Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


so ru, tibb elmləri doktoru, “Qızıl Qələm” me-



Yüklə 11,68 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix02.01.2022
ölçüsü11,68 Mb.
#1105
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
so ru, tibb elmləri doktoru, “Qızıl Qələm” me-

dia və “İbn Sina” beynəlxalq mükafatları lau-

reatı Sərvər Nəriman oğlu Alimetovun 75 yaşı 

tamam oldu. 

 

S.Alimetov  1940-cı  ilin  martın  12-də 

Azərbaycan Respublikası Qusar rayonu-

nun  Düztahir  kəndində  anadan  olmuş-

dur.  O,  1946-cı  ildə  Düztahir  kənd  orta 

məktəbinə daxil olmuş və buranı 1956-cı 

ildə qızıl medalla bitirmişdir. Sözügedən 

məktəb  1946-cı  ildə  Düztahir  kəndi  və 

onun ətraf kəndləri üçün, İkinci Dünya və 

Böyük Vətən müharibələri qurtardıqdan 

sonra  açılmış  və  kənd  əhalisi  arasında 

“kənd  akademiyası”  adlanırdı.  Burada 

o zaman tətbiq olunan vahid proqressiv 

proqram  üzrə  qabaqcıl  fənlər  yüksək 

ixtisaslı  müəllimlər  tərəfindən  tədris 

olunurdu, ciddi nizam-intizam gözlənilir, 

təlim-tərbiyə  aparılır,  patriotluq  aşılanır 

və daim canlı həyat ruhu hiss olunurdu. 

Hər  tərəfli  olaraq,  orta  təhsil  biliklərinə 

dərindən  nail  olmuş  S.Alimetov  1956-

cı  ildə  N.Nərimanov  adına  Azərbaycan 

Tibb  İnstitutunun  pediatriya  fakültəsinə 

daxil  olmuşdur.  1962-ci  ildə  ali  təhsilini 

əla  qiymətlərlə  başa  vurduqdan  sonra, 

onun  Azərbaycan  Tibb  Universitetində, 

uşaq cərrahiyəsi kafedrasında saxlanıl-

ması  haqqında  Elmi  Şuranın  qərarına 

baxmayaraq, o, kəndə təyinat götürmüş-

dür.

1962-1970-ci  illərdə  Azərbaycan  Res-



publikası  Qusar  rayonu  Şirvanovka 

Regional  Xəstəxanasında  baş  həkim 

vəzifəsində  çalışmışdır.  Bu  xəstəxana 

Nabran,  Yalama,  Şirvanovka,  Samur 

qəsəbəsi olmaqla Azərbaycan-Dağıstan 

sərhədi  boyunca  20-dən  çox  kənd  və 

obalara  tibbi  xidməti  çox  istiqamətli 

şəkildə  göstərirdi.  Həmin  illərdə  əhali 

arasında müxtəlif parazitar və infeksiya 

mənşəli xəstəliklər, yüksək uşaq ölümü 

göstəricisi, səhiyyə-maarif işinin yoxluğu 

xüsusilə  baş  alıb  gedirdi.  S.Alimetovun 

7 il ərzində bu sahədə peşəkar kollektiv 

və əhalinin fəallığı ilə birlikdə göstərdiyi 

gərgin təşkilatçılıq, səhiyyə, diaqnostika, 

müalicə və profilaktik əməyi sayəsində, 

yüksək nəticələr əldə edilmiş, uşaq ölü-

mü xeyli aşağı endirilmiş, Nabran turistik 

bazasında tibbi xidmət yaxşılaşdırılmış-

dır.


1970-ci  ildə  səhiyyə  sahəsində  böyük 

praktik  təcrübə  qazanmış  S.Alimetov 

Azərbaycan Tibb İnstitutunun, akademik 

C.Abdullayevin  rəhbərlik  etdiyi  hospital 

terapiya kagedrasına aspiranturaya çox 

gərgin konkurs üzrə daxil olmuşdur. 

S.Alimetov  1972-ci  ildə  Azərbaycan 

Tibb  İnstitutunda  “Öd  kisəsi  və  öd-

çıxarıcı  yolların  xəstəliklərində  su  və 

elektrolit  mübadiləsinin  dinamikası” 

mövzusunda, tibb elmləri namizədi dis-

sertasiyasını,  vaxtından  erkən  olmaqla 

müvəffəqiyyətlə  müdafiə  etmişdir.  Bu 

dissertasiya üzrə duodenal zondun mo-

difikasiyasını və öddə elektrolitlərin alov-

lu fotometr vasitəsilə müəyyən edilməsi 

üsulunu işləyib hazırlamışdır.

Tibb  elmləri  namizədi  dissertasiya-

sının  müdafiəsindən  sonra,  aspirantu-

ranı  vaxtından  əvvəl  müvəffəqiyyətlə 

başa  vurmuş  kadr  kimi  o,  Azərbaycan 

Tibb  İnstitutunun  hospital  terapiya  ka-

fedrasında  assistent,  müxtəlif  illərdə 

pediatriya  fakültəsində  elmi  işlər  üzrə 

dekan  müavini,  internatura  şöbəsinin 

müdiri, 


Azərbaycan 

Respublikası 

Tibb-Məhkəmə  Ekspertizasında  tera-

pevt-ekspert,  Səhiyyə  maarif  müşaviri, 

fakültə partiya təşkilatının katibi və sair 

məsul  vəzifələrdə  işləmişdir.  Onu  da 

qeyd edək ki, o illərdə dekan ilə partiya 

təşkilatı katibi bərabər yüklü vəzifələr sa-

yılırdı. 1976-cı ildə Azərbaycan Tibb İns-

titutu  daxili  xəstəliklər  kafedrasına  do-

sent  vəzifəsinə  seçilmişdir.  1977-1980-

ci  illərdə  xüsusi  xarici  ezamiyyət  üzrə, 

Afrika  qitəsində  Əlcəzairdə,  3  il  həkim 

vəzifəsində,  Benisaf  mərkəzi  çox  pro-

filli  xəstəxanada  işləmişdir.  Bu  müddət 

ərzində Əlcəzair, Mərakeş, Tunis, Maca-

rıstan, Bolqarıstan, Rusiya, Yaponiya və 

digər ölkələrdə keçirilmiş elmi konfrans, 

konqress və simpoziumlarda fəal iştirak 

etmişdir.

S.Alimetov  1998-ci  ildə  “Xronik  ürək 

çatışmazlığında hemodinamik və home-

ostaz pozğunluqlarının xüsusiyyətləri və 

korreksiyası”  müvzusunda,  tibb  elmləri 

üzrə doktorluq dissertasiyasını müdafiə 

etmişdir.  Burada  ürək  çatışmazlığı-

na  düçar  olmuş  xəstələrdə  bəzi  toksiki 

mikroelementlərin  çoxluğu  sayəsində 

toksikozlar,  bradikardiya,  hipotoniya, 

refrakter  vəziyyətlərdə  rekompensasiya 

üsullarını  işləyib  hazırlamışdır;  yeni  kli-

nik  əlamət,  Alimetov  simptomu  adı  al-

tında  təsvir  edilmişdir  (“Tibb  terminləri 

və  klinik  simptomlar”).  1971-ci  ildən 

Azərbaycan  və  Rusiya  terapevtlər,  kar-

dioloqlar cəmiyyətlərinin üzvüdür.

Türkiyə,  Rusiya,  Orta  Asiya,  Avro-

pa  və  Amerika  ölkələrində  çap  olun-

muş  onlarla  elmi  məqalənin,  300-dən 

çox  elmi  işin,  50-dən  çox  kitabın,  o 

cümlədən  20-dən  çox  dərsliyin,  el-

mi-praktik  vəsaitin,  monoqrafiyanın, 

metodik  tövsiyənin,  7  səmərələşdirici 

təklifin  müəllifidir.  Azərbaycan  Tibb 

Universitetində 

fəaliyyət 

göstərdiyi 

45  ilin  ərzində  yüzlərlə  tələbə,  gənc 

əməkdaş və dissertantların elmi işlərinin 

yerinə yetirilməsində və formalaşmasın-

da onun yaxından köməyi olmuşdur.

S.Alimetov “Qızıl Qələm” media və “İbn 

Sina” beynəlxalq mükafatları laureatıdır, 

2005-ci ildə ilin ən yaxşı tədqiqatçı alimi 

sayılmışdır.

Böyük  vətənpərvər,  gözəl  insan  və 

valideyn,  dərin  bilikli  və  bacarıqlı  tera-

pevt  və  kardioloq,  məhsuldar  alim  və 

yorulmaz  müəllim  S.Alimetov  hazırda 

Azərbaycan  Tibb  Universitetində  Daxili 

xəstəliklər kafedrasında yaradıcılıq işini 

davam etdirməkdədir.




Yüklə 11,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin