Резюме: В статье рассматривается соотношение политических и религиозных влияний в процессе изменения исторического, старого и послереставрационного фасада Дворца Исмаилия, одного из важных зданий Баку, столицы Азербайджана. Этот дворец, построенный Мусой Нагиевым в 1908-1913 годах, был свидетелем исторических событий разных периодов. Во время мартовских событий 1918 года здание было разграблено и сожжено армянами и практически полностью разрушено. Хотя через несколько лет в СССР было принято решение о сносе здания, восстановление здания было начато из-за протеста местного населения. Также в статье состояние здания до пожара сравнивалось с состоянием после пожара и изучалось причинно-сравнительным методом, который является одним из методов количественного научного исследования.
Ключевые слова: дворцовая архитектура, азербайджанская архитектура, культура, символизм, Иосиф Плошко, готика.
Giriş Azərbaycan Cümhuriyyətinin tarixində mühüm hadisələrə şahidlik edən İsmayıliyyə sarayı, Bakının aparıcı iqtisadi liderlərindən olan Ağa Musa Nağıyev tərəfindən Müsəlman Xeyriyyə Cəmiyyəti (qurum) üçün gənc yaşlarında dünyasını dəyişən oğlu İsmayılın xatirəsinə tikilmişdir. 1908-1913-cü illərdə polşalı memar İosif Ploşko tərəfindən tikilmiş və saray 1945-ci il yanvarın 23-dən 1991-ci ilə kimi Azərbaycan SSR Milli Elmlər Akademiyası kimi istifadə olunub. 1991-ci ildən (müstəqillik əldə etdikdən sonra) bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Prezident Binası kimi fəaliyyət göstərir [1].
1918-ci ilin mart hadisələri zamanı Bakıya nəzarəti ələ keçirən ermənilər işğal etdikləri yerlərdə təkcə şəhər əhalisinə deyil, həm də mədəni sərvətlərə malik tikililərə zərər vurmağa cəhd göstərmişlər. O dövrdə ən çox zərər görən binalardan biri də İsmailiyyə sarayı idi. Saray əvvəlcə talan edildi, sonra yandırıldı. Sarayda baş verən yanğın zamanı binaya dəyən ziyanla yanaşı, sarayda fəaliyyət göstərən qurumların arxivləri, o cümlədən sarayın özü də yanğın nəticəsində məhv olub.
Bakı işğaldan azad edildikdən sonra Qafqaz İslam Ordusu İsmailiyyə sarayının qarşısında fəxri parad keçirib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra sarayın yararsız olduğu əsas gətirilərək sökülməsinə qərar verilmiş, lakin yerli əhalinin etirazı ilə 1923-cü ildən binanın bərpasına başlanılmışdır. Bina 1922-1923-cü illərdə Aleksandr Dubovun iştirakı ilə bərpa edilmiş və bir müddət Türk Mədəniyyəti Sarayı adlandırılmışdır. Binanın bərpası zamanı İsmayıliyyə adı əvəzinə “Намят Нагиевым” (Nağıyevin xatirəsinə) yazılmışdır. 1923-cü ildən indiyədək heç bir təmir və ya dəyişikliyə məruz qalmayan bina 2020-ci ildə dəymiş ziyanı aradan qaldırmaq üçün bərpa edilib. İdeologiyaların və siyasi strukturların bu qədər təsirli olduğu bu coğrafiyada binalarda simvolizmdən istifadə qaçılmazdır [7].