Azərbaycan türkləRİNİN



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə2/108
tarix01.12.2023
ölçüsü1,68 Mb.
#170866
1   2   3   4   5   6   7   8   9   ...   108
kitab20100401060824470

 
 



G İ R İ Ş 
Azərbaycanın hər iki h issəsinin aparıc ı etnosu olan türk mənşəli 
Azərbaycan xalq ının, Dağıstan dilli (lə zgilər, avarla r, sa xurlar, udin lər, 
xınalıq lılar, qrızlılar və buduqlular) və İran dilli (talışlar, kürdler və tatlar) azsaylı 
xalq ların etnognezi problemi indiyədək Azərbaycanın tarixi etnoqrafiyasında 
xüsusi tədqiqat predmeti o lmamışdır. 
Mövzuya 
keçməzdən əvvəl onun predmeti haqqında aydınlıq
yaradılmalıdır. Etnik proses etnosların (qəbilələrin,tayfaların, xalqların) 
dəyişilməsi, yeni etnik birliklərin yaran ması prosesidir. Etnik prosesləri, ya xud 
etnogenez prosesini öyrənənelm sahəsi etnoqrafiya elmində etnik tarix adlanır. 
Etnik tarixin tedqiqi etnogenetik tədqiqatdır. Etnogenetik proses, yaxud etnogenez 
etnosun etnik özünəmə xsusluğunun, etnik sifətin in forma laş masi prosesində baş 
veren tarixi p roseslərin məc muudur. 
Oxucula ra təqdim o lunan bu əsər azərbaycanlıla rın etnogenezi 
problemin in araşdırılması sahəsində yeni addimdir. Bununla əlaqədar olaraq 
―azərbaycanlılar‖ an layışı haqqında bir neçə söz demək zərurəti yaranır. 
Azərbaycanın hər iki h issəsindəki türklər və Şimali Azərbaycanda yaşayan azsaylı 
xalq lar ―azərbaycanlı‖ adlanır, çünki A zərbaycanda məskundurlar. Bu 
―Azərbaycan‖ adın ın coğrafi an layış olmasından irəli gəlir. Cənubda qədimdən 
Manna, Maday (Midiya) və Atarpatkan (VII əsrdən Azərbaycan, daha dəqiqi 
Adarbaycan), şimalda Alban (Appan ) adlan mış iki hiss ənin ―Azərbaycan‖ 
adlanması tarixdə vətəndaşlıq hüququna malikd ir. Ona göre ki, əvvələn, hələ er. əv. 
I min illikdə ölkən in hər iki h issəsində çoxluğu təşkil edən və ona görə aparıcı rola
malik o lan türkmənşəli etnoslar yaşayırdı. İkincisi, Atropatena və Albaniya 
(Appan) VI əsrdə İran Sasanilər dövlətin in (Dərbənd qala divarında VI əsrə a id 
farsca yazıda ―Aturpatkan‖ adının qeyd olun ması göstərir ki, o vaxt Dərbəndə 
qədərki əra zi Sasanilər dövlətinin tə rkibində Atropateniya- Azə rbaycana mə xsus 
idi), VII əsrin orta larından Ərəb xilafət inin tərkib ində bir in zibati vahidə da xil 
idi.Üçüncüsü, indi Şimali Azərbaycanın Kürün Arazla birləşdiyi yerdən Xəzərə 
qədər olan hiss əsindən cənubda yerləşən ərazisi (Sabirabad, Saatlı, Sa lyan. 
Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara 
rayonları) tarixən Maday (Mid iya), VII əsrdən sonra ərəbcə ―Azərbaycan‖ (daha 
dəqiqi Adarbaycan, ya xud A zarbaycan) formasını a lmış Aturpatkan dövlətinə 
mənsub idi. Başqa sözlə, tarixən Cənubi A zərbaycana mə xsus ərazinin b ir hiss əsi 
indi Şimali A zərbaycanin tərkib indədir. Deməli, A zərbaycan müəyyən tarixi 
səbəblər üzündən iki h issəyə parçalanmıç vahid ölkə, a zərbaycanlıla r is ə iki yerə
bölünmüş vahid türkmənşəli etnosdur. 
Hazırda ―azərbaycanlı‖ dedikdə həm bütün tarixi dövrlərdə A zərbaycan 
ərazisində-cənubda Manna, Midiya və Atropatkan, şimalda Alban dövlət 
qurumlarını yaratmış türkdilli azərbaycanlılar və həm də bu etnosla yanaşı 



yaşamış, onun tarixi müqəddəratının iştirakçıları o lmuş Qafqazdilli və İrandilli 
etnik qruplar nəzə rdə tutulur. Bunla rın hamısı bütünlükdə Azərbaycan xa lqıdır. 
Azərbaycanın maddi və mənəvi mədəniyyətinin təşəkkülündə, mənəvi simasın ın 
formalaşmasında bu kiçik xalq ların da rolu şübhəsizdir. Lakin ―Azərbaycanlı‖ 
dedikdə bu anlayışın iki cəhətini ayırd et me k la zımdır: türkmənşəli əhali üçün 
―azərbaycanlı‖ konkret ö zünüadlandırma (məh z ―türk d ili‖anlamında ―Azərbaycan 
dili‖ifadəsi hələ X əsr müəllifləri Əbu Peyhan Biruni və Xətib Təbrizi tərəfindən 
işlən mişdir, Babək üsyanı ilə əlaqədar məlu matlarda XI əsrin görkəmli Azərbaycan 
filosofu Əbülhəsən Bəhmənyarın Babəki ―azərbaycanlı‖, ərəbcə ―əl Azərbaycani‖ 
adlandırması məlu mdur), Qafqazmənşəli və İran mənşəli kiçik xalqlar üçün 
―azərbaycanlı‖ ü mu mi, birləşdirici adlandırmadır, Çünkü, bu azsaylı xalqların 
―azərbaycanlı‖ adlan ması onların A zərbaycan ərazisində məskun olmaları ilə 
bağlıdır, ö zlərinin etnik adları – kon kret ö zünüadlandırmaları isə başqadır: udin, 
lə zgi, avar, sa xur, tat, ta lış, kürt və s. De mə li a zərbaycanlıla rın təşəkkü lü dedikdə 
Azərbaycan əra zisində yaşayan bütün xa lqla rın təşəkkülü nə zərdə tutulur: hə m 
çoxluğu təşkil edən və özünüadlandırması‖azərbaycanlı‖ o lan türklərin, həm də 
etnik ad ları o lan, lakin A zərbaycan ərazisində məskun o lduqlarına görə 
―azərbaycanlı‖ adlanan azsaylı xalqların. Bununla əlaqədar qeyd etmek istəyirəm 
ki, yaxın keçmişdə respublikamızda irəli atılmış türkçülü k ideyasının əleyhinəyəm. 
Mən qəti inandırıra m ki, Azə rbaycanın cənub hissəsinin əra zisində və ona bit işik 
bölgələrdə türk mənşəli etnoslar er. əv. III minillikdən, şimalda er. əv. I 
minillikdən art ıq aparıc ı ro la ma lik olmuşlar. Təqdim etdiyim kitabın qarşısına 
qoyulmuş əsas məqsəd də bu konsepsiyanın sübut edilməsindən ibarətdir. Lakin 
həmin etnosların heç biri türk adlan ma mışdır. Bu fikir dü zdür ki, ―türk‖ etnonimi 
Altayda yalnız bir etnosun adı olmuşdur və sonra bu ad Altay –dil ailəsin in 
qollarından birinə şamil edilmişdir. Beləliklə, mən Azərbaycan ərazisində er. əvvəl 
türklərin yaşadığını dedikdə ö zünü türk adlandırmış tayfaları yo x, Altay-d il 
ailəsin in Türk qoluna mənsub edilə bilən qədim etnosları nə zərdə tutura m. Başqa 
sözlə, Altay-dil ailəsinin Türk qoluna mənsub etnoslar Azərbaycan ərazisində 
eradan əvvəl yaşayırdı, la kin özünü türk adlandıran lar is ə buraya yalnız erkən orta 
əsrlərdə, ko mpakt halda isə XI-XII əsrlərdə Səlcuq oğuzları ilə gəlmiələr. 
Bə zi mətbuat səhifələrində Şimali A zərbaycan ərazisində Alban etnik 
adını daşıyanların türkmənşəli o lması barədəki fikrimə qarşı çıxırlar. Mən bu cür 
mü lahizələri rədd edirəm. Albanların türkmənşəli o lması tekzib olun maz faktlara 
söykənir: alban şəxs adların ın və Albaniya toponimlərinin türkcə olması. Aşağıda 
bu faktlar verilmişdir. Mən tamamilə əminəm ki, A zərbaycan ərazisində er. əvvəlki 
minilliklərdə türkmənşəli etnosların yaşaması haqqında konsepsiyam gec -tez 
Azərbaycan tarixində öz yerin i tutacaqdır.
Kitabın həcminə görə Azərbaycan xalqinin bütünlükdə təşəkkülü 
problemin in həllin i vermə k mü mkün deyil. Ona göre bu əsər əsas etibarilə
Azərbaycan türklə rin in mənşəyinə həsr olunmuşdur. Bunun bir neçə səbəbi var. 



Əvvələn, türkmənşəli azərbaycanlıların mənşəyi probleminin həllində 
Azərbaycan tarixşünaslığında ço x böyük ədalətsizlik-tarixi həqiqətə biganəlik 
mövcuddur. Bəzi rus, erməni və gürcü tarixçilərin in saxta fikirlərin i o lduğu kimi 
qəbul edərək tarixşünaslığ ımıza da xil et miş yüksek adlı-sanlı tarixçilə rimiz 
Azərbaycanda 
türkmənşəli 
etnosların 
qədim 
tarixin i 
bilərə kdənmi, 
bilməyərə kdən mi a mansızlıqlaheçə endirmiş və türklərin buraya orta əsrlərdə 
gəlmə olmasını sübut etməyə doğru yönəldilmiş konsepsiya yaratmışla r. Aşağıda 
tarixşünaslığımıza özünə möhkəm yer eləmiş bu qondarma konsepsiyanın 
mah iyyətini açacayıq. Sanki bu cür tarixç ilərimizdə türk sözünə, türk varlıglna, 
türk mədəniyyətinə qarşı nifrət hissi var, səbəbini bilən yo xdu. Rus, ermən i, gürcü 
və fars tarixçilərinin, ü mu miyyətlə, türklərin, xüsusilə Azərbaycan türklərin in 
tarixin i saxtalaşdırmaqda niyyətlərini başa düşmək olur: bu tarixçilərin mənsub
olduğu xalq lar ara-sıra mərhələlər istisna olmaqla tarix boyu türklərin hakimiyyəti 
altında olmuşlar. Bu tarixi həqiqət onlarda türklərə, o sıradan azərbaycanlılara qarşı 
kin doğurur və onlar türk xalqların ın, o sıradan azərbaycanlı türklərinqədim tarixini 
hər vasitə ilə sa xta laşdırmaqlab ir növ ―əvəz‖ ç ıxırla r. 
Türklərin Azərbaycan ərazisinə orta əsrlərdə gəlmə o lması haqqında 
Azərbaycan tarixşünaslığında əksini tapmış konsepsiya, azərbaycanlıla rın 
Ermənistandan kütləvi qovulmasının və A zərbaycana qarşı ərazi iddiasının tarixi 
baxımdan əsaslandırılmasına xid mət edən erməni tarixşünaslığına bütün 
parametrlərdə uyğundur.
İkincisi, doğrudur, er. əv. VII əsrdən başlayaraq eramızın XII-XIII əsrlərinə 
qədər Y. B. Yusifova görə, Azərbaycan tərəfə türk etnoslarının üç böyük axını 
olmuşdur (186). Lakin onlardan əvvəl burada yerli, avtoxton türkmənşəli etnoslar-
Manna, Maday, Kas, Alban, Kaspi və b. yaşayırdı və Aazə rbaycan ərazisində 
Manna, Maday Atropatena və Alban dövlətləri də bu etnosların quru mlarıdır. Ona 
görə Azərbaycan xalqın ın təşəkkülü problemini araşdırdıqda əvvəlcə türkmənşəli 
azərbaycanlıların mənşəyi proble mi həll edilmə lidir, çünki bununla Azərbaycanda 
yaşayan azsaylı xalqların etnogenezin in həlli üçün də meydan açılır.
Üçüncüsü, Azərbaycanın azsaylı xalqların ın mənşəyi haqqında qabaqkı 
əsərlərimizdə (83; 85) danışmış və bu barədə araşdırmalarımızın nəticələrini 
vermişik. Xüsusilə, Qafqaz-dil ailəsinin ləzgi dilləri qrupuna aid olan dillərdə 
danışan udinlərin, avarların, saxurların və ləzgilərin hələ Alban dövləti vaxtında 
şimal-qərbdə və şimal-şərqdə yaşadıqların ı yazmışıq. Bu xalq ların bir hiss əsi 
Dağıstan ərazisində yaşadığına görə, Dağıstan tarixçilərinin də onların mənşəyinə 
dair tədqiqatları vardır. La kin A zərbaycan xalq ının etnogenezi proble minin sa xta 
həlli ucbatından Dağıstandilli (ya xud lə zg idilli) xa lqla rın mənşəyi barədə yazmış 
tədqiqatçılar tarixi fakt ların məc rasından kənara ç ıxa raq bu məsələdə yanlış 
nəticələrə gə lmişlər ki, bu da öz növbəsində indi bəzi lə zg i xadimlərin in 
Azərbaycana qarşı tarixi obyektivliyə uyğun olmayan ərazi iddiala rına s əbəb 
olmuşdur. Qeyd etmək lazımd ır ki,rus və erməni tarixçilərinin əsərlərindəki saxta 



baxışlar əsasən Azərbaycan türklərinə qarşı çevrilmişdir.Bu əsərlərdə 
Azərbaycandaki Dağıstandilli və İrandilli a zsaylı xalq ları və hətta Dağıstan 
xalq larını türk azərbaycanlılara qarşı qoymaq meyli vard ır. Çünki ermənilər
azərbaycanlılara qarşı torpaq iddiasını əsaslandırmaq üçün əvvəlcə türk 
azərbaycanlıların bir etnos kimi tarixi özünə mə xsusluğunu inkar etmeye ça lışırlar. 
Bunun üçün Azərbaycan dilinin Azərbaycandakı azsaylı xalq ların və Dağıstan 
xalq larının d illərinə ço xmin illik təsirini dan maq vacib idi. Məsələn, 1969-cu ildə S. 
Q. Barxudaryan adlı bir ermən i XI-XII əsrlərdə ―Dərbənd Erməni-Alban çarlığı‖ 
adlı dövlətin mövcud olması haqqında Yerevanda məqalə yazmışdı (Бар хударян 
С.Г.Дербентское армянско-албанско царство.»Историко-фило логический 
журнал»,3, 169) Əslində tarixdə belə dövlət o lmamışdır. Məqsəd azərbaycanlıların 
başı üstündən ermənilərlə Cənubi Dağistan xalqları arasında körpü salmaqdan 
ibarət idi. A z sonra 1977-c i ildə O.İ. Vinoqradova və Q. A. Klimov adlı rus 
dilçiləri Dağıstan dillərində erməni sözlərinin o lması haqqında Moskvada məqalə 
yazdılar (бах О.И.Вино градова Г.А.Климов.Об арменизмах в Дагестанских 
языках.» Э тимология»-1977‖, M., 1979). Onlar yazırdılar ki, Dərbəndə ―Alban-
Erməni‖ yo x, ― Erməni ça rlığ ı‖ olmuşdur. Bunu ―sübut‖ etmək üçün onlar 
Azərbaycan dilindən həm e rməni dilinə, hə m də udinlə rin, lə zgilə rin, saxurla rın, 
qrızların və b. dillərinə keçmiş sözlərin ermən imənşəli olduğunu göstərmişlər.Yəni, 
guya bu sözlər əslən ermən icədir və Dağıstan xalqlarına da ermənilərdən 
keçmişdir: 

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin