14 mart 2015-ci il
http://www.amu.edu.az
7
u
Novruz - bir bayram kimi baharın gəlməsi
münasibətilə geniş miqyasda qeyd olunur. Nov-
ruz Şimal yarımkürəsində astronomik yazın
başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20,
21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini
təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər
keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Taci-
kistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı,
azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə
qarşılayırdılar.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. İnsanlar
hələ bayrama bir ay qalmışdan onu qeyd etməyə başlayırlar.
Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Yel
(ilaxır) çərşənbələri qeyd olunur.
Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir.
Elmi araşdırmaların bir çoxunda Novruz bayramı Zərdüşt
peyğəmbərin yaşadığı dövrlə bağlanır. Bayramın yaşı-
nın 5000 il bundan əvvələ getdiyi ehtimal edilir. XI əsr
mənbələrindən olan Nizamülmülk “Siyasətnamə” əsərində
Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən
kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi
klassik şərq, o cümlədən, Azərbaycan poeziyasında ge-
niş yayılmış “bahariyyə” adlı lirik şeirlərdə də təsvir və
tərənnüm edilir. İslam xadimləri bu bayrama həmişə dini
rəng verməyə çalışırlar. Hətta bəzi din xadimləri belə bir
fərziyyə irəli sürmüşlər ki, Novruz bayramı guya IV xəlifə
Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır.
Halbuki o, iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə
yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar
keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildi.
Əksər xalqlar, o cümlədən azərbaycanlılar bahar bayramının
əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları
indiyədək saxlamışlar. Novruz -bahar bayramı- qədim xalq
bayramı hesab olunur. Ona farsca- Nou ruz, özbəkcə Nav-
ruz, türkməncə Nouvruz, qazaxca Naurız, qırğızca Nooruz,
türkcə Nevruz, Krım türkcəsi ilə Navrez deyirlər.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini:
quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin
edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz,
ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış
sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa,
deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq.
Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq.
Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı
təyin olunurdu.
Dostları ilə paylaş: