Qabil ABDUllAYEv
Dövlət imtahanları başa çatdi, nəticələr qənaətbəxşdir
İyunun 7-də Bakıda şahmat oyunu
üzrə kişilər arasında Azərbaycan
çempionatı başa çatdı.
Azərbaycan Tibb Universitetinin əczaçılıq
fakültəsinin 802-ci qrup tələbəsi, Beynəlxalq
qrossmeyster Ülvü Bacarani bu yarışlarda
uğurla cıxış etdi və Azərbaycanın mütləq
çempionu fəxri adını qazandı.
Sonuncu turda Beynəlxalq qrossmeyster
Zaur Məmmədova qalib gəlməklə mümkün
olan 7 xaldan 5 xal yığdı və gızıl medala
sahib oldu.
Yarışlarda iştirak edən 8 idmançının 5 nəfəri Beynəlxal qrossmeyster və 3
nəfəri Beynəlxalq idman ustası idi.
Ülvü Bacarani bu qələbəsi ilə öz reytinq cədvəlinə 14,8 xal əlavə elədi.
Bu ilin sentyabr ayında Bilbao şəhərində (İspaniya) şahmat üzrə Avropa
Kuboku keçiriləcək. Həmin yarışlarda Azərbaycanın “Odlar Yurdu” yığma
komandasının tərkibində yer alan tələbəmiz Ülvü Bacarani də öz gücünü
sınayacaq.
Gələcək yarışlarda Ülvü Bacaraniyə müvəffəqiyyətlər arzulayırıq!
Dostları ilə paylaş: |