8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə43/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   126
1945‑ci ildə Azərbaycan
SSR Elmlər
Akademiyasının həqiqi
üzvü seçilib
Azər baycan müəllim ‑
 lərinin VI qurultayında
(26–28 avqust 1946‑cı il)
respublika məktəb ‑
lərində təlim‑tərbi ‑
yənin keyfiy yətini
yaxşılaşdırmaq
haqqında məruzə ilə
çıxış edib
Mirzə İbrahimov sovet
yazıçılarının IV qurultayının
nümayəndələri arasında (1967)
Şəkildə (soldan): 1. İmran Qasımov – 
xalq yazıçısı, 2. Konstantin Simonov –
sovet yazıçısı, 3. Mirzə İbrahimov – xalq
yazıçısı, 4. Kamal Talıbzadə – professor
6. İsmayıl Şıxlı – xalq yazıçısı və başqaları


nəzərə çatdırmışdı. «Balalarımızı başdan‑başa sa vadlı etmədən,
əsl elm və mədəniyyət yoluna çıxarmadan xalqımızın və Və tə ‑
ni mizin gələcəyini təmin edə bilmərik,  əsrlə ayaqlaşa bilmərik:
həyat və mübarizə isə tərəqqi ilə, inkişafla ayaqlaşa bilməyən ‑
lə ri kənara atır», – deyən xalq maarifi komissarı müşahidələ ‑
rini belə ümu mi ləş di rib:  «İşi elə qurmaq,  elə bir ilham və ürəklə
uşağa yaxın laş maq lazımdır ki, o, dərsə getmədikdə, məktəb ‑
dən ayrıldıqda da rıxsın,  ürəyi sıxılsın.  Bunun üçün də xadi mə ‑
dən tutmuş mü ha sibə qədər bütün məktəb işçilərində və birinci
növbədə,  müəl  limdə məhəbbətlə dolu bir ürək və heç zaman,
hətta gün dəlik işlərin adiliyi altında belə sönməyən bir ilham
lazım dır». Məruzədə imtahanların yekunları, təhsilin keyfiy ‑
yəti mə sə lələri də təhlil olunub, müəllimlərin ixtisası, pedaqoji
elm lə rin tədqiqi problemləri,  məktəbə rəhbərlik və məktəb
müfət tiş lə rinin vəzifə səlahiyyətləri kimi motivlər belə
nəzərdən qaçırılmayıb.
Pedaqoq alimlər etiraf edirlər ki, Mirzə İbrahimovun
maa rif işçiləri qarşısındakı məruzə və çıxışları,  mətbuatda dərc
91
Azərbaycan KP MK‑nın birinci
katibi Heydər Əliyev xalq yazıçısı
Mirzə İbrahimova Sosialist
Əməyi Qəhrəmanı döş nişanını
təqdim edərkən (1981)


olunmuş məqalələri öz elmi dəyərini, aydın ideya istiqamətini
hər vaxt saxlayan qiymətli nümunələrdir. Maarif işindən ayrıl ‑
dıqdan sonra da müntəzəm olaraq müəllim və onun əməyi,
məktəb və onun müqəddəs vəzifəsi, ana dilinin tədrisi və öy ‑
rə nilməsi,  şəxsiyyətin mərifəti barəsində mülahizələr söyləyib,
pedaqoji mətbuat səhifələrində vaxtaşırı çıxışlar edib.
Akademik Mirzə İbrahimov Azərbaycan tarixini, Azər ‑
baycan pedaqoji dəyərlərini yaxşı bilən alim kimi klassik peda ‑
qo ji fikrin ənənələrini davam və inkişaf etdirərək, «təlim‑tərbi yə
insanı xeyirxah etməlidir» – hikmətli kəlamını vurğula yaraq hər
kəs üçün bu işin hələ uşaqlıqdan başlanmasını zəruri sayıb. Onun
qənaətinə görə,  «insanın vətənpərvərlik duyğusu,  ürə yin də ka ‑
mil vətəndaş olmaq üçün qüdrətli və ehtiraslı bir arzu və meylin
oyanması» təlim və tərbiyə işi ilə, onun səviyyəsi ilə bağlıdır.
Mirzə İbrahimov Azərbaycan pedaqoji fikrinin görkəmli
nümayəndəsi, ilk «Pedaqogika» dərsliyinin müəllifi, məşhur
müdərris, Ordubadda «Əxtər», Naxçıvanda «Tərbiyət» mək ‑
təb lərinin banisi Məhəmməd Tağı Sidqinin məktəbin vəzifələri
haqqında dediyi fikirləri daha da inkişaf etdirərək yazır: «Şa ‑
gir din yalnız məktəb divarları arasında deyil,  məktəbdən xa ‑
ric də, evdə, ailədə, küçədə, qonşuda və həyətdə də məktəbli
ol duğu, məktəb təlim və tərbiyəsi gördüyü bilinməlidir. Nəcib
hərəkətləri, oturuşu, duruşu, sual və cavabları, aydın və təmiz
danışığı,  parlaq və düzgün anlayışın dan onun məktəbli oldu ‑
ğu nu,  yaxud məktəb təlim və tərbiyəsi gördüyünü hər kəs
sezməlidir».
Mirzə İbrahimov sələflərindən daha irəli gedərək işlədiyi
illərdə əsl pedaqoji yenilik olan və hazırda təlim‑tərbiyə işində
əsas sayılan tələblər irəli sürüb. Bunlar şagirdlərə müstəqillik
və idrakını inkişaf etdirmək, müqayisə edə bilmək, nəticə
92

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin