağlantısı) proqramı əməliyyat sisteminin uzaqdan kompüterə qoşulmaqla iş
masasını məsafədən idarə olunmasını təmin edir. Belə ki, istifadəçi internet şəbəkəsindən
istifadə etməklə öz evindəki kompüterinə istənilən başqa yerdən, istənilən vaxt qoşulmaqla
həmişə istifadə etdiyi iş masasında işləyə bilər .
Sound Recorder(Звукозапись/Səs yazan) proqramı Windows 7 əməliyyat
sistemində səsi mikrofondan yazaraq səs faylı kimi kompüterdə saxlamağa imkan verir.
Connect to a Projector (Подключить к проектору/Proyektora bağlan) və Connect to a Network Projector (Подключение к сетевому проектору/Şəbəkə proyektoruna
bağlan) proqramı ilə kompüterə qoşulmuş proyektorun bağlantı formatları tənzimlənir.
Connect to a Network Projector (Подключение к сетевому проектору/Şəbəkə
proyektoruna bağlan) proqramı kompüterin şəbəkəyə qoşulmuş proyektorla bağlantısını
təmin edir.
Windows Explorer(Проводник/ Window Bələdçi) - Fayl meneceridir. Faylları idarə
etməyə imkan verir. Qovluğa daxil olduqda açılan pəncərə Windows Explorer
pəncərəsidir.
System Tools (Служебные/Sistem alətləri)- Character Map, Disk CleanUP, Disk Defragmenter, Task Scheulder, System Restore proqramlarının icrası.
Tablet PC: Mausun hərəkəti ilə müxtəlif yazıların yazılması.
19. WINDOWS-un xidməti proqramları Kompüterin yaddaş daşıyıcılarına və sisteminə xidmət üçün vasilələr Start (Пуск/Başlat ) - All Proqrams (Все программы/Bütün Proqramlar ) - Accesories (Стандартные/Aksessuarlar) - System Tools (Служебные/Sistem alətləri) menyusunda
toplanmışdır.
Kompüter qurğularının və əməliyyat sisteminin optimal iş rejimini təmin etmək
üçün aşağıdakı xidməti proqramlardan istifadə olunur: