İsmayılov Surəddin Sədrəddin oğlu
1997-ci ildə
Bakı şəhəri Xətai
rayonundakı
M.Hacıyev adına 116
saylı orta məktəbin
1-ci sinfinə gedib. Orta
təhsil müddətində
dəfələrlə məktəb
olimpiadalarında iştirak
edib, rayon, şəhər
turnirlərinin qalibi
olub. 2003-cü ildə Beynəlxalq Qırmızı Xaç
Komitəsinin təşkil etdiyi “Humanitar Prinsiplər
və Beynəlxalq Humanitar Hüququn əsasları”
üzrə bilik müsabiqəsinin birinci turunun qalibi
olub və qurumun Azərbaycan bölməsinin
rəhbəri Floran Korna tərəfindən sertifikatla
mükafatlandırılıb. 2008-ci ildə həmin məktəbi
əla qiymətlərlə bitirərək yüksək balla
Azərbaycan Tibb Universitetinin pediatriya
fakültəsinə daxil olub. Aşağı kurslardan
Universitetin elmi-ictimai həyatında aktiv
iştirak edib, müxtəlif tədbirlərin təşkilində rol
oynayıb. III kursdan pediatriya fakültəsinin
Tələbə Elmi Cəmiyyətinin üzvü, daha sonra
bölmə sədri olub. V kursdan universiteti
bitirənə kimi həmin cəmiyyətin sədri
vəzifəsində çalışıb. Bu müddətdə müxtəlif
ölkədaxili və ölkəxarici elmi konfranslarda
istər iştirakçı, istərsə də təşkilatçı kimi iştirak
edib, diplom və sertifikatlara layiq görülüb.
2014-cü ilin may ayında tələbələr və gənc
həkimlər üçün keçirilən I Beynəlxalq Tibb
Konqresinin koordinatoru olub.
Başlıca məqsədi təhsilini xaricdə davam
etdirmək, Vətənə döndükdən sonra qazandığı
bilik və bacarıqlardan xalqın sağlamlığı
naminə istifadə etməkdir.
Dostları ilə paylaş: |