31 mart 2016-cı il
http://www.amu.edu.az
3
Qonaqları rekto-
run səlahiyyətlərini
müvəqqəti icra
edən, tədris işləri
üzrə prorektor,
professor Sabir
Əliyev qəbul edib.
Qonaqları salam-
layan professor
S.Əliyev, iki ali tibb
ocağı arasında olan
əməkdaşlıqdan
söhbət açıb, bu
əməkdaşlığın
ikitərəfli anlaşma protokolu
üzərində qurulduğunu bildirib.
Universitetimizdə 300-dən artıq
türkiyəli tələbənin təhsil aldığını vurğu-
layan professor Sabir Əliyev, ölkələrimiz
arasında qardaşlıq münasibətlərinin və
müxtəlif sahələrdə, o cümlədən təhsil
və səhiyyə sahəsində sıx əməkdaşlığın
olmasını xüsusi qeyd edib.
S.Əliyev bir neçə gün əvvəl Anka-
ra şəhərində törədilmiş terror aktı ilə
bağlı türkiyəli qonaqlara başsağlığı ve-
rib.
Medipol Universitetinin rektoru pro-
fessor Sabahattin Aydın öz növbəsində
Azərbaycan Tibb Universitetinə hazır-
ki səfərin artıq sayca 3-cü olduğunu
bildirib. O, universitetlərimiz arasın-
da əlaqələrin daha da inkişaf etməsi
istəyində olduğunu da qeyd edib.
Görüşdə iştirak etmiş Medipol Mega
Universitet Xəstəxanasının tibbi di-
rektoru, professor Gazi Yiğitbaşı və
Beynəlxalq xəstə xidmətləri baş ko-
ordinatoru Uygar Üstün ATU ilə birgə
layihələrin aparılmasında maraqlı ol-
duqlarını diqqətə çatdırıblar.
Görüşdə
həmçinin
ATU-nun
beynəlxalq əməkdaşlıq üzrə prorekto-
ru, dosent Rəhimə Qabulova, ATU-nun
Bey nəlxalq əlaqələr şöbəsinin müdiri
Nadir Zeynalov və Medipol Mega uni-
versitet xəstəxanasının Azər baycanda
təmsilçisi Zülfiyyə Əlizadə iştirak
ediblər.
Azərbaycan Tibb Universiteti-
nin Tədris Terapevtik Klinikasının
həkimləri daha bir uğura imza atıblar.
Bu yaxınlarda ağciyər xəstəliyi ilə ağır
vəziyyətdə klinikaya gətirilmiş 7 yaş-
lı Aylin Bağırzadənin həyatını bu tibb
ocağının Reanimasiya və İntensiv Tera-
piya Şöbəsinin həkimləri xilas ediblər.
Hadisə barədə ətraflı məlumat verən Uşaq
Reanimasiya Şöbəsinin həkimi L.Hüseynova
bildirib ki, 7 yaşlı Aylin klinikaya gətirildiyi
zaman çox ağır vəziyyətdə olub:
“Gəldiyi zaman vəziyyətinin ağırlığı tənəffüs
çatışmazlığı ilə əlaqədar idi. Yorğun, yuxuya
meylliyi və təngnəfəsliyi var idi. Ağciyərlərin
rentgen şəkli çəkildi və ona ikitərəfli total
atelektaz (ağciyərlərin büzüşməsi), ikitərəfli
plevrit diaqnozu qoyuldu. Plevrada (ağciyər
kisəsi) - sol ağciyərdə 1200 ml, sağda isə
400 ml maye var idi. Arterial qanda oksigenin
səviyəsi 65% idi.
Tənəffüs çatışmazlığı əlamətləri ön planda
olduğuna görə xəstə dərhal intubasiya oluna-
raq, süni tənəffüs aparatına qoşuldu. İntuba-
siyada xəstənin müşahidəsi uzun müddət da-
vam etdiyindən traxeostomiya açıldı. Müayinə
zamanı çox ciddi korreksiya olunmayan dərin
respirator asidozunun olduğu da ortaya çıxdı”.
L.Hüseynova qeyd edib ki, aparılan
müayinələr zamanı xəstədə hepatospleno-
meqaliya (qaraciyər və dalağın böyüməsi),
assit (qarın boşluğunda 600 ml maye), ciddi
qaraciyər çatışmazlığı, mədə-bağırsaq qana-
maları, aritmiyalar müşahidə olunub.
“Sol
ağciyərdə
1200
ml
maye
olduğundan,toraks drenajı taxıldı və bu, 3
həftə saxlanıldı. Qanama riski olduğundan biz
periodik olaraq uşağa plazma və qan köçürür-
dük”.
Xəstənin bəlğəmində ikincili bakterial pnev-
moniya törədicisi kimi Stenotrophomonas
maltiohila aşkar edildiyini vurğulayan həkim,
bu bakteriyanın əksər antibiotiklərə qarşı da-
vamlı olduğunu da bildirib.
“Lakin müasir standartlara cavab verən
mikrobioloji laboratoriyamızın sayəsində biz
adekvat antibiotiki seçə bildik və bu çətinliyin
də öhdəsindən gəldik”.
Əsasən antibotik terapiya, ventilyator
təqibi və simptomatik müalicələr aparıl-
dığını söyləyən L.Hüseynova onu da bildi-
rib ki, müalicələr zamanı müşahidə olunan
hər bir xəstəliklə bağlı müxtəlif sahələrdən
məsləhətçilər çağırılıb, vaxtında və yerində
müdaxilələr aparılıb.
“Xəstə klinikaya daxil olarkən biz onun
ağciyərlərinin çəkilmiş rentgen şəklini tanın-
mış mütəxəssislərə də göstərdik. Onlar belə
vəziyyətdə xəstələrin nadir hallarda sağ qal-
dığını bizə dedilər. Və sonda belə bir nəticəni
əldə etməyimizin əsas səbəbini burdakı
həkimlərin peşəkarlığı ilə əlaqələndirdilər”.
L.Hüseynova onu da qeyd edib ki, hazırda
xəstənin ümumi vəziyyəti yaxşıdır:
“Reanimasiya və İntensiv Terapiya şöbəsində 37
günlük müşahidədən sonra hazırda xəstənin ümumi
vəziyyəti stabildir, süni tənəffüsdən ayrılıb, aktiv
qidalanır. Buna görə də onun evə aparılmasına icazə
verdik”.
İstanbul Medipol Universitetinin
rektoru ATU-da qonaq olub
7 yaşlı xəstə uşağın həyatı xilas edildi
u Tibb Universite ti Azərbaycan üçün yüksək ixtisas-
Dostları ilə paylaş: