127. 1918-ci il iyunun 26-da keçmiş müsəlman korpusu “Əlahiddə Azərbaycan korpus”una
çevrilməsi ilə:
A) S. Mehmandarov müdafiə naziri təyin olundu
B) Azərbaycan Milli Ordusunun yaradılmasının əsası qoyuldu
C) Qafqaz İslam Ordusu gücləndi
D) Azərbaycanının Milli Hökuməti öz mövqelərini qoruya bildi
E) F.Xoyski eyni zamanda müdafiə naziri təyin olundu
Testin çətinlik dərəcəsi: orta
İstinad: İradə Nuriyeva. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2015
128. 1918-ci il sentyabrın 15-i Azərbaycan tarixində hansı əlamətdar hadisə ilə yadda qaldı?
A) İlk parlamentin yaradılması ilə
B) Göyçay qələbəsi ilə
C) Şamaxı qələbəsi ilə
D) İngilislərin Bakını tərk etməsi ilə
E) Bakının azad olunması ilə
Testin çətinlik dərəcəsi: asan
İstinad: İradə Nuriyeva. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2015
129. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu:
A) Parlamentli monarxiya idi
B) Prezidentli respublika idi
C) Parlamentli respublika idi
D) Federativ respublika idi
E) Konstitusiyalı monarxiya idi
Testin çətinlik dərəcəsi: asan
İstinad: İradə Nuriyeva. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2015
130. 1918-ci ildə qəbul olunmuş “İstiqlal Bəyannaməsinə” görə qanunverici hakimiyyət hansı
orqana məxsus idi?
A) Dumaya
B) Nazirlər Şurasına
C) Müəsissələr Məclisinə
D) Milli Şuraya
E) Parlamentə
Testin çətinlik dərəcəsi: mürəkkəb
İstinad: İradə Nuriyeva. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2015
Dostları ilə paylaş: