Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində



Yüklə 14,93 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix02.01.2022
ölçüsü14,93 Mb.
#6989
1   ...   23   24   25   26   27   28   29   30   31
Fakültələrimiz bu gün

I müalicə-profilaktika fakültəsi

PEDİATRİYA FAKÜlTƏSİ

STOMATOlOGİYA  FAKÜlTƏSİ

TİBBİ-PROFİlAKTİKA vƏ TİBBİ-BİOlOGİYA FAKÜlTƏSİ

Hərbi Tibb Fakültəsi

II müalicə-profilaktika fakültəsi

Müalicə-profilaktika 

fakültələri

Əczaçılıq fakültəsi 


25 iyun   2014-ъц ил

http://www.amu.edu.az

7

D

övlət-buraxılış  imtahanları  ar-

tıq  sona  çatıb.  İmtahanların 

gedişatında  obyektivlik  və  şəffaflıq 

gözlənilmiş,  hər  bir  tələbənin  hazır-

laşıb  sərbəst  cavab  verməsi  üçün 

əlverişli şərait yaradılmışdır.  

İmtahanların  nəticələri  ilə  daha  yaxın-

dan  tanış  olmaq,  builki  məzunlar  haq-

qında  statistik  məlumatlar  almaq  üçün  I 

müalicə işi fakültəsinin dekanı, professor 

Abuzər Qazıyev, II müalicə işi fakültəsinin 

dekanı,  dosent  Taryel  İsmayılov,  pediat-

riya  fakültəsinin  dekanı,  dosent  Nəriman 

Nağıyev,  tibbi-profilaktika  və  tibbi-biolo-

giya  fakültəsinin  dekanı,  dosent  Aydın 

Məmmədov,  stomatologiya  fakültəsinin 

dekanı, professor Zöhrab Qarayev,  hərbi 

tibb  fakültəsinin  rəisi,  tibb  xidməti  pol-

kovnik-leytenantı  Fəxrəddin  Ağayev  və 

əczaçılıq  fakültəsinin  dekanı,  professor 

Tahir Süleymanovla əlaqə saxladıq.

Məlum  oldu  ki,  I  müalicə  işi  fakültəsini 

bu  il  254  nəfər  bitirir.  Bunlardan  216-sı 

Azərbaycan, 22-si rus, 16-sı isə ingilis dili 

bölmələrinin məzunlarıdır. Bu məzunların 

sırasında  8-i  Prezident  təqaüdçüsü  ol-

maqla 24 tələbə fərqlənmə diplomuna la-

yiq görülmüşdür.    

II müalicə işi fakültəsini bu il 267 nəfər 

bitirir.  Bunlardan  231-i  Azərbaycan, 

36-sı  rus    bölməsinin  məzunudur.  Bu 

məzunların  sırasında  3-ü  Prezident 

təqaüdçüsü olmaqla 28 tələbə fərqlənmə 

diplomuna layiq görülmüşdür.

Hər  iki  fakültənin  tələbələri  cərrahi 

xəstəliklər,  daxili  xəstəliklər,  mamalıq  və 

ginekologiya fənlərindən dövlət imtahan-

ları vermişlər. 

Pediatriya  fakültəsini  bu  il  186  nəfər 

bitirir.  Bunlardan  161-i  Azərbaycan, 

25-i  isə    rus  bölməsinin  məzunudur.  Bu 

məzunların sırasında 14 nəfər fərqlənmə 

diplomuna layiq görülmüşdür.    

Tələbələr  uşaq  xəstəlikləri  və  uşaq 

cərrahlığı  fənlərindən  dövlət  imtahanları 

vermişlər.

Stomatologiya  fakültəsini    200  nəfər 

tələbə  başa  vurur.  Onlardan  98  nəfəri 

Azərbaycan  vətəndaşı,  102  nəfəri  isə 

əcnəbidir.  Builki məzunlar dörd fəndən se-

mestr imtahanı, üç fəndən isə-terapevtik 

stomatologiya,  ortopedik  stomatologiya 

və  ağız,  üz-çənə  cərraihyəsi  fənlərindən 

yekun  dövlət  imtahanı  veriblər.  İmtahan-

lar  iki  mərhələdə  -  bacarıqlar  və  nəzəri 

biliklər hissəsindən ibarət olmuşdur. 

Tibbi  profilaktika  və  tibbi  biologiya 

fakültəsini  tibbi  profilaktika  ixtisası  üzrə 

bitirməli  olan  44  tələbə,  eyni  zamanda 

keçən  il  dövlət  imtahanlarına  buraxılmış 

5  nəfər  son  kurs  tələbəsi  2013-2014-cü 

tədris  ilində  akademik  borclarını  təkrar 

dinləmələr  vasitəsilə  ləğv  etdikləri  və 

müvafiq  tədris  kreditlərini  topladıqları 

üçün  dövlət  imtahanlarına  buraxılmışlar. 

Beləliklə,  dövlət  imtahanlarına  buraxılan 

49 nəfər tələbə imtahanları uğurla verərək 

həkim adına layiq görülmüşlər. 

Tibbi  biologiya  ixtisası  üzrə  təhsil  alan 

məzunlar  artıq  3-cü  ildir  ki,  kredit  siste-

minin tələblərinə uyğun olaraq dövlət im-

tahanlarını  iki  mərhələdə  verirlər.  İxtisas 

üzrə son kursda təhsil alan 30 tələbədən 3 

nəfəri təhsil proqramını yerinə yetirmədiyi 

üçün dövlət imtahanlarına buraxılmamış-

dır.  Eyni  zamanda  keçən  il  dövlət  imta-

hanlarına  buraxılmış  3  nəfər  son  kurs 

tələbəsi 2013-2014-cü tədris ilində akade-

mik borclarını təkrar dinləmələr vasitəsilə 

ləğv etdikləri və müvafiq tədris kreditlərini 

topladıqları üçün dövlət imtahanlarına bu-

raxılmışlar. Dövlət imtahanlarından uğur-

la keçən 27 nəfər tələbəyə həkim-bioloq 

adı verilmişdir.

  Əczaçılıq  fakültəsini  64  tələbə  biti-

rir.    Onların  16  nəfəri  əcnəbi  tələbədir. 

Məzunlar toksikoloji kimya, əczaçılıq kim-

yası,  farmakoqnoziya,  əczaçılığın  təşkili 

və  əczaçılıq  texnologiyası  fənlərindən 

diplom müdafiəsi etmişlər. 

Qeyd  edək  ki,  şəffaflıq  və  tələbkarlıq 

şəraitində keçirilmiş imtahanlarda heç bir 

münaqişə  halı  yaranmamışdır.  Xırda  na-

razılıqlar  operativ  olaraq  Dövlət  Attesta-

siya Komissiyası tərəfindən yerindəcə də 

həll edilmişdir.

ATU-nun rektoru, millət vəkili, akademik 

Əhliman Əmiraslanov dövlət-buraxılış im-

tahanlarının gedişini daim nəzarətdə sax-

lamışdır.

*  *  *


Yay-semestr  imtahanlarına  gəldikdə 

isə “Virtual Test Mərkəzi”nin məlumatına 

əsasən, 

imtahanlarda 

5000-ə 

ya-


xın  tələbə  130  adda  fəndən  imtahan 

verəcək.  Əvvəlki  illərə  nisbətən  imtahan 

verən  tələbələrin  sayı  çoxalıb,  testə  sa-

lınan sualların sayı artıb və bir qədər də 

mürəkkəbləşdirilib.  Həmçinin  müəyyən 

fənlər üzrə test bankı yaradılıb. Bir sözlə, 

bu  sistemin  özündə  yenilik  olmasa  da,  

müsbətə doğru xeyli dəyişikliklər var.

İmtahanlar  başlayan  gündən  hörmətli 

rektorumuz,    millət  vəkili,    akademik 

Əhliman  Əmiraslanov    dəfələrlə  “Virtual 

Test  Mərkəzi”nə  gələrək    tələbələrlə  gö-

rüşüb,  onların  imtahanla  bağlı  fikirlərini 

dinləyib,    problemləri    ilə  yaxından    ma-

raqlanıb.  Rektorla    tələbələrin  bütün 

görüşlərində klassik imtahanla yeni virtu-

al test imtahanlarının fərqli cəhətlərindən 

söhbət açılıb. Tələbələrin böyük əksəriy-

yəti  bu sistemin   daha ədalətli və obyek-

tiv olduğunu dönə-dönə vurğulayıblar.

 

Mərkəzdən  bildirilib  ki,  yay-semestr 



imtahanları  rektorun  müvafiq  əmrinə 

əsasən iyul ayının 3-də başa çatacaq.




Yüklə 14,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin