Azərbaycan Tibb Universiteti


Venoz hiperemiya venulaların daha da genişlənməsi, qanın hərəkət sürətinin yavaşıması, leykositlərin yan duruşu və emiqrasiyası, qanın qatılaşması, özlülüyünün artması ilə səciyyələnir



Yüklə 60,81 Kb.
səhifə10/20
tarix19.12.2023
ölçüsü60,81 Kb.
#187058
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Patfiz.İltihab.Qızdırma-1

Venoz hiperemiya venulaların daha da genişlənməsi, qanın hərəkət sürətinin yavaşıması, leykositlərin yan duruşu və emiqrasiyası, qanın qatılaşması, özlülüyünün artması ilə səciyyələnir.

  • Venoz hiperemiya venulaların daha da genişlənməsi, qanın hərəkət sürətinin yavaşıması, leykositlərin yan duruşu və emiqrasiyası, qanın qatılaşması, özlülüyünün artması ilə səciyyələnir.
  • Damarlarda qan cərəyanının xarakteri dəyişir. Arterial hiperemiya mərhələsində damar mənfəzinin mərkəzi ilə əsasən eritrositlər, periferik nahiyədə isə plazma və az miqdarda leykosit hərəkət edir (laminar axın), venoz hiperemiya mərhələsində isə laminar axın turbulent axınla əvəz olunur – leykositlər damar divarına daha çox yaxınlaşır (leykositlərin yan duruşu).
  • Bu mərhələdə qanın reoloji xassələri də dəyişir. Plazma hüceyrəarası sahəyə keçir, nəticədə qan qatı və suvaşqan olur, eritrositlər şişərək (asidoz nəticəsində), bir-birinə yapışır, mikroaqreqatlar əmələ gətirir. Zədələnmiş hüceyrələrdən qana laxtalanma amillərinin ifraz olunması mikrotrombların yaranmasına səbəb olur. Venoz hiperemiya zamanı əmələ gələn aqreqatlar və mikrotromblar iltihab ocağında postkapillyarlar, venulalar və venalarda qan cərəyanına mexaniki maneə yaradır.

Nəticədə venulalarda hidrostatik təzyiq artır, bu isə kiçik arteriyalar, kapillyarlar və venalarda qan cərəyanının zəifləməsinə və ürək yığılmaları ritminə sinxron dəyişikliklərin meydana çıxmasına səbəb olur. Belə ki, qan axını ürəyin sistolası zamanı maneəyə doğru istiqamətlənir, diastola fazasında isə dayanır (təkanvari hərəkət). Hidrostatik təzyiqin daha da artması zamanı isə sistola fazasında iltihablaşmış toxuma kapillyarlarında qan arteriyadan venaya doğru hərəkət edir, diastolada isə əksinə, venadan arteriyaya doğru istiqamətlənir (rəqsi hərəkət) və kapillyar nəbz yaranır. Qanın təkanvari və rəqsi hərəkəti ağrının pulsasiyaedici xarakter almasına səbəb olur. Nəhayət, qanın hərəkəti tamamilə dayanır, staz inkişaf edir. Staz bir neçə saatdan bir neçə günə qədər davam edə bilər, geridönən və dönməyən xarakterli ola bilər.

  • Nəticədə venulalarda hidrostatik təzyiq artır, bu isə kiçik arteriyalar, kapillyarlar və venalarda qan cərəyanının zəifləməsinə və ürək yığılmaları ritminə sinxron dəyişikliklərin meydana çıxmasına səbəb olur. Belə ki, qan axını ürəyin sistolası zamanı maneəyə doğru istiqamətlənir, diastola fazasında isə dayanır (təkanvari hərəkət). Hidrostatik təzyiqin daha da artması zamanı isə sistola fazasında iltihablaşmış toxuma kapillyarlarında qan arteriyadan venaya doğru hərəkət edir, diastolada isə əksinə, venadan arteriyaya doğru istiqamətlənir (rəqsi hərəkət) və kapillyar nəbz yaranır. Qanın təkanvari və rəqsi hərəkəti ağrının pulsasiyaedici xarakter almasına səbəb olur. Nəhayət, qanın hərəkəti tamamilə dayanır, staz inkişaf edir. Staz bir neçə saatdan bir neçə günə qədər davam edə bilər, geridönən və dönməyən xarakterli ola bilər.

Yüklə 60,81 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin