çur
―pəhləvan‖,
―qəhrəman‖, ―güclü‖ və ―kimi‖, ―elə bil ö zü‖ mənalarında
sin (şin, çin)
sözlərindən
ibarətdir. (Yu xa rıda biz Manna ş əxs adlarının bəzilərində ―sin‖ ko mponentinin
iştirak etdiyin i yazmışıq). Bütünlükdə Çursin ―pəhləvan kimi‖, ―igid təki‖
mənasındadır. (Müqayis ə et: türk xaqanı Çur-Tarduş).
I əsr müə llifi Strabon şima lda sirakların bir ça rın ın adını Abeak
adlandığını yazır. Bu ad da türkcədir. Altay dillərində
abaqa
―əmi‖ (166, I, 64-66)
mənasındadır. Müqayis ə üçün deyək ki, VIII əsrdə Altayda telenqutların başçısı
Abak, teleutların XVII əardə xan ı Abak adlanırdı. XIII əsrdə monqollarda Çingiz
xanın nəslində Abaqa xanın adı da mənşəcə bu sözlə bağlıd ır. Çuvaşlarda indi də
Abak, Abayak şəxs adları vard ır.
Tatsit (Salna mə, XII, 16) sirakların Şima li Qafqa zda ş əhərinin adını Uspu
kimi yazır. Bu toponimi Üçupu, yaxud Üçupa (Üçoba) kimi bərpa etmək o lar
(Azərbaycan dilindəki ―oba‖ sözünün qədim türk dillərində ―upa‖, ―upu‖ forma la rı
mə lu mdur). Nəhayət, qeyd edilmə lidir ki, qaraqalpaqlarda Kara -Sira k, özbə klə rdə
Çuvan-Sirak, Katta Sirak, türkmənlərdə Çiraxçi adlı tayfalar vardır.
Təkcə bu üç fakt sarmatla rın Sirak tayfasının türkmənşəli olduğunu aydın
göstərir. V. İ.Abayevin sirakları İrandilli sayması və hətta ―sirak‖ etnonimini osetin
dili əsasında ―rəvan rəqs edən‖ kimi izah et məsi (39) ağlabatan deyildir.
Cənubi Qa fqazda şira k tayfasının məskunlaş ma va xtı məlu m deyil. La kin
indiki Ermən istan ərazisində şirakla rın miladdan qabaq yaşadığını göstərən faktlar
var.
1. V əsr ermən i türixç isi Moisey Xorenasinin e r. əv. II əsrdə şima ldan türk
bolqarların Ermənistanda Şirak əyalətinə gəlib məskunlaşdığını yazması və ―Şirak
hakimi‖ ifadəsini işlətməsi (III kitab, 43-cü fəsil) şirakların orada miladdan əvvəl
məskun olduğunu göstərir. Hə min müəllif I əsrdə ermən i çarının Şira kın
oğlanlarından Quşarı Kəngər və Ko lb əyalətlərinə hakim təyin etməsini də yazır (II
kitab, 8-ci fəsil). Bu mə lu matdakı Quşar ş əxs ad ı tə miz türkcədir. Bu ad kuş –
―qartal‖, ―alıcı quş‖ (Azərbaycan ərazisində erkən orta əsrlərə aid kiçik metal
qartal fiqurları tapılmışdır (bax: A. B. Nuriyev. Şamaxı rayonundan tapılmış tunc
qartal fiquru. Azə rb. EA Mərizə ləri. 1972, № 11) və ər sözlərindən ibarətdir. Ona
görə erməni tədqiqatçısı P.K.Patkanovun Ermən istanda şirakların məskunlaşmasını
miladın IV əsrinə aid etməsi dü z deyil.
Ermənistanda şirakla r Arpaçay sahillərində məskunlaşmışdıla r. Orta
əsrlərdə bu bölgə Şirak – el ad lanırd ı. Tarixi ədəbiyyatda rast gəlinən ―Şuraqel‖,
―Şorəyəl‖ formaları da məhz ―Şirak - el‖in təhrifid ir. Erməni çarı Tiridat (665-699)
vaxtında şirakların Şiraqovan adlı ş əhərinin olması məlu mdur (189, 153). VII əsr
erməni tarixç isi Ananiy Şira katsi məh z Şirak maha lın ın adı ilə ad lanmışdır. IX əsr
ərəb müəllifi İbn Xordadbeh Ermənistandakı Şirak mahalının ad ını Sirac kimi qeyd
etmişdir (1, 18). ―Kitabi Dədə Qorqud‖ da isə bu toponim katiblərin səhvi ü zündən
Şirəku kimid ir. Keçən əsrdə Ermənistanda Şirakqala şəhər xarabalığ ı vardı (153,
151
295). Ermənistanda Şira k rayonunun adında bu türk etnonimi indiy ədək qalmışdır
(ba x: 3). Erməni tarixç iləri şirakları İrandilli saydıqlarına görə, bu ad dəyişdirilmir.
Şirakların digər hissəsi Albaniyada Qanıx (Alazan) və Qabırrı (İori)
çayların ın arasında məskun idi. ―Alban tarixi‖ndə bu əyalət A lbaniyanın mahalı
kimi çəkilir və onun xristian ruhanisinin 478-ci ildə Alban kilsə yığıncağında
iştirak etdiy i göstərilir (―Alban tarixi‖, III kitab, 16-cı fəsil) . İndi bu əyalət
Gü rcüstana aiddir və şirak etnonimin i əks etdirən ―Şirak dü zü‖ nün adında qalır.
Maraqlısı odur ki. sirak tayfasının adı toponimlərdə həm də Çiraklı
(Siraklı, Şiraklı) kimi qalmışdır. A zərbaycanda Çiraqlı adlı 4 kənd vardır. Keçən
əsrin sonlarında Qafqazda ―çirak‖ etnonimi ilə bağlı 11 toponim vardı (153, 285).
XIX əsrin 70-ci illərində Azə rbaycanda 79 ailədən ibarət bir maldar tayfa Çiraq lı
adlanırdı. Qeyd edilməlidir ki, Dağ ıstanda və Şimali Qafqazda bu etnonimlə bağlı
Çirakçay, Çiraq, Çiraqçi və s. coğrafi adlar vardır (153, 285).
De mə li, hələ e radan əvvəl şima ldan gəlmiş türk şira kla r – ç iraqla rın b ir
hissəsi Azərbaycanda məskunlaşmış və şübhəsiz, azə rbaycanlıların etnogenizində
müəyyən rol oynamışlar.
Albaniyanın etnik tarixin in d igər iştirakçısı türkmənşəli qədim şamake
tayfasıdır. Azə rbaycanlıla rın mənşəyinə dair qondarma konsepsiyaya uyğun olaraq
Şirvan və Şamaxı toponimləri də Qafqazmənşəli və İran mənşəli sayılır. ―Şamaxı‖
adının hətta ərəbmənşəli olduğunu yazanlar da olmuşdur, halbuki b ir ş əhər kimi
Kemaxiya fo rmasında Şamaxı toponimin in adı hələ II əsrdə Ptolemey tərəfindən
çəkilmişdir. İndi artıq şübhə doğurmur kimi, ―Şamaxı‖ toponimi şamake tayfasının
adındandır. Bu tayfanın adı V- VII əsrlərə aid qədim erməni mənbələrdə ijmax
(ijemax) kimi çəkilir. Lakin onun etnik mənsubiyyəti haqqında heç nə məlu m deyil.
Tayfanın türkmənşəli olması yalnız etnonimik və toponimik paralellər əsasında
sübut edilir.
İlk dəfə o laraq I əsr müəllifi Plini haradasa Şimali Qafqazda kamak adlı
bir tayfanın yaşadığını qeyd edir (Plini, VI, 21). Yunan və latın dilində ―ş‖ səsi
olmadığına görə, antik müəlliflər ―ş‖ səsi ilə başlanan adları ―s‖ və ―k‖ səsləri ilə
verird ilə r. Ona görə də Plin inin qeyd etdiyi ― ka ma k‖ etnonimi ―şama k‖ kimi b ərpa
olunur. Müqayisə üçün deyək ki, Ptolemey də A lbaniyada ―Şamaxı‖ toponimi
Kemaxiya kimi yazmışdır. Plini yazır ki, (Plini, VI, 50) kamaklar v ə saklar Orta
Asiyada Yaksart (Sir – Dərya) çay ının arxasında da yaşayırlar. Həq iqətən də
qaza xlarda mənşəcə saklarla bağlı o lan şomakey, qa raqalpaqlarda şama k,
türkmənlərdə şamak, qırğızlarda şamake, şamaka adlı türkdilli tayfalar indi d ə
vardır (bax: 85). Bu radan belə nəticəyə gəlmək olar ki, Plin inin Orta Asiyada qeyd
etdiyi kamak tayfası indiyədək şamake kimi qalmaqdadır. Xarəzmdə və
Türkmən istanda Şamaxaqala adlı iki qala xarabalıqları da vardır. Maraqlıdır ki,
Orta Asiyada həmin Şa ma xaqala lar Şirvanqala larla yanaşıdır (170). Yu xa rıda biz
Şirvan tayfası haqqında danışmış və onları mənşəcə saklarla əlaqələndirmişik.
Şamak tayfasının Albaniya ərazisində tarixi məlu m deyil. II əsrdə Şamaxı
152
adlı şəhər vardısa, onda bu tayfa eradan əvvəl burada yaşayırdı. Qeyd edilməlid ir
ki, e rkən orta əsrlə rdə Şima ki adlı yaşayış məntəqəsi Cənubi Azərbaycan
ərazisində, Şamak ad lı kənd Tatarıstanda var idi.
Bu qısa məlu matdan aydın olur ki, ―Şamaxı‖ toponiminin və şəhərin ilk
sakinlərinin İrandilli sayılması fikri yanlışdır.
Albaniyanın türkmənşəli tayfalarından biri də qarqarlar id i. Bu barədə
əvvəlki əsərlərimizdə ətraflı yazd ığımıza görə (85), təkrar etmirik. Rus
tədqiqatçıları qarqarları Qafqa zdilli sayırlar (P.K.Uslar, E.İ.Krupnov, A.Q. Şan idze ,
N.Q. Vo lkova və b.). A zərbaycanda bu fikri İq rar Əliyev və Fə ridə Mə mmədova
müdafiə edirlər. Bu, tamamilə səhv fikird ir, heç olmasa ona görə ki, qarqarlar
Cənubi A zərbaycanda və Orta Asiyada da yaşamışlar (ba x: 85), ora larda is ə
Qafqa zdilli əha li ola b ilmə zdi.
Albaniyada qarqarlar üç bölgədə yaşayırdılar:1.Yu xarı Qarabağda.
―Qarqardağ‖ və ―Qarqarçay‖ toponimləri, Gədəbəy rayonunda Qarqar ad ının təhrif
formaları olan Gərgər, Herher, Xarxar kənd adları qarqarların bu hiss əsi ilə
əlaqədardır; 2.Albaniyanın şimal – şərq bölgəsində İbn Xordadbeh (IX əsr) Şabran
və Dərbənd arasında Karkar ad lı ş əhəri qeyd edir (I, 18); 3. Albaniyanın şima l –
qərbində (―Alban tarixi‖ , I, kitab, 27-c i fəsil). Qəbələ rayonunun ərazisində keçən
əsrdə ―Qarqar‖ etnonimini əks etdirən ―Xarxar- xaraba‖ adlı kənd xarabalığı qeyd
olunmuşdur. ―Qarqar‖ etnonimini əks etdirən ço xlu kənd adları Cənubi
Azərbaycanda vardır (ba x: 200).
Eranın ilk əsrlərində Albaniyada bir türk tayfası kəngərlər idi. Mənbələrdə
bu tayfanın adı V əsrdən çəkilir. Onlar həm Naxçıvan bölgəsində, həm də
Albaniyanın qərbində və Ermənistanda məskun idilər. XIX əsrdə Azərbaycanda
qazaxların b ir tayfası Kəngərli adlanırdı. Kəngərli toponimləri də bu tayfanın adını
əks etdirir (bax: 2; 3; 85).
Albaniyanın VII-X əsrlərə aid toponimləri əsasında biz erkən o rta əsrlərdə
Qarabağda peçenek adlı türk tayfasının yaşadığını müəyyən etmişik (bax: 2; 85).
Maraqlısı odur ki, peçeneklərin Cənubi Rus çöllərində (X əsrə aid mənbədə qeyd
olunmuş) Qarabaq, Qapan, Göyərçi və Çur tayfalarının (26) adların ı əks etdirən
toponimlə r erkən orta əsrlərdə Albaniyada və Ermənistanda vardı. XIV əsrdən
mə lu m olan ― Qarabağ‖ toponimi məh z peçeneklərin Qarabağ tayfasının adın ı ə ks
etdirir. Bu toponimi başqa cür izah edənlər yanılırlar. Albaniyada VII əsrdə
―peçenek‖ etnonimini əks etdirən mahal adları barədə biz ətraflı danış mışıq (bax:
2; 85). Peçeneklər oğuz mənşəli etnos idi (70, V, 91) və ona görə Alban türk
dilində oğuz dillə ri üçün səciyyəvi ünsürlər olmalı idi.
Eranın ilk əsrlərində Albaniyanın şimal şərqində, Dərbənddən cənubda bir
şəhər Çol, Çul adı ilə məlu mdur. Bu toponimi Qafqazdilli hesab edirdilər. Lakin
biz ço xdan bu adın Albaniyada yaşamış türkmənşəli Çu l tayfasının adını əks
etdirdiyin i və etnonimin indiyədək Çullu kəndlə rin in adla rında sa xlandığ ını
demışık (bax: 2; 3; 85). Qədim toponimlər əsasında Albaniyada Aran ad lı türk
153
tayfasının yaşaması da müəyyən edilmişdir (2; 85). Bu tayfan ın adı Albaniyada
Medz-Arank, Aranrot, Arandjnak (Arançi na k) (VII əsr), Hrandaşans, Eznarans,
Aranans (XII əsrə aid ermənicə kitabədə) və indiki Əsgəran (Əski-Aran), Aran
(Tovuz rayonu) və Arançi (Ağstafa rayonu) toponimlə rində əksini tap mışdır.
―Alban tarixi‖ndə VII əsrə aid hadisələrlə əlaqədar o laraq Tərtər çayının
adı çəkilir. Araşdırmalarımız A lbaniyada tərtər adlı türk tayfasının yaşadığını
göstərmişdir (bax: 2).
Musa Kalankatlı Albaniyanın bir tayfasının adını Savdey kimi çəkir
(―Alban tarixi‖, I kitab, 4-cü fəsil). Müəllifin yazdığından belə çıxır ki, bu tayfa I
əsrdə vardı. Azərbaycan tədqiqatçıları onu Qafqazmənşəli sayırlar (bax: 7).
Əslində bu etnonim Sadak türk tayfasının adının ermənicə təhrifid ir. Sadak türk
tayfası qədim tarixə malikd ir. Orta Asiyada bu tayfa hələ er. əv. 519-cu ilə aid
Bisütun qaya yazısında saklarla yanaşı çəkilir. Daha sonra belə tayfa hunların
tərkib ində məlu mdur. Ehtima l ki, Albaniyadakı sadaklar er. əv. VII əsrdə Orta
Asiyadan saklarla gəlmişlər, çünki Cənubi Şərq i Avropada II əsrdən məlu m o lan
hunların içərisindəki sadaklar I əsrdə Albaniyada ola bilməzdi. XIV əsr müəllifi
Hə mdullah Qə zvin inin Şə mkir ya xın lığında göstərdiyi Yu rt-Şadakban toponimi,
Tovuz və Qa za x rayonlarında Sadıxlı (əslində Sadaklı) kəndlərinin və
məhə llə lərinin (Qa za x rayonunun I Şıxlı kəndinin bir məhəlləsi də Sadıxlı adlanır)
adları bu qədim etnonimlə bağlıd ır (2).
Eranın ilk əsrlərində Albaniyaya Şimali Qafqazdan hun tayfaları gəlmişlər.
Artıq V əsrə aid qədim mənbəində Albaniyada Hun qalasının adı çəkilir. Bu
qalanın əzəmətli xarabalıqları Torpaqqala ad ı ilə Tovuz rayonunun ərazisind,
Kürün sağ sahilində indiyədək qalmaqdadır. Hun etnonimi Qarabağda orta əsrlərdə
Xanabad (―Hunabad‖ adının təhrifidir. Bəzilərinin onu Qarabağ xanları ilə
əlaqələndirmələri səhvdir, çünki Hunabad şəklində bu yaşayış məntəqəsi 1727-ci
ildən mə lu mdur, o va xt Qa rabağ xanlığı hələ yaran ma mışdı) və Hunaşin (Qarabağ
düzünün bir hissəsinin adı) toponimlərində qalmaqdadır.
Eranın başlanğıcında albanlardan şimalda yaşayan türk sabirlər (suvarlar)
və goruslar Albaniyanın şima l-şərqində Şabran və Xursan (indiki Dəvəçi
rayonunda Çiraqqala qalası) ş əhərlərin i salmışlar (85). Gorusların bir h iss əsi isə
Zəngəzurun indi Ermən istana mənsub olan ərazisində Gorus qalasını t ikmişlər.
Go rus mahalının adı və Xoruzlu (―Go ruslu‖dan təhrifi) toponimləri bu etnonimlə
bağlıdır (2; 85). (Qazax rayonunun Daş Salahlı kəndində Qarözdü nəslin in adı da
əslən Gorusdu - Go rusludur).
Eranın II əsrindən Cənubi Qafqaza və o sıradan A lbaniyaya türk bolqarlar
gəlmişlə r. Biləsuvar rayonundakı ― Bolqarçay‖ toponimi bu tayfanın adını
saxlamışdır. Bo lqarların Kuvyar, Çakar, Kul və Kazan qolların ın adları isə Xubyarlı,
Çaxırlı, Qu llar və Qazançı toponimlərində qalmışdır (85).
Müəyyən edilmişdir ki, erkən orta əsrlərdə Albaniyada Dondar tayfası da
yaşayırdı. Şimali Qafqaz çöllərində dondarları qədim müəlliflər hələ er. əv. V əsrdə
154
qeyd etmişlər. Onların Albaniyaya gəlmə vaxtı məlu m deyil. A zərbaycanda bir
neçə Dondarlı kəndi və Dondardağ vardır. Müəyyən etmişik ki, Şuşa toponimi
məh z dondarların dilinə mənsubdur. II əsr müə llifi Tatsit (XII, 6) Şima li Qafqa zda
dondarların Şoşu şəhərinin adını çəkir. Latın dilində ―ş‖ səsi olmadığına görə,
müəllif onu Sosu (əslində Susu) kimi yazmışdır. Keçən əsrdə Qarabağda üç Şuşa
(Şimali Qafqazda bir neçə Şuşa) vardı (2).
Azərbaycanlıların etnogenezində və Azə rbaycan dilinin formalaş masında
xə zərlər böyük ro l oynamışlar. Təsadüfi deyil ki, d ilç i Elbrus Əzizov müasir
Azərbaycan dilin in bəzi dia lekt lərinin yaran masını xə zə rlə rlə bağla mışdır (ba x: 6).
Eranın ilk əsrlərindən başlayaraq xəzərlər şimaldan vaxtaşırı Albaniyaya basqınlar
etmişlər. VIII-IX əsrlərdə Ərəb-Xəzər müharibələrin in ço xu da A lbaniya
ərazisində getmişdir. Bunların nəticəsində mü xtəlif vaxtlarda xəzərlərin müəyyən
hissəsi Azərbaycanda məskunlaşmışdır. Azərbaycanda Xəzə rdağ (Füzu li rayonu),
Xəzə ryurd (Ordubad rayonu), Xə zə r-Yaylaq (Lerik rayonu) toponimləri ―Xə zər‖
etnonimin i saxlamışdır. Araşdırmalarımız göstərmişdir ki, Tərnəvit, Ulaşlı, Kəbirli,
Qaraçorlu və b. yaşayış məntəqə adları xəzərlərin tərnə, ku las, kəbər və karaçor
tayfaların ın məskunlaşdığı yerlərd ir (83).
XI-XII əsrlər A zərbaycanın etnik tarixində Orta Asiyadan səlcuq-
oğuzların Ön Asiyaya və Cənubi Qafqaza gəlmələr ilə əlaqədar olaraq yeni
mə rhələ ilə səciyyələnir. Yu xa rıda, I fəsildə səlcuq-oğuzlarının gəlməsi ilə guya
Azərbaycanda türk dilin in bərqərar o lması haqqında mövcud konsepsiyanın
müddəaları ilə o xucunu tanış etmişik. Biz hesab edirik ki, s əlcuq oğuzları
Azərbaycan əra zisində yaln ız türklə rin sayını ço xa lt mış və Azə rbaycan dilində
oğuz dilləri üçün səciyyəvi xüsusiyyətləri artırmışlar; başqa sözlə, oğuzlar
Azərbaycanı türkləşdirənlər deyillər. Hə min dövrdə yarandıqları va xt lardan əhalisi
türkdilli azərbaycanlılardan ibarət olan Təbriz, Urmu,Qəzvin, Ərdəbil, Bakı, Gəncə,
Bərdə, Şabran, Şa ma xı, Şə mkir, Qa za x və bu kimi iri t icarət və mədəniyyət
mə rkə zləri vardı. La kin oğuzların b ina etdikləri şəhərlə r məlu m deyil. ― Kitabi
Dədə Qorqud‖da oğuz bəylərin in alaç ıqlardayaşaması göstərilir.Oğu zla r (sonra
tatar-moqollar, ağqoyunlular və qaraqoyunlular) Azə rbaycana köçəri maldarlığı
gətirdilər. XIX əsrin sonlarına qədər köçəri ma ldarlıqla məşğul olan ellərin ha mısı
mənşəcə
oğuzların tərkibində gəlmiş tayfaların sonrakı nəsilləri idi.
Tarixşünaslıqda azərbaycanlıların XI-XIII əsrlərdə gəlmələr olması və XIX əsrin
əvvəllərindən rusların azərbaycanlıları ―tatar‖ adlandırmaları da bununla
əlaqədardır. Lakin oğuzlar A zərbaycan ərazisinə qatı müsəlman kimi gəlmişdilər.
Bu faktın böyük tarixi əhəmiyyəti ondandır ki, əvvələn, oğuzların yerli türkdilli
əhali ilə konsolidasiyası sürətləndi; ikincisi, döyüşkən oğuzlar tərəfindən
Azərbaycan ərazisinin yadellilerdən
müdafiəsi təmin olundu. Oğuzların
mənbələ rdə qeyd edilmiş 24 tayfasından bəzilə rinin (Əfşar, Bayandur, Bəydili,
Qayı, Bayat, Ey mur, Çəpni, Xələc və b.) ad larını əks etdirən toponimlər
Azərbaycanın hər iki h issəsində vardır. La kin on lar gə ldikdə Azərbaycan xa lqı və
155
onun türk dili vardı. Səlcuq oğuzları Azərbaycan xalq ının etnogenezində həlled ici
rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına məxsusdur.
Deyilənlər göstərir ki, Albaniya əra zisində türkdilli tayfaların bə ziləri yerli,
digərləri isə mü xtə lif va xt larda gə lmə lər id i. Yerli etnosların aparıcısı Alban tayfası
idi. Lakin bu etnos VII əsrdən sonra çox qəribə bir tale ilə qarşılaşdı.
VII əsrin ortala rından Albaniya (Aran) ərəblə rin işğalına mə ruz qald ı.
Ərəb işğalının xüsusiyyəti özü ilə islam din ini gətirməsi idi. A lbaniya ərazisində
isə əhalin in ə ksəriyyəti xristian, a z h issəsi atəşpərəst idi. Atəşpərəstlər və
xristianların böyük hissəsi islama keçdilər. Xristian albanların islamı qəbul edən
hissəsi sonralar xalq içərisində ―ermənidən dönmə‖ ad lanırd ı ki, bu da
―xristianlıqdan islama keçmə‖ mənasında idi. Albanların yaşadığı Arsak
bölgəsində xristian d ini xüsusilə qüvvətli idi. 704-cü ildə ermən ilərin fitvası ilə
ərəb xəlifəsi Alban xristian kilsəsini erməni kilsəsinin tabeliy inə keçirtdi. Bu, azlıq
təşkil edən xristian albanların tədricən ermən iləş məsinə şərait yaratdı; a lban
əlifbası və bu əlifba ilə yazılmış əsərlər erməni kilsə başçıları tərəfindən məhv
edildiy inə görə, xristian albanlar erməni əlifbasından və yazısından istifadə et məyə
məcbur o ldular. Dini ay inlər ermən i dilində icra o lunurdu; monastırlarda uşaqlar
ermənicə o xuyurdular.
Alban əlifbası ilə ya zılmış yazılar a rxeo loji qa zınt ıla r za manı tapılmışdır,
lakin indiyədək onlar o xun ma mışdır. Bu yazıların udin və Dağıstan dillə ri əsasında
oxun ması təşəbbüsləri müsbət nəticə verməmişdir. Əslində qədim türk mənşəli runi
əlifba ilə yazılmış bu yazıların sağdan sola oxunmasına heç kim cürət etmir.
Tədqiqatçılar nəzə rə a lmırlar ki, ya zının yaran ması müəyyən qanunauyğunluğa
tabedir: yazı dövlət quru munu yaratmış etnosa məxsusdur və deməli, onun
dilindədir. V əsrdə Albaniyada aparıcı etnos is ə türkdilli a lban etnosu idi.
Məlu m olduğu kimi, qədim ermən i və gürcü a rxivlə rində albanlarda ay
adları qeyd olun muş mənbələr vard ır. Həmin adlar ço x təhrif olun muş şəkildədir.
İndiyədək onların dil mənsubiyyəti və mənaları aydınlaşdırılmamışdır. Halbuki
Dostları ilə paylaş: |