23. Şəbəkə əməliyyat sistemləri. UNİX, Linux əməliyyat sistemləri Şəbəkə əməliyyat sistemi - lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə
əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir.
UNİX əməliyyat sistemi1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən ,
AT&T şirkətinin Bell Laboratoriyalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli
quruluşu dəstəkləyən bir əməliyyat sistemidir. Lakin, AT&T şirkətinin planında bu
əməliyyat sisteminin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik
qiymətə verdi. Bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu
əməliyyat sistemindən istifadə edirdilər və bir-birləri ilə bu əməliyyat sistemi vasitəsilə
əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və
onları istifadə edirdilər. Onların işinin nəticəsi - Unix ƏS-nin tam versiyası oldu (1990- cı
ildə). Bu versiyanın adı Unix System V Release 4 - SVR4 idi. Unix istifadəçi qruplarından
biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi müəssisənin
mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar. Belə ki, onlar 2BSD (Berkeley
Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun 75 nüsxəsi
satıldı. Unix və Unix-əsaslı sistemlərin çoxlu növləri var.
Unix əməliyyat sistemlərinə GNU/Linux, FreeBsd, Solaris, AİX, HPUX və s. misal
göstərmək olar. Bu sistemlər hansısa məsələlərdə bir-birindən müəyyən fərqə malik olsalar
da, ümumi Unix standartlarına hamısı cavab verir.
Unix sisteminin digər sistemlərdən fərqləndirən bir çox üstün və çatışmayan
cəhətləri vardır. Belə bir anlayış mövcuddur ki, Unix proqramçılar üçün yaratdığı
sistemdir, yəni Unix adi istifadəçilər üçün yox, proqramçılar üçün nəzərdə tutulmuş bir
sistemdir. Unix sistemlərindən istifadənin çətinliyi və proqramçılara bu sistemlərin bir
çoxunda nüvədən tutmuş (kernel), istifadəçi proqramları, kompiyatorlar, kitabxanalar və s.
proqram kodlarında istənilən dəyişikliyi edə bilmə imkanının verilməsi bunu deməyə əsas
verir.
Unix sistemlərinin bir çoxu, o cümlədən, GNU/Linux, FreeBsd, OpenSolaris və s.
tam açıq kodlu sistemlərdir. Yəni proqramçı istənilən qurğunun drayverində, nüvə
kodunda, kompilyatorda və s. istənilən dəyişikliyi edib, yenidən kompilyasiya edib,
sistemdəki öz yeni dəyişikliklərindən istiadə edə bilər. Bu səbəbdən Unix sistemlərini
əsasən sistem proqramçıları işlədir.
Unix sistemləri mövcud sistemlər arasında ən təhlükəsiz, etibarlı və sürətli olduqlarına
görə, bir qayda olaraq, ancaq imkanlı şirkətlər Unixdən istifadə edir və bu sistemlər daha
çox inkişaf etmiş ölkələrdə yayılıb. Səbəb Unix sistemlərinin texniki xidmətinin həddən
artıq baha olmasıdır. Bizim ölkədə də tədricən bir çox banklar, internet provayderlər,
mobil operatorlar təhlükəsizlik və s. məsələlərə görə Unix-ə keçirlər.