Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə119/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   115   116   117   118   119   120   121   122   ...   139
Quyruqdoğdu  müddətində  Azərbaycanın  arıçılıq  bölgələrində  gəndalaş 

bitkisinin  başındakı  saçaqlı  çiçəklər  qaralananda  arıçılar  bal  kəsməyə  başlayır.  Xalq 

təcrübəsindən doğmuş inama görə, bu dövrədək arılar lazımi qədər şirə toplaya bilir. 

Balın həmin vaxtdan tez kəsilməsi əlverişli deyil, çünki onda bal hələ yetişmir. Həm 

də bu müddətdə arı ailəsində arıların sayı olduqca çox olur. Bu da öz növbəsində bal 

kəsilməsi  işini  çətinləşdirir.  Gəndalaşın  gülləri  qaralan  vaxt  isə  arı  ailəsində  arıların 

azalması  bal  kəsilməsi  işini  nisbətən  asanlaşdırır.  Balı  kəsmək  üçün,  adətən,  ilin 

müəyyən  vaxtı  (yəni  gəndalaşın  çiçəkləri  qaralanda),  həftənin  müəyyən  günü  (cümə 

günü), günün isə müəyyən saatları (gün əyilən vaxt) seçilir. Bu arıçılar arasında günün 

ən əziz vədələrindən sayılır. 

Balın  kəsilməsinin  başlanması  arıçıların  sevincinə  səbəb  olurdu.  Bu 

münasibətlə  şadlıq edirlər, bir-birinə  gözaydınlığı verir,  yanaqlarına  bal çəkir, xeyir-

bərəkət diləyirlər. El arasında deyilən "gəldi ballı gün, yamacda var toy-düyün" ifadəsi 

bununla əlaqədardır. Bu müddətə arıçılar arasında ballı ay da deyilir. 

Yay  fəslinin  son  ayı  xalq  arasında  elqovan  adlanır  (aran  camaatı  bu  müddətə 



434 

 

bürkü sınan günlər deyir). Deyilənə görə, elə ki dağların yaxasını soyuq şeh titrəyib 

keçdi, yaylaqların soyuqları başladı, köç xəbəri yayılır el-obaya. Bu müddətdə tez-tez 

çən düşür, dağlardan duman, çiskin əskik olmur. Dan yerindən soyuq külək əsir, adına 



elqovan deyirlər. Eləcə də xalq təqvimində quyruqdoğandan sonrakı müddətə elqovan 

-  yaylaq  camaatını  arana  qovan  söyləyirlər.  "Elqovan  gəlib,  köçmək  vaxtıdır"  -  xalq 

deyimi  də  bununla  bağlıdır.  Naxçıvan  bölgəsində  payızın  əvvəllərində  əsən  soyuq 

külək oğlaqqıran adlanır. 

Yaylaqdan  arana  köç  edəndə,  dəyəni  -  alaçığı  sökəndə  qənd,  noğul  və  b. 

şirnidən  xonça  tutar,  3  dəfə  alaçıq  yerinin  ətrafına  dolanar,  şirni  səpib  üstünə  su 

tökərlər.  Yaylaq  yurdunun  hay-haraylı,  sürülü,  naxırlı,  binəli-dəyəli,  bir  sözlə,  elli-

elatlı günləri beləcə qurtarır. 

Etnoqrafik  müşahidələr  göstərir  ki,  dağdan  enən  zaman  təcrübəli  çobanlar 

mütləq  yovşanlıqda  binə  salırlar.  Çobanların  fikrincə,  dağdan  enən  qoyun  gərək 

yovşan yeyə, yovşan yeyən qoyunun ciyərlərində yara, qurd olmur. Quyruqdoğandan 

sonra  dağdan  əsən  güclü  külək  karvanqıran  adlanır.  Karvanqıran  qəfildən  baş  verib 

havanı  bərk  soyudur  ki,  bundan  da  birinci  növbədə  karvan  zərər  görər  (adı  da 

buradandır). 

Yayın son günləri, payızın əvvəllərində əhali biçin işlərini başa çatdırıb taxılın 

döyülməsi  və  sovuruğa  verilib  hazırlanması  ilə  məşğul  olur.  El  sınamalarına  görə, 

Azərbaycanın  müxtəlif  yerlərində  iqlim  şəraitinə  uyğun  olaraq,  bu  dövrün  ayrı-ayrı 

mərhələlərinə  cürbəcür  adlar  verilmişdir.  Məsələn,  Abşeronda  avqustun  sonu  - 

sentyabrın  əvvəllərində  olan  müddət  əncir  yetişən  dövr  və  yaxud  mövüc  qurudulan 

dövr adlanır. 

Bu  müddətdə  istilər  "qırılır",  havalar  tədricən  sərinləşir,  yarpaqlar  saralmağa 

başlayır, meyvələrin əksəriyyəti yetişir. Artıq payız yaxınlaşır. Hacıleylək köçür, daha 

sonra bildirçinlər isti iqlimlərə uçurlar. 

Payız gəlir... Dağların zirvəsi buludlanır, yaylaqdan kükrəyə-kükrəyə gələn sel 

dağ çaylarını sıxışdırıb yatağından çıxarır, çaylar daşır. Küləklər əsib, el-obaya payız 

xəbəri gətirir. Təbiət tədricən donunu dəyişərək qızılı don geyinir. Elə buna görə də bu 

fəslə qızılpayız deyirlər. Qızıl payızın qızıl da bar-bəhəri olur. 

Xalqımızın  payız  fəsli  ilə  bağlı  adət-ənənələri,  inancları,  sınamaları,  müdrik 

söz-söhbətləri  çoxdur.  Ulularımız  payızda  el-obanın  üstündən  köç  eləyib  gedən 

quşlara,  həmçinin  ağaclara,  havaya  nəzər  salmaqla  göydən  tökülən  yağışın  da,  qarın 

da,  qasırğa  və  tufanın  da  baş  verəcəyini  əvvəlcədən  müəyyən  edə  biliblər.  Belə 

deyirlər ki, qatarlanıb isti ölkələrə uçan durna dəstələri payızla vidalaşarkən alçaqdan 

uçarlarsa,  qış  sərt  olacaq,  yox,  əgər  durna  köçü  hündürdən  getsə,  qış  mülayim 

keçəcək.  Babalarımız  köçəri  quşların  köçmə  vaxtı  ilə  soyuqların  gec  və  ya  tez 

düşəcəyini  də  asanlıqla  biliblər,  belə  ki,  quşların  gec  köçməsi  qışın  mülayim 

keçəcəyini  göstərir.  Bir  də  təcrübədən  çıxarmışlar  ki,  əgər  payızın  ilk  ayında  göy 

guruldasa, payız fəsli isti olacaq, payızda yerə qar düşsə, qış mülayim keçəcək, payız 

fəsli  isti  keçərsə,  qış  uzun  sürəcək.  Payız  günlərində  gecənin  aydınlığında  göydə 



435 

 

ulduzlar sayrışanda, "sabah yaxşı gün olacaq" - deyirlər. 



Payız bar-bərəkət fəslidir, iş-gücün ən gərgin çağı, var-dövlət, məhsul bolluğu 

fəslidir.  Elə  ki  payız  gəldi,  kənd-kəsəyimizin  bərəkət  ətri  aləmi  başına  götürür,  əkin 

yerləri, tarlalar, bağ-bağat aşıb-daşır. Qızıl payız günlərində yurdun hər eli, hər kəndi 

bağ-bağçanın  barını-bəhərini  yır-yığış  eləyir,  əkib-becərdikləri,  suvardıqları,  nazını-

qayğısını  çəkdikləri  torpaqdan  son  dəninə,  son  qozasına,  son  salxımınadək  məhsul 

toplamaq üçün səylə çalışırlar. 

Elimizə-obamızda adət idi, hansı meyvə hansı gün dişə dəysə, yəni meyvələrin 

ilk  barından  (nübar)  xonça  tutur,  təmtəraqla  oğlan  evindən  qız  evinə  göndərirlər. 

Nişanlı  oğlanların  qız  evinə  apardıqları  səbət-səbət  meyvə  sovqatına  xalq  arasında 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin