Arterial hiperemiya mərhələsində arteriolların genişlənməsi və qan cərəyanının artması hesabına damardaxili hidrostatik təzyiq yüksəlir, bu isə mayenin kapillyarlardan toxumalara keçməsinə səbəb olur. Transsudat adlanan bu maye qan plazmasının ultrafiltratıdır, tərkibində cüzi miqdarda zülal olur.
Qısa müddətdən sonra iltihab mediatorlarının təsiri ilə endotel hüceyrələri arasındakı məsamələrin genişlənməsi hesabına damar keçiriciliyi artır, nəticədəinterstisial sahəyə maye ilə yanaşı, iri molekullu zülallar da keçir (ekssudasiya), daha sonra qan hüceyrələri emiqrasiya edir. İltihab ocağında zülallarla və hüceyrələrlə zəngin olan bu maye ekssudat adlanır.
Ekssudasiya nəticəsində interstisial mayenin onkotik və osmotik təzyiqi daha da artır. Nəticədə maye ekstravaskulyar sahədə toplanır, ödem əmələ gəlir. Ödem mayesi iltihab zamanı əsasən ekssudat, qeyri-iltihabi proseslər zamanı isə transsudat xarakterli olur.
Ekssudat bir sıra göstəricilərə görə transsudatdan fərqlənir. Ekssudatın hüceyrə tərkibi floqogen amilin növündən asılıdır. İltihab irin törədici mikroblar (stafilokokk, streptokokk) tərəfindən baş verirsə, ekssudatda neytrofil qranulositlər, parazitlərin (helmintlər) törətdiyi iltihab zamanı isə eozinofillər üstünlük təşkil edir. Xronik iltihab zamanı (vərəm, sifilis) ekssudatda çoxlu miqdarda mononuklearlar (limfositlər, monositlər) olur.
Ekssudatın hüceyrə tərkibi floqogen amilin növündən asılıdır. İltihab irin törədici mikroblar(stafilokok, streptokok) tərəfindən baş verirsə, ekssudatda neytrofil qranulositlər, parazitləri(helmintlər) törətdiyi iltihab zamanı isə eozinofillər üstünlük təşkil edir. Xronik iltihab zamam(vəram. sifilis) ekssudatda çoxlu miqdarda mononuklearlar (limfositlər, monositlər) olur.
Leykositlərin emiqrasiyası.
Leykositlərin damarlardan ekstravaskulyar sahəyə çıxmasında aşağıdakı mərhələlər ayırd edilir: