Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə121/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   117   118   119   120   121   122   123   124   ...   139
naxırqovan (bəzi hallarda bu müddət oğlaqqıran da adlanır) deyirlər. Belə sərt şaxtalı 

günlərdə əsən külək birinci növbədə çöldə otarılan naxırı (qaramalı) tövləyə qovurdu. 

"Naxırqovan"  adı  da  buradan  meydana  gəlib.  Bundan  sonra  soyuqlar  düşür.  Elə  ki 

soyuqlar başladı, bununla əlaqədar mal-qara 7-8 ay qışlaqda saxlanılır və otarılır. 

Qış  otlaqlarının  böyük  hissəsini  Kür-Araz  ovalığı  (Şirvan,  Mil,  Qarabağ, 

Muğan)  təşkil  edir.  Bundan  başqa,  Qobustan,  Ceyrançöl,  Acınohur,  Bozdağ,  Daşüz, 

Qarabağdakı  Geyan,  Çaxmaq  bozqırları  və  s.  ərazilər  Azərbaycanın  ən  əlverişli 

qışlaqları  hesab  edilir.  Quru  subtropik  iqlim  qurşağında  yerləşən  Azərbaycan 

qışlaqları üçün yayın isti və quraq olması, qışın isə mülayim keçməsi və yağıntıların 

az olması, yem ehtiyatının bolluğu və örüşlərin genişliyi səciyyəvidir. 

Payızın axırlarında dağların yamacları ilə duman sürünür. Bir anın içində dolu 

tökür,  yağış  yağır,  qarı  elə  qarışdırıb  sovurur  ki,  göz  gözü  görmür.  El-obada  bu 

müddətə il payızdan qışa dönən vaxt deyirlər. "Payızın bir ayı qışdandır, qışın bir ayı 

yazdan"  deyimi  də  bununla  əlaqədardır.  Ona  görə  də  xalq  qışa  hazırlığı  payızın 

sonuna qədər başa çatdırmağa çalışır, yəni qarlı-şaxtalı qışı qarşılamağa hazır olurdu. 

Xalqımız bununla əlaqədar başqa bir deyim nümunəsi yaratmışdır: 

Qorx payızdan, qabağında qış gəlir,  



438 

 

Qorxma qışdan qabağında yaz gəlir. 



Deməli,  payız  əl-ayağını  çəkməmiş  qış  əsasını  dayayıb  qapının  ağzını  kəsir. 

Əkinçi  babalarımız  müəyyənləşdirmişlər  ki,  qış  fəslində  gecələr  ayazlı,  gündüzlər 

dumanlı keçərsə, bu, qışın sərt, şaxtalı olacağına işarədir. Yəni bu müddətdə havalar 

soyuq  keçir,  torpaq  soyuyur.  Qışda  gündüzlər  ayazlı,  gecələr  dumanlı  olanda  isə 

əksinə,  havalar  nisbətən isti  keçər, torpaq daha  isti olar, bitkilər tez  və  yaxşı inkişaf 

edər, məhsul bol olar. Bu sınama xalq şerində də əksini tapmışdır: 

Gecə ayaz, gündüz duman, ilin kürüdür - kürü,  

Gündüz ayaz, gecə duman, ilin gülüdür - gülü. 

Deyirlər  ki,  qışda  qar  çox  yağarsa,  məhsul  bol  olar.  Belə  yağıntıya  bərəkət 

gətirən,  bolluq  gətirən  qar  deyirlər.  Elə  ona  görə  də  "Yaz  bərəkəti  qışdan  alır"  - 

söyləyib ulularımız. 

Toplanmış  etnoqrafik  materiallara  əsaslanaraq  demək  olar  ki,  çox  qədim 

zamanlardan formalaşmış bölgüyə görə, xalqımız qışı üç mərhələyə bölmüşdür. Qışın 

başlanğıcı,  ilk  mərhələsi  40  günlük  olmaqla  Böyük  çillə,  ikinci  mərhələsi  20  gün 

olmaqla Kiçik çillə, üçüncü mərhələsi 30 gün olmaqla Çilləbecələrə (Boz aya) ayrılır. 

Qışın  başlanması  münasibətilə  el-obamız  ilin  ən  uzun  gecəsində  (buna  Çillə  gecəsi 

deyilir) xüsusi mərasim keçirir, bir sıra adət və inanclara əməl edirdi. Bu kütləvi xalq 

bayramında saysız-hesabsız tonqallar yandırılırdı, ailə üzvləri onların ətrafına toplaşıb 

şadlıq edir, üstündən tullanırdılar. Hər yerdə atəşfəşanlıq başlanırdı, şənlik etmək üçün 

adamlar  bir  yerə  yığışır,  maraqlı  oyunlar,  tamaşalar  ifa  edir,  qurban  kəsir,  çalıb-

oynayırdılar. Nişanlı qızlara, təzə gəlinlərə "çillə payı" aparılır. Çillə payında hədiyyə, 

şirniyyat, meyvə olur. Çillənin əsas simvolu qarpız, "Çillə qarpızı" sayılır. Çillə payı 

gətirilərkən gənc qızlar qarpızla bağlı mahnılar oxuyurlar: 

Əzizim Çillə qarpız.  

Düşübdür dilə qarpız.  

Yığılıb xurcunlara, 

Gedib yargilə qarpız. 

 

Əlimi bıçaq kəsdi oy.  



Dəstə bıçaq kəsdi oy.  

Yarın Çillə qarpızın  

Yastı bıçaq kəsdi oy. 

Bu qarpız, Çillə qarpız  

Düşübdür dilə qarpız.  

Yığılıb xurcunlara,  

Gəlib yargilə qarpız. 

Çillənin girdiyi gün müxtəlif adda, müxtəlif dadda ləziz yeməklər olan süfrələr 

açılır. Hamı süfrə başına yığışır, ortalığa yaşıllıq, bolluq rəmzi olaraq qarpız gətirilir. 

Ordubad bölgəsində Çillə gecəsi süfrədə "Q" hərfi ilə başlayan 7 cürə çərəz olmalıdır: 

məs., qarpız, qovun, qurut, qax, qoğal, qaysava, qoz. 

 

 




439 

 

Çillə  gecəsində  cana  istilik  gətirən  dadlı-ləzzətli  xörəklər  hazırlayırdılar. 



Qatılmış  yüz  cür ədviyyat bu xörəklərin,  yeməklərin tamını artırır. Ərməğan ətri evi 

başına götürür. İstiotlu, darçınlı, mixəkli, zəncəfilli səməni halvası bişirirlər. 

Əski  çağlardan  qışa  şər  qüvvələrin  əməli  kimi  baxan  azərbaycanlılar  qışı  - 

"yağını"  saymadıqlarını,  ondan  qorxmadıqlarını,  çovğunu,  boranı,  div  nərəli  küləyi 

veclərinə almadıqlarını nümayiş etdirmək məqsədilə xüsusi mərasim keçirirdilər, qışın 

qada-balasını  özlərindən  uzaqlaşdırmağa  çalışırdılar.  "Kövsəc"  adlanan  çox  qədim 

tarixli  bu  mərasim,  adətən,  noyabr  -  qırovdüşən  ayda  icra  edilirdi.  Özünü  gülməli 

kökə  salmış  bir  nəfəri  təlxək  geyimində  qatıra  mindirir,  sonra  da  kəndi  gəzdirib 

camaata  deyirdilər  ki,  bu  gördüyünüz  adam  qışın  düşmənidir.  Yan-yörədəkilər  onun 

üstünə  su  səpir,  qar  atır,  ətrafında  məzəli  oyun  və  əyləncələr  göstərirdilər.  O  isə  bir 

əlində  tükü  yolunmuş  qarğa,  o  biri  əlində  isə  yelpik  tutub  yellədir,  saymazyana 

"istidir, istidir, heç vecimə deyil" – deyə-deyə hay-küy salarmış. 

Qış fəslinə belə baxış yalnız "Kövsəc" mərasimi ilə qurtarmır. Bu baxımdan qış 

və  yazın  üzləşməsinin  rəmzi  təsvirini  özündə  yaşadan  "Kosa-kosa"  mərasimi 

tutarlıdır. Daha çox ilin axır çərşənbəsində Azərbaycanın bütün bölgələrində keçirilən 

bu mərasimin ayin və nəğmələri çoxçeşidlidir. Birisinə tərsinə çevrilmiş kürk geydirir, 

üz-gözünə  un,  kömür  sürtür,  başına  şiş  papaq  qoyur,  paltarının  altından  qarnına 

yastıqca  sarıyır,  əlinə  naxışlanmış  ağac  verib  boynundan  zınqırov  asırlar.  Köməkçi 

ortalığa çıxıb oxuyur: 

Kosam bir oyun eylər,  

Quzunu qoyun eylər.  

Yığar bayram xonçasın,  

Hər yerdə düyün eylər. 

Sonra  nəğmələrin  yardımı  ilə  səfərə  çıxacaq  Kosa  -  qış  üçün  pay  yığmaq 

istəyir. Yığışanlar bir şey vermək niyyətində olmadığından, adamlar arasında hörmət 

sahibi  olan  bir  şəxs  yağışın,  yaşıllığın,  məhsuldarlığın  himayəçisi  bilinən  keçini 

çağırır.  Keçiyə  istədiyindən  çox  pay  verilir.  Kosa  payları  alıb,  keçini  də  qovur  və 

şadlıqla atılıb düşə-düşə hoqqa çıxarır. Sonra keçi yuxuya getmiş Kosanı buynuzlayıb 

öldürür.  Deməli,  rəmzi  şəkildə  qış  qurtarır,  yaz  başlanır.  Yığışanlar  elliklə  baharın 

gəlişi eşqinə oxuyurlar: 

...Bağçanızda gül olsun,  

Gül olsun, bülbül olsun. 

El-obada  Böyük  çillənin  qarlı-tufanlı,  donduran,  sümük  üşüdən  günlərinə 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin