Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 11,68 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix02.01.2022
ölçüsü11,68 Mb.
#1105
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
“Bir qadın, bir uşaq” 

təşəbbüsü davam edir



 



Fərəhli 

haldır 

ki, 

Azərbaycan 

dilində 

ilk  dəfə  “Ortodontiya” 

dərsliyi işıq üzü gördü.   

Dərslik  Azərbaycan  Tibb  Universite-

tinin  stomatologiya  fakültəsində  orto-

dontiya fənnin tədris proqramına uyğun 

olaraq yazılmışdır.

Ortodontiya  kliniki  təbabətin  bir 

sahəsi  olub,  əsas  məqsədi  dişlərin, 

çənələrin,  üz  skeletinin  inkişaf  və 

böyüməsi,  diş-çənə  anomaliyalarının 

etiologiyası,  patogenezi,  diaqnostika-

sı,  profilaktika  və  müalicə  üsullarını 

öyrənməklə  yanaşı,  müasir  ortodontik 

aparatlar  və  avadanlıqlardan  istifadə 

etməklə  yeni  müalicə  üsulları  işləyib 

hazırlamaqdan  ibarətdir.  “Ortodonti-

ya” termini yunan dilində orthos (düz) 

və  odontos  (diş)  söz  birləşməsi  olub 

düz  diş  mənasını  verir.  Ortodontiya-

nın  tədqiqat  obyektinə  yuxarı  və  aşağı 

diş qövslərində dişlərin düzülüşü, qöv-

sün  forması,  diş  qövslərinin  qarşılıqlı 

münasibəti,  əng  və  çənə  sümüklərinin 

kəllə skeletinə görə vəziyyəti və s. aid-

dir. 


Ortodontiya  elmi  son  illərdə  sürətli 

inkişaf  mərhələsi  keçmişdir.  Stoma-

tologiya  elminin  bu  vacib  sahəsində 

istifadə  olunan  diaqnostika  və  müalicə 

üsulları daha da təkmilləşdirilmiş, diş-

çənə anomaliyalarının etiologiya və pa-

togenezinin öyrənilməsində, ortodontik 

və  kompleks  müalicəyə  ehtiyacı  olan 

xəstəlik  qruplarının  ayırd  edilməsində 

böyük nailiyyətlər əldə edilmişdir. Yeni 

materialların və müasir müalicə texno-

logiyalarının klinikada tətbiqi ortodon-

tik müalicədə daha effektli və davamlı 

nəticələrin əldə edilməsinə zəmin yara-

dır. 

Azərbaycan  Tibb  Universitetinin  or-



topedik  stomatologiya  kafedrasının 

professoru  Z.Qarayev,  uşaq  stomatolo-

giyası  kafedrasının  müdiri,  professor 

R.Əliyeva və tibb üzrə fəlsəfə doktoru, 

dosent  Z.Novruzovun  nəşr  etdirdikləri 

“Ortodontiya”  fənnindən  dərslik  or-

todontiya  fənninin  tədrisinin  bütün 

aspektlərini  özündə  əks  etdirən  funda-

mental  dərslikdir.  Dərsliyin  məqsədi 

tələbələrə  ortodontiyada  diaqnostika-

nın  əsaslarını  dərk  etməyi,  diaqnozu 

əsaslandırmağı, xəstənin müalicə planı-

nı müəyyənləşdirməyi, müxtəlif profilli 

həkimlərlə məsləhət aparmağı və müasir 

ortodontik  aparatlarla  diş-çənə  anoma-

liyalarını  müalicə  etməyi  öyrətməkdir. 

Tam  əsaslandırılmış  klinik  və  xüsusi 

müayinə  üsullarını  seçmək,  ortodon-

tik müalicənin gedişi və xəstəyə qullu-

ğu  düzgün  planlaşdırmaq  ortodontik 

müalicəni  müvəffəqiyyətlə  başa  çatdır-

maq üçün vacib şərtdir.

Dərsliyin əsas özəlliklərindən biri də 

müəlliflərin  müşahidələrini  əks  etdirən 

çoxsaylı  rəngli  şəkillər,  klinik  situasi-

yalar  və  təcrübi  vərdişlərə  verilən  üs-

tünlükdür.  Dərslik  13  fəsil,  195  şəkil, 

11  cədvəl  olmaqla  17  çap  vərəqindən 

ibarətdir.

Dərslik  ortodontiya  elminin  tarixi, 

böyümə və inkişaf, üz-çənə sisteminin 

funksional  anatomiyası,  ortodontiyada 

müasir müayinə üsulları, diş-çənə siste-

mi  anomaliyalarının  etiologiyası,  pato-

genezi,  diaqnostikası,  profilaktikası  və 

ortodontik müalicə üsullarını əhatə edir.

Azərbaycan  Tibb  Universitetində 

təhsil  alan  tələbələr  üçün  Azərbaycan 

dilində ortodontiya dərsliyinin olmama-

sı ciddi çətinliklər yaradırdı. Bu baxım-

dan  stomatologiya  fakültəsində  tədris 

olunan ortodontiya fənninin proqramını 

tam  əhatə  edən  dərsliyə  böyük  ehtiyac 

yaranmışdır. Bu çatışmazlığı aradan qal-

dırmaq məqsədilə Z.Qarayev, R.Əliyeva 

və  Z.Novruzovun  birgə  müəllifliyi 

ilə  yazılan  “Ortodontiya”  dərsliyi 

Azərbaycan  Tibb  Universitetinin  və 

digər  ali  tibb  təhsili  müəssisələrinin 

stomatologiya  fakültəsinin  tələbələri 

üçün  çox  faydalı  olacaqdır.  Kitab-

dan  həmçinin  rezidentlər  və  praktik 

həkimlər də yararlana bilərlər.


Yüklə 11,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin