lı peşəkar həkimlərin hazırlanması istiqamətində fə aliy -
yətini davam etdirir. Bu gün universitetin klinikalarında
tədrislə yanaşı, həm də xarici mütəxəssislərin iştirakı ilə
təlim və seminarlar, master-klasslar təşkil olunur.
Bu günlərdə ATU-nun Tədris Terapevtik Klinikasında Fiziote-
rapiya və İdman təbabəti kafedrasının həkim-rezidentləri üçün
maqnit terapiyası və fototerapiya ilə bağlı semnar təşkil olunub.
Tədbirdə keçirilən rezident-həkimlərdən Çinarə Hacıyeva “Maq-
nitoterapiyanın fizioloji və müalicəvi təsir mexanizmləri. Müxtəlif
növ maqnit sahələrinin fiziki xassələrinə görə klinikada tətbiqi”,
Mətanət Mustafayeva isə “Fototerapiyanın təsnifatı və müalicəvi
təsiri” haqqında geniş məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, ATU-nun Tədris Terapevtik Klinikasında da-
vamlı olaraq Fizioterapiya və Tibbi bərpa ixtisası üzrə rezident-
həkimlər üçün kafedradaxili seminarlar təşkil olunur. Fizioterapi-
ya və İdman təbabəti kafedrasının müdiri, ə.e.x., professor Əlişir
Musayevin sözlərinə görə, seminarın keçirilməsində əsas məqsəd
gənc kadrların hazırlanması, zəruri bilik və bacarıqların aşılan-
masında onlara yardımçı olmaqdır.
Bu tədbirlərdə kafedra rəhbərliyi və əməkdaşları - dosent Paşa
Mehdiyev, t.ü.f.d, assistent Nurlana Əliyeva, assistent Vaqif Süley-
manov, dosent Sədaqət Quliyeva, assistent Elmira Əhmədova çıxış
edərək öz təcrübələrini bölüşür, bu və ya digər mövzu ilə əlaqədar
rezidentləri maraqlandıran sualları cavablandırırlar. Seminarların
mövzusu rezidentlərin təklifləri əsasında müəyyənləşdirilir.
Dostları ilə paylaş: |