Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə89/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   ...   85   86   87   88   89   90   91   92   ...   108
kitab20100401060824470

çile, 
mare 

boçkone
kimi ya zılmış ay adları türk xalq larında müvafiq ola raq 
çal ay, 
börü 
(canavar) 
ay
(tunqus-mancurlarda bari-ane) və 
kiçkina ay
adlarının təhrif 
formaları hesab etmək olar. 
Alban xristian kils əsi və albanla rın hakimlə ri isla ma qarşı durmaq üçün 
istər-istəmə z erməni kilsəsi ilə və erməni hakimləri ilə ittifaqda olmalı idi. La kin 
xristian albanlar türk-alban adların ı daşımaqda davam edirdilər. 
Albanların dini mənsubiyyətcə iki hissəyə parçalanması, onlardan birinin
erməni ə lifbasına, digərin in ərəb yazısına keç məsi bütünlükdə Alban etnosunun və 
alban etnik adının tənəzzülünün başlanğıcı id i. İslam din ində milli mənsubiyyətliyə 
qarşı dini mənsubiyyət irəli sürülür, etnik mənsubiyyətcə mü xtəlif xalqlar qardaş 
sayılır. Ona görə albanların müsəlman hissəsində milli mənsubiyyət hissi getdikcə 
ölgünləşməyə başlayırdı. ―Alban‖ ö zünüadlandırması əvəzinə ―müsəlman‖ 
özünüadlandırması formalaşırd ı. Onsuz da miqdarca azlığı təşkil edən xristian 


156 
albanların 20 min nəfərinin (4 min ailə) Tey mur tərəfindən XIV əsrdə Əfqanıstana 
(Qəndahara) köçürü lməsi a lban etnosuna yeni zərbə oldu. Köçürülənlərin başçısı 
El-Həc Mir Üveys əslən gürcü Georgi Meh med xan Şahnavaz oğlu başda olmaqla
Qəndahar qarnizonunu məğ lub edərək qalanı ə lə keçirmiş və orada yaşamışlar. 
XVIII əsr A lban tarixç isi, xristian Asay Əs ən Cə lalyan ya zır ki, ind i də onla r a lban 
(ermənicə Oqvan, yəni Aqvan) adını daşıyırlar. Köçürülən albanla r isla m d inin in 
sünnü məzhəbini qəbul etmişdilər (bax: 2). Əfqanıstanın Qəndahar bölgəsində indi 
də Qarabağ adlı yaşayış məntəqəsi vardır. Bu toponim Qa rabağdan köçürülən 
albanların özləri ilə apardıq ları addır. 
Lakin xristian albanların katolikosları erməni kilsəsinin tabeliy ində olsalar 
da özlərin i ənənəvi olaraq Alban katolikosu adlandırmaqda davam edirdilər.Heç b ir 
mənbədə alban ruhani başçıların ın özlırini e rməni adlandırması yo xdur. Hətta 
XVIII əsrdə ölmüş katolikosun qəbri üstündə ―alban katolikosu‖ sözü həkk 
edilmişdi. Yazısı və din i müstəqilliyi məhv edilmiş xristian albanlar iki od arasında 
idilər: bir tərə fdən isla m d ini, o b iri tərəfdən erməni kilsəsinin təzy iqi. Tə xminən 
1000 il dövləti o lmuş albanların bu hiss əsi təklən mişdi. Müsəlman albanlar 
onlardan getdikcə uzaqlaşırdılar. Uğursuz ta le xristian albanları h aqla mışdı. 
Erməni kilsəsinə tabelik, erməni ya zısından istifadə etmə k məcburiyyəti, sayca 
azlıqda olmaları onların arasında ermən iləş mə prosesini sürətləndirird i. Əsrlərlə 
davam ed miş qəhrəmanlıq tarixi yalnız nəsildən nəslə ötürülən rəvayətlərdə 
yaşayırdı. Mü xtəlif yerlərdən köçüb gələn ermənilər xristian albanlara qarışdıqca 
assimilyasiya prosesi – erməniləş mə gedirdi. XVIII əsrdə köklü xristian albanların 
xeyli hissəsi Şəki xanlığına köçdü. La kin müs əlman əhalisi onla rı artıq e rməni 
adlandırırdı. 
Be ləliklə, Alban etnosunun müs əlman hissəsi üçün ―alban‖ etnik adı 
unudulmağa başladı. Etnosun adı onun əsas atributlarından birid ir. Ad itirs ə, 
etnosun bütövlüyü yoxdur, lakin ü mu mxalq danışıq dili var.
Albanların islamı qəbul etmiş hissəsi isə digər türk tayfaları içərisində 
azlıq təşkil edirdi və ona görə də alban adı həmin tayfalar üçün etnik 
özünüadlandırmaya çevrilə b ilməzd i, çünki həmin tayfaların öz adları vard ı. 
Müsəlman türk albanlar tədriclə başqa türk tayfaları ilə qaynayıb 
qarışdılar. A lbanların türixi üzrə mütəxəssis sayılan Fəridə Məmmədova yazır ki, 
guya albanlar türk tayfaları tərəfindən assimilyasiya edilmişdir (130, 115). Onun 
dediyindən belə çıxır ki, a lban adını daşıyanlar türklə r deyildilər. Əslində albanlar 
türk olduqlarına görə, onlar A zərbaycandakı başqa türk tayfaları ilə konsolidasiya 
ola bilərdilə r, assimilyasiya yox. 
Müsəlman albanlar d inlərin i dəyişsələr də vənglərə - xristian 
monastırlarına və müqəddəs yerlərə sitayişi saxlay ırd ılar. Hətta keçən əsrdə 
azərbaycanlıların bə zi vənglərə sitayiş etmə ləri də mə lu mdur. Əgər onlar VII 
əsrdən qabaq, yəni islam dinin in Azərbaycanda yayılmasından əvvəl burada 
yaşamırd ılarsa, xristian ziyarətgahlarına nəyə görə getməli id ilər? Albanlara 


157 
mə xsus mədəni simanın bir ünsürü də məhz budur. Üstəlik müsəlman a lbanlar 
xristian albanları dinayrı qardaş sayırdılar: onu kirv ə tutur, qonaq saxlayırdı, 
halbuki, adətə görə heç bir xristianı qonaq adlandırmaq o lma zdı. Bu tayfalar 
səlcuq-oğuz tayfaları ilə XII-XIII əsrlə rdən sonra qaynayıb qarışırd ı. VIII-IX 
əsrlərdən sonra Azərbaycan ərazisində ümu mi mənada ―türk‖ etnik ad ı alban adını 
əvəz etməyə başladı. VIII-XIII əsrlər Azərbaycanda etnogenezin yeni mərhələsidir. 
Etnogenez məhz b ir sıra etnoslardan keyfiyyətcə fərqli yeni etnosun yaranması 
prosesidir. Bu mə rhələ a zərbaycanlıla rın forma laşması mərhələsid ir. Etnogenezin 
qabaqkı mərhələsində alban, sak, kimmer, kaspi və s. etnoslar əsasında alban xalqı 
təşəkkül tap mışdı və bununla ə laqədar olaraq vahid danışıq dili, milli mədəniyyət 
yaranmışdı. Nizami, Xaqani, Fələki və b. nəhənglər məhz həmin etnik ö zül, 
mədəni özünə mə xsusluq özərində yüksəlmişdilə r. 
Deyilənlərdən görünür ki, Şimali A zərbaycan ərazisində etnogenezin iki 
mə rhələsi ayrılır. Birinci mə rhələ a lban etnosunun, II mə rhələ isə Azərbaycan 
etnosunun formalaşması mərhələsid ir. 
Gö ründüyü kimi, alban etnosunun tarix s əhnəsindən çıxması – onun 
xristian və müsəlmanla ra ayrılması və de mə li, parçalan ması ilə bağlıdır. 
Parçalan ma prosesi isə alban etnik adının islamı qəbul etmiş albanlar içərisində 
mövqeyinin itməsilə nəticələndi.
Azərbaycan əra zisində etnogenez prosesini kifayət qədər mənbələ rin
yoxluğu ucbatından izləmək çətind ir. Mənbələrdə adətən etnogenez prosesindən 
yox, bu proses nəticəsində yaranmış etnosdan danışılır. Ona görə albanla rdan sonra 
etnik prosesi izlə mək olmu r. La kin bu prosesdə XI əsrdən sonra oğuz tayfaların ın 
üstün rol oynaması şübhəsizdir. Bu prosesin maraqlı xüsusiyyəti vardı: etnik adı 
―türk‖ olanlarla yalnız etnik mənsubiyyətcə türk dilləri ailəsinə daxil olan, lakin 
―türk‖ etnonimini b ilməyən alban tayfaların ın konsolidasiyası gedirdi. Müs əlman 
albanların etnik ö zünü adlandırmaları unudulmağa başlayırdı, lakin əksər erkən 
orta əsr şəhər və kəndlərinin əhalisi b inadan albanlar olmuşdu. Səlcuq-
oğuzlarından əvvəl Albaniyada xəzərlər geniş mövqeyə malik id ilər. IX əsr 
müəllifi İbn Xordadbeh yazır ki, Arran, Curcan (Gürcüstan) v ə Sisəcan xəzərlərin 
ölkəsindəndir (I, 18). 
Azərbaycab ərazisində XII əsrdən qabaq türkmənşəli etnosların yaşaması 
fikrinə qarşı çıxanla r belə bir arqu ment ortay atırla r: A zərbaycan dili Türkiyənin 
türk d ilinə daha ço x yaxındır. Türkiyə ərazisində türk xalq ı oğuzların Kiçik 
Asiyada məskunlaşmasından sonra təşəkkül tapmışdır. De mə li, be lə bir nəticə
çıxarmaq olar ki, Azərbaycan dili də məhz səlcuq-oğuzların ın gəlməsindən sonra 
yaranmışdır. Lakin məsələ başqa cürdür: Azərbaycan ədəbi dili həqiqətən oğuz-
səlcuqların gətird iyi dil idi; ― Dədə Qorqud‖un dili bu dil idi. Sə lcuq oğuzların ın 
dili A zərbaycan və Türkiyə əra zisinə artıq ədəbi dil kimi gəlmişdi. Əhalinin ü mu mi 
danışıq dili də oğuz-səlcuq dilinə yaxın idi. Bunu alban toponimləri aydın göstərir. 
Lakin Türkiyədə və Azərbaycanda etnik proseslərin fərq li cəhətləri vardır: Türkiyə 


158 
ərazisində həqiqətən tam türkləş mə prosesi getmişdir və bu proses həm də xristian 
dininin isla mla əvəz olun ması prosesi ilə yanaşı get mişdir. Azə rbaycanlıla rın 
etnogenezində türkləşdirmə (assimilyasiya) etnik prosesin xa rakterik xüsusiyy əti 
olmamışdır, çünki burada türk etnosları əvvəldən aparıcı rol oynayırd ı. 
Be ləliklə, a lban etnosu parçalandı, onun xristian hiss əsi ermənilərə qarışdı.
Albanların bir h issəsinin ermən iləşdiyin i Z. M. Bünyadov, A. P. Novoseltsev və S. 
T. Yeremyan da yazmışlar (76, 94; 150, 42; 109, 304). Digər hissəsi isə gəlmə türk 
tayfaları ilə qaynayıb qarışaraq Azərbaycab etnosunun əsasını qoydu.
2. 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin