Azərbaycan Turizm və Menecment Universitetinin
Elmi Şurasının “15” “aprel” 2015-ci il
tarixli “__4_” saylı protokolu ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Turizm və Menecment Universiteti
Doktoranturanın yaradılması, qəbul qaydaları,
doktorantura təhsilinin məzmunu və təşkili haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Turizm və Menecment Universitetində (bundan sonra ATMU)
doktoranturanın yaradılması, qəbul qaydaları, doktorantura təhsilinin məzmunu və təşkili ilə bağlı
kompleks məsələlərin həlli məqsədi ilə qəbul edilir.
1.2. Azərbaycan Turizm və Menecment Universitetində yüksəkixtisaslı elmi və elmi-pedaqoji
kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir
və doktorantura təhsilinin təşkilində Azərbaycan Respublikasının qanunları, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanunu, "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli
129 nömrəli qərarı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının (AAK) rəyasət heyətinin qərarları, qüvvədə olan digər müvafiq qanunvericilik
aktları və bu Əsasnamə rəhbər tutulur.
1.3. Azərbaycan Turizm və Menecment Universitetində doktorantura təhsili fəlsəfə doktoru və
elmlər doktoru proqramları üzrə həyata keçirilir.
1.4. Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturasında təhsilalma əyani
(istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.
1.5. Doktorantura təhsilini həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti elmi və
elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.
1.6. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturada təhsili dövlət hesabına və
ödənişli əsaslarla həyata keçirilir.
1.7. Azərbaycan Turizm və Menecment Universitetində fəlsəfə doktoru proqramı üzrə
doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə hazırlıq müddəti 4 ildir.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq
yolu ilə hazırlıq müddəti 5 ildir.
Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
1.8. Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları Azərbaycan Turizm və
Menecment Universitetinin sifarişi əsasında müvafiq qurumlar tərəfindən təsdiq edilir.
1.9. Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çatdırmış məzunlara Azərbaycan
Turizm və Menecment Universitetinin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə
verilir.
2. Doktoranturaların yaradılması
2.1. Doktoranturaların yaradılması haqqında vəsatət Azərbaycan Turizm və Menecment
Universitetinin sifarişi əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli
Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında təsdiq
edilir.
2.2. Vəsatətə Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının qərarı əlavə
olunur. Qərarda doktorantura təhsili üçün nəzərdə tutulan ixtisasların siyahısı və müvafiq elmi
potensialın mövcudluğu göstərilir.
3. Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura
3.1. Azərbaycan Turizm və Menecment Universitetinin fəlsəfə doktoru proqramı üzrə
doktoranturasına ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili
ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
3.2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən
doktoranturaya qəbul oluna bilməz.
3.3. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul üçün aşağıdakı
sənədlər təqdim edilir:
- ərizə (Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici
ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin
tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
3.4. Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında
kütləvi informasiya vasitələrində Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən
müvafiq elan verilir.
3.5. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.
3.6. Sənədlərin qəbulu üçün Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun (və ya
elmi işlər üzrə prorektorun) sədrliyi ilə qəbul komissiyası yaradılır. Qəbul komissiyası fakültə,
kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq da
doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunur.
3.7. Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturasına qəbul olmaq istəyən
şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.
3.8. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul olmaq istəyən şəxslə
nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya
imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi
rəhbər təklif edilir.
3.9. Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturaya qəbul komissiyası nəzərdə
tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında
qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş
Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturaya qəbul komissiyasının sədri (və
yaxud səlahiyyətli digər rəhbər şəxs) tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət
almaq hüququ verir.
3.10. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul olmaq istəyənlər
ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun
olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris
proqramları həcmində qəbul imtahanları verirlər.
3.11. Qəbul imtahanlarını keçirmək məqsədi ilə Azərbaycan Turizm və Menecment
Universitetində müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
3.12. İxtisas fənnindən qəbul imtahanını Azərbaycan Turizm və Menecment Universitetinin
rektoru tərəfindən yaradılan komissiya həyata keçirir. Komissiyanın tərkibində müvafiq ixtisas
üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın
üzvü ola bilərlər. Komissiyanın sədri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
və ya elmi işlər üzrə prorektoru təyin edilir. Müstəsna hallarda, bəzi ixtisaslar üzrə elmlər
doktorları və professorlar olmadıqda, komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər
namizədləri), dosentlər, xarici dil üzrə isə elmi (alimlik) dərəcəsi olmayan təcrübəli mütəxəssislər
daxil edilə bilər.
3.13. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul zamanı bərabər
ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və ixtisas üzrə daha
çox çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
3.14. Azərbaycan Turizm və Menecment Universitetində yaradılmış qəbul komissiyası
imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir.
3.15. Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası doktorantların dissertasiya
mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya qəbul
olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir.
3.16. Elmi rəhbər və dissertasiya mövzusu təsdiq olunduqdan sonra doktorant ixtisasına,
dissertasiya mövzusuna, tədqiqat və ya maraq sahəsinə və s. uyğun olaraq doktoranturada təhsil
üzrə Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən qəbul edilmiş tədris planında
nəzərdə tutulmuş siyahıdan elmi rəhbərinin razılıq və tövsiyyəsi də nəzərə alınmaqla ümumilikdə
altı ixtisas fənni seçir.
3.17. Doktorantın tədris planında hər bir fənn üzrə yekun qiymətləndirmənin nəticəsi müsbət
olduqda o fənn üzrə müvafiq kredit toplanmış hesab olunur. Hər hansı bir semestr üzrə əvvəlcədən
seçilmiş fəndən müvafiq kredit toplanmadıqda növbəti semestr (və ya növbəti tədris ilinin müvafiq
semestri) o fənn təkrar seçilir. Sözü gedən fənnin dəyişdirilərək başqa bir fənlə əvəz edilməsi
barədə doktorantın müvafiq kafedraya yazılı müraciətinə kafedranın iclasında baxılır və iclasın
qərarı müsbət olduqda məsələ Fakültə Elmi Şurasının (və ya Tədris-Metodik Şuranın) yekun
qərarına əsasən öz həllini tapır.
3.18. Doktoranturaya qəbul təsdiq edilmiş plan əsasında Azərbaycan Turizm və Menecment
Universitetinin nizamnaməsinə uyğun olaraq rəsmiləşdirilir.
3.19. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul haqqında qərarın
(əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işəgötürən arasında
olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.
3.20. Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası Azərbaycan
Turizm və Menecment Universitetinə təqdim edilir.
3.21. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul haqqında qərarda
(əmrdə) doktorantın dissertasiyasının mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və
onlara bu haqda məlumat verilir. Bir qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya
professor olur.
3.22. Müstəsna hallarda, Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının qərarı
əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər nanizədi) da doktorantlara elmi rəhbərlik
işinə cəlb oluna bilərlər.
3.23. Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi
rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru (elmlər
namizədi) ola bilər.
3.24. Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş
planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və dissertasiya işinin müəyyən
olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.
3.25. Bir elmi rəhbərə təhkim olunan doktorantların sayı beş nəfərdən artıq olmamaq şərtilə,
Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası tərəfindən müəyyən olunur və
ATMU-nun nizamnaməsinə uyğun olaraq rəsmiləşdirilir.
3.26. Hər bir doktoranta görə elmi rəhbərə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Turizm və Menecment Universiteti tərəfindən əməkhaqqı ödənilir.
3.27. Doktoranturada təhsil müddətində doktorant Azərbaycan Turizm və Menecment
Universitetinin Elmi Şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.
3.28. Doktorantların Azərbaycan Turizm və Menecment Universitetindən başqasına, həmçinin
əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi ATMU-nun Elmi Şurasının qərarı ilə ATMU-nun
nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
3.29. Azərbaycan Turizm və Menecment Universitetində doktorant təhsil müddətində:
- peşə biliklərinə dərindən yiyələnməli;
- müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;
- elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;
- fərdi iş planını tam yerinə yetirməli;
- ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan
və xarici dildən doktorluq imtahanlarını verməli;
- elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;
- elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;
- elmi tədqiqat işini bitirməlidir.
3.30. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə hər yarımilin sonunda müvafiq ixtisas
kafedrasının iclasında hesabat verir.
3.31. Doktorantın hesabatının bir nüxsəsi kafedranın iclasının protokolundan çıxarış ilə bir yerdə
iki iş günündən gec olmayaraq Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura
şöbəsinə (və ya bu funksiyanı həyata keçirən müvafiq struktura) təqdim edilməlidir.
3.32. Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün Azərbaycan Turizm və
Menecment Universitetinin elmi işçiləri ilə bərabər kitabxanadan, laboratoriyadan, mövcud
avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək,
ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.
3.33. Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, hər ilinin sonunda Azərbaycan Turizm və
Menecment Universiteti tərəfindən qəbul edilmiş qaydalara və bu Əsasnaməyə uyğun olaraq,
attestasiyadan keçməlidirlər. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi
attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.
3.34. Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasında hər yarımilin sonunda
doktorantların elmi rəhbərlərinin hesabatları dinlənilir, doktorantın elmi rəhbərinin hesabatının bir
nüxsəsi elmi şuranın protokolundan çıxarış ilə bir yerdə beş iş günündən gec olmayaraq
Azərbaycan Turizm İnstitutunun Doktorantura şöbəsinə (və ya bu funksiyanı həyata keçirən
müvafiq struktura) təqdim edilməlidir.
3.35. Doktoranturada fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən, doktoranturada təhsil üzrə
Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən qəbul edilmiş tədris planına uyğun
olaraq tələb olunan bütün fənlərdən zəruri krediti toplayan və elmi tədqiqat işini bitirən şəxslərə
dissertasiyasının kafedrada ilikin müdafiəsinə izacə verilir.
3.36. Dissertasiyanın kafedrada ilkin müdafiəsini müfəffəqiyyətlə başa vuran doktorantın AAK-
nın müəyyən etdiyi qaydalara uyğun olaraq “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün
dissertasiya işinin müdafiəsinə buraxılır.
3.37. Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərlərliyi doktorantlara fərdi iş
planında nəzərdə tutulan elmi tədqiqatların yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin
elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində daxili imkanları hesabına
yardım göstərir.
3.38. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə
təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən
doktorantlara müxtəlif adlı təqaüdlər və ya Azərbaycan Turizm və Menecment Universitetinin
daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər.
3.39. Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə Azərbaycan Turizm və Menecment
Universitetində 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
4. Elmlər doktoru hazırlığı üzrə doktorantura
4.1. Azərbaycan Turizm və Menecment Universitetində elmlər doktoru proqramı üzrə
doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental və tətbiqi
tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi
(alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
4.2. Azərbaycan Turizm və Menecment Universitetində elmlər doktoru proqramı üzrə
doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada
təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici
ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin
tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
4.3. Azərbaycan Turizm və Menecment Universitetində elmlər doktoru proqramı üzrə
doktoranturaya qəbul olunmaq istəyən şəxslər:
- Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinin (və ya bu funksiyanı
həyata keçirən müvafiq strukturun) müvafiq kafedraya təqdimatı (təqdimata bu əsasnamənin 4.2-
ci maddəsində göstərilən sənədlər əlavə edilir) əsasında kafedranın iclasında iddiaçının ərizəsinə
baxılır;
- kafedranın iclası Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinin (və
ya bu funksiyanı həyata keçirən müvafiq strukturun) rəhbərinin (və ya məsul şəxsin) iştirakı ilə
təşkil edilir;
- iddiaçının elmlər doktoru proqramı üzrə müvafiq ixtisasa doktorant qəbul olunması
məqsədəmüvafiq hesab olunduqda kafedra müdiri tərəfindən ATMU-nun Doktorantura şöbəsinə
(və ya bu funksiyanı həyata keçirən müvafiq struktura) təqdimat yazılır. Təqdimata, 4.2-ci
maddədə göstərilən sənədlər və kafedra iclasının protokolundan çıxartış əlavə olunur;
- tədris ili ərzində edilən müraciətlər doktorantura şöbəsi tərəfindən ümumiləşdirilir və tədris ilinin
sonunda (və ya tələb olunan vaxtda) doktoranturaya illik qəbul və dissertantların təhkimolunma
plan yerlərinin sifariş edilə bilməsi üçün Azərbaycan Turizm və Menecment Universitetinin
rektoruna məlumat verilir.
4.4. Doktoranturaya nəzərdə tutulan ixtisaslar üzrə illik qəbul və plan yerləri müvafiq qurumlar
tərəfindən təsdiq olunduqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən
etdiyi vaxtda ATMU-nun doktorantura şöbəsi iddiaçıların sənədlərini ATMU-nun doktoranturaya
qəbul komissiyasına təqdim edir.
4.5. ATMU-nun doktoranturaya qəbul komissiyası elmlər doktoru proqramı üzrə doktoranturaya
qəbul olunmaq istəyən iddiaçıların sənədləri ilə tanış olduqdan sonra iddiaçılarla müsahibə keçirir
və müsbət qərar qəbul etdiyi təqdirdə bu qərarını yazılı surətdə Azərbaycan Turizm və Menecment
Universitetinin Elmi Şurasına təqdim edir.
4.6. Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası “Elmlər doktoru” elmi
dərəcəsinə iddiaçı haqqında qəbul komissiyasının təqdimatı əsasında doktoranturaya qəbul,
dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul
edir. Həmin qərar Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinə uyğun
olaraq rəsmiləşdirilir.
4.7. Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
4.8. Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə (o cümlədən, xaricdə yerləşən) ezam
oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
4.9. Doktorantlar hər ilin sonunda Azərbaycan Turizm və Menecment Universitetinin Elmi
Şurasına fərdi iş planının yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun
doktoranturada təhsilini davam etdirməsi barədə qərar qəbul olunur. Doktorantın təqdim etdiyi
hesabatın bir nüxsəsi şuranın protokolundan çıxarış ilə bir yerdə beş iş günündən gec olmayaraq
Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinə (və ya bu funksiyanı
həyata keçirən müvafiq struktura) təqdim edilməlidir.
4.10. Doktorant Azərbaycan Turizm və Menecment Universitetində təhsil müddəti ərzində
dissertasiya işini başa çatdırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu
müdafiəyə təqdim etməlidir.
4.11. Azərbaycan Turizm və Menecment Universitetində dövlət hesabına əyani təhsil alan
doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət
verilir.
4.12. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil alan doktorantlar Azərbaycan
Turizm və Menecment Universitetində müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
5. Doktoranturada elmi və
elmi-pedaqoji kadrların məqsədli hazırlığı
5.1. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı ali təhsil
müəssisələri, elmi və digər təşkilatların təqdimatı ilə onların tabe olduqları müvafiq qurumların
sifarişləri əsasında həyata keçirilir.
5.2. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı ali təhsil
müəssisələrinin və elmi təşkilatların doktoranturaya ümumi qəbul qaydalarına müvafiq həyata
keçirilir. Məqsədli yerlər doktoranturaya qəbul planında əks olunur.
5.3. Azərbaycan Turizm və Menecment Universitetində “Fəlsəfə doktoru” və “Elmlər doktoru”
elmi dərəcələri üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri doktoranturada
yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığına da şamil edilir.
5.4. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı prosesində
təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya əksinə keçirilməsi yalnız onları göndərən
təşkilatın razılığı əsasında və bu əsasnamənin 3.28-ci bəndində nəzərdə tutulan qaydada həyata
keçirilə bilər.
6. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və
elmi-pedaqoji kadrların hazırlanması
6.1. Azərbaycan Turizm və Menecment Universitetində dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi
və elmi-pedaqoji kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda
çalışan mütəxəssislərin istehsalatdan ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim
olunmaqla, dissertasiya işinin yerinə yetirilməsini təmin edir.
6.2. Azərbaycan Turizm və Menecment Universitetində dissertantlıq yolu ilə “Fəlsəfə doktoru”
elmi dərəcəsi almaq hüququna:
- ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan);
- ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları;
- müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və seçilmiş ixtisasa uyğun elmi
araşdırmalar aparan;
- seçilmiş ixtisas üzrə çap olunmuş elmi işləri (AAK müəyyən etdiyi kriteriyalara uyğun) olan
şəxslər malikdirlər.
6.3. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- seçilmiş ixtisas üzrə çap olunmuş elmi işlərin siyahısı və ya elmi tədqiqat işinin (yazılması
nəzərdə tutulmuş dissertasiyanın) mövzusu üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici
ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin
tanınması haqqında şəhadətnamə);
- “Elmlər doktoru” elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun
müvafiq qaydada təsdiq edilmiş surəti;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
6.4. “Elmlər doktoru” elmi dərəcəsinin dissertantlıq yolu ilə alınması üçün “Fəlsəfə doktoru”
(elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.
6.5. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə Azərbaycan Turizm
və Menecment Universitetində təkrar dissertant olmaq hüququna malik deyillər.
6.6. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə Azərbaycan
Turizm və Menecment Universitetində dissertantlıq yolu ilə təhsil almaq hüququna malik deyillər.
6.7. Azərbaycan Turizm və Menecment Universitetinə dissertant kimi təhkim olunmaq istəyən
şəxslər:
- bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar;
- dissertant təhkim olunmaq istəyən şəxs bu əsasnamənin 6.3-cü maddəsində tələb olunan
sənədlərlə Azərbaycan Turizm və Menecment Universitetinin rektoruna ərizə ilə müraciət edir;
- ATMU-nun Doktorantura şöbəsinin (və ya bu funksiyanı həyata keçirən müvafiq strukturun)
müvafiq kafedraya təqdimatı (təqdimata bu əsasnamənin 6.3-cü maddəsində göstərilən sənədlər
əlavə edilir) əsasında kafedranın iclasında iddiaçının ərizəsinə baxılır;
- kafedranın iclası Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinin (və
ya bu funksiyanı həyata keçirən müvafiq strukturun) rəhbərinin (və ya məsul şəxsin) iştirakı ilə
təşkil edilir;
- iddiaçının müvafiq kafedra üzrə dissertant təhkim olunması məqsədəmüvafiq hesab olunduqda
kafedra müdiri tərəfindən ATMU-nun Doktorantura şöbəsinə (və ya bu funksiyanı həyata keçirən
müvafiq struktura) təqdimat yazılır. Təqdimata, 6.3-cü maddədə göstərilən sənədlər və kafedra
iclasının protokolundan çıxartış əlavə olunur.
- Tədris ili ərzində edilən müraciətlər doktorantura şöbəsi tərəfindən ümumiləşdirilir və tədris
ilinin sonunda (və ya tələb olunan vaxtda) doktoranturaya illik qəbul və dissertantların
təhkimolunma plan yerlərinin sifariş edilə bilməsi üçün Azərbaycan Turizm və Menecment
Universitetinin rektoruna məlumat verilir.
6.8. Doktoranturaya nəzərdə tutulan ixtisaslar üzrə illik qəbul və dissertantların təhkimolunma
plan yerləri müvafiq qurumlar tərəfindən təsdiq olunduqdan sonra Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin müəyyən etdiyi vaxtda ATMU-nun doktorantura şöbəsi iddiaçıların
sənədlərini ATMU-nun doktoranturaya qəbul komissiyasına təqdim edir.
6.9. ATMU-nun doktoranturaya qəbul komissiyası dissertant təhkim olunmaq istəyən iddiaçıların
sənədləri ilə tanış olduqdan sonra iddiaçılarla müsahibə keçirir və müsbət qərar qəbul etdiyi
təqdirdə bu qərarını yazılı surətdə Azərbaycan Turizm və Menecment Universitetinin Elmi
Şurasına təqdim edir.
6.10. Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası qəbul komissiyasının
təqdimatı əsasında iddiaçının müvafiq kafedraya dissertant təhkim olunması, onun dissertasiya
mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul edir. Elmi şuranın
qərarı əsasında Azərbaycan Turizm və Menecment Universitetinin rektoru iddiaçının təhkim
olunması haqqında əmr verir.
6.11. Azərbaycan Turizm və Menecment Universitetində “Fəlsəfə doktoru” və “Elmlər doktoru”
elmi dərəcəsi üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri dissertantlıq yolu ilə
təhsil alan şəxslərə (doktorantlara) də şamil edilir.
6.12. “Fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən
olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas
uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər.
6.13. Dissertantlıq yolu ilə təhsil alan hər bir şəxsin elmi rəhbərlərinə və məsləhətçilərinə
qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Turizm və Menecment Universiteti
tərəfindən əməkhaqqı ödənilir.
6.14. Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları
üzrə dissertant təhkim olunmuş şəxslərə elmi şuranın qərarına əsasən iş yerindən qanunvericilikdə
müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir.
7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
doktoranturada və dissertantlıq yolu ilə təhsil almaq hüququ
7.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Turizm və Menecment
Universitetində doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa
bağladıqları müqavilələr əsasında həyata keçirilir.
7.2. Azərbaycan Turizm və Menecment Universitetində əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı
təhsilin xüsusiyyətlərinə uyğun olaraq ATMU-nun təqdimatı əsasında tabe olduğu qurumlar
tərəfindən təsdiq edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları
qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.
7.3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil
haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında
şəhadətnamə Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturaya qəbul
komissiyasına təqdim edilməlidir.
7.4. Azərbaycan Turizm və Menecment Universitetində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili”
fənnindən əlavə doktorluq imtahanı verirlər.
7.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Turizm və Menecment
Universitetində doktoranturaya qəbulu və dissertant təhkim olunması, qüvvədə olan
qanunvericiliyə və bu əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Dostları ilə paylaş: |