Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə116/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   112   113   114   115   116   117   118   119   ...   139
XALQ TƏQVĠMĠ 

 

Dünyaya  göz  açan,  təbiətin  qoynunda  məskunlaşan,  sirli  aləmi  dərk  etməkdə 

aciz olan ibtidai, tam formalaşmamış təfəkkürlü insan özünü heç vaxt ətraf mühitdən 

ayırmayıb, bəlkə ayıra da bilməyib. Zəngin, nəhayətsiz sirlər xəzinəsi olan təbiət insan 

üçün tükənməz həyat mənbəyi olub. 

Azərbaycan  torpağının  əcdadları  ta  qədimdən  təbiətin  qoynunda  yaşayaraq, 

təbiətlə  təmasda  olublar.  İldırımın  çaxmasını,  tufanın  qopmasını,  dumanın,  çənin-

çiskinin gəlməsini, küləyin əsməsini gözləri ilə görüb, yazın dirilən, canlanan çağında 

ağacların  çiçəklənməsini,  yarpaqlamasını,  leysan  yağışların  yağmasını,  çayların 

daşmasını, havaların istiləşməsini, mer-meyvənin yetişməsini, payızda köçəri quşların 

uçub  getməsini,  qışda  quşbaşı  qarın  ələnməsini,  şaxtalı-çovğunlu  günlərin 

başlanmasını müşahidə ediblər. 

Zaman ötüb keçdikcə onlar həyat uğrunda,  yaşamaq uğrunda gərgin  mübarizə 

aparıb yeni-yeni yollar arayıblar. Onlara  möcüzə kimi gələn təbiət hadisələrini, sirli-

sehrli  görünən  aləmi  aydınlaşdırmağa,  onları  əhatə  edən  mühiti  öyrənməyə,  bilməyə 

çalışıblar.  Qışın  şaxtasında,  çovğununda  bahar,  quraqlığında  -  yayında  yağmur, 

yağmurunda  -  payızında  isə  günəş  istisinin  bolluğunu  arzulayıblar.  Təbiəti  özlərinə 

ram  etməyə,  onda  olanları  dəyişməyə,  olmayanları  yaratmağa  can  atıblar.  Nəhayət, 

tapıb, düzüb, qoşub və məqsədlərinə çatıblar. 

Təbiətdə  baş  verən  hadisələr  az-çox  aydınlaşdıqca,  əkinçilikdə,  maldarlıqda, 

həmçinin  digər  təsərrüfat  sahələrində  qazanılmış  təcrübə,  vərdiş,  bilik  və  səriştə  -

torpağın  şumlanması,  toxumun  səpilməsi,  hansı  bitkinin,  meyvənin  nə  vaxt  əkilib-

becərilməsi, yığılması, suvarma işlərinin aparılması, heyvanların döl dövrünün, örüşə 

çıxarılmasının, qışlaq və yaylaq həyatının başlanması və başqa həyati işlərin vaxtının 

ölçülməsi - hesablanması zərurətini tələb edib. 

Təsərrüfat  məşğuliyyəti  iqlimin  dəyişməsindən  çox  asılıdır.  Əkinçi  üçün, 

maldar  üçün  nəinki  ayın,  fəslin,  hətta  hər  günün  öz  işi,  qayğısı,  məşğuliyyəti, 

məsuliyyəti  olmuşdur.  Odur  ki,  hələ  çox  qədimdən  insanlar  vaxtı  ölçmək  və  onunla 

hərəkət etmək sistemləri hazırlamış, bu sistemə təqvim adı vermişlər. 

Azərbaycanın qədim sakinləri də ilin, ayın, günün dəyişməsini, yəni gündüzdən 

sonra  gecənin  gəlməsini,  illərin,  fəsillərin,  ayların,  günlərin  növbələşməsini  -  qışın 

yazla,  yazın  yayla,  yayın  payızla,  payızın  təkrar  qışla  əvəzlənməsini  təbiətin  sirləri, 

səma  cisimləri  haqqında  qazandığı  biliklər  ilə  izah  etməyə  çalışmışlar.  Bütün  bu 

qarşılaşmalar ayrı-ayrı təqvimlərin meydana gəlməsinin əsasını təşkil etmişdir. 

Ən qədim vaxt ölçüsü  vahidi Yerin öz  oxu ətrafında  fırlanması dövrü ilə  baş 

verən  gecə-gündüz  olmuşdur.  İnsanlar  günlərin  sayını  yadda  saxlamaq  üçün  ağacın 

üstündə kəsiklər edir, yaxud kəndirə düyünlər vururdular. Onlar sonralar daha böyük 

vaxt  ölçüsü  vahidlərini  -  Yerin  Günəş  ətrafında  dolanma  dövrünü  və  ayları 

hesablamağı öyrənmişlər. 

Vaxtı ölçmək üçün bütün dünya xalqları ən qədim zamanlardan Ay və Günəşin 




420 

 

görünüşcə  dəyişməsindən  istifadə  etmişlər.  Ona  görə  təqvimlər  Ay  təqvimi,  Günəş 



təqvimi  və  bunların  hər  ikisini  uyğunlaşdıran  Ay-Günəş  təqviminə  bölünmüşdür. 

Burada başlıca rolu Ayın səfhələri (üz, səth) oynayır. Səfhə isə Ayın Günəş və Yerə 

görə  qarşılıqlı vəziyyətindən  asılıdır. Ayın əsas  səfhələri bunlardır: təzə  Ay  -  birinci 

rüb, bədirlənmiş Ay - sonuncu rüb. Onlar Aya güclü inam bəsləmişlər. Ay məbədinin 

baş  kahini  hökmdardan  sonra  ölkənin  ikinci  adamı  sayılırdı.  Sonralar  qədim 

azərbaycanlılar  əlverişli  təqvim 

olan  Günəş  -  Şəmsi  təqviminə 

keçmişlər. 

Günəşin 

illik 


zahiri 

hərəkətinə  əsaslanan  Günəş  – 

Şəmsi  təqvimi  Ay  təqvimindən 

fərqli  olaraq  daha  dəqiqdir.  Bu 

təqvim 

miladdan  əvvəl  IV 

minillikdə  Misirdə  yaranmışdır. 

Yerin  ətrafında  bir  tam  dövr 

etməsi nəticəsində yaranan həqiqi 

ilin uzunluğu 365 gün, 5 saat,  48 

dəqiqə,  46  saniyədir.  Ay  ilə 

hesablanan  ilin  uzunluğu  həqiqi 

Günəş  ilinin  uzunluğundan  azdır. 

Belə ki, birinci ikincidən ilin qısa, 

yaxud  uzunluğundan  asılı  olaraq 

11-12 gün fərq verir. Ona görə də 

Günəş  təqvimində  ilin  başlanğıcı 

həmişə  eyni  vaxta  düşür. Bir sıra 

bayram  və  mərasimlər  (qurban,  orucluq,  məhərrəmlik)  Qəməri  təqviminə  əsasən 

keçirildiklərindən  hər  il  10-12  gün  geri  çəkilir  və  beləliklə,  bütün  fəsilləri,  ayları 

dolaşırlar. Günəş  təqvimi dəqiq astronomik hadisəyə,  yəni  Günəşin dünyanın Cənub 

yarımkürəsindən  şimal  yarımkürəsinə  keçməsi  ilə  baharın  gəlişinə,  yaz  fəslinin  - 

Novruzun  başlanmasına  uyğun  gəlir.  Günəş  təqvimi  ən  geniş  yayılmış  beynəlxalq 

təqvimidir. 

Ay-Günəş  təqviminin  (Qəməri-Şəms  təqvimi)  əsas  vahidi  ay  və  ildir.  Ay-

Günəş  təqvimi  Ayın  hərəkəti  əsasında  təsis  edilmiş  təqvimin  şəmsiləşdirilmiş 

variantıdır. Məlum olduğu kimi, qəməri təqvim ayı 29,5 gün, qəməri il isə 354 gündür. 

Burada Günəşin hərəkəti Ay səfhələrinin növbələşməsi ilə uzlaşdırılır. Günəş təqvimi 

ilə ilin başlanğıcı həmişə eyni vaxta, yəni yaz fəslinin - Novruzun başlanmasına düşür. 

Ay  təqvimində  isə  başqa  fəslə  düşə  bilər.  Vaxtı  Ay  səfhələrinə  və  fəslin  real 

dəyişməsinə görə hesablayarkən, yaranan kəsri ləğv etmək üçün Ay təqvimində əlavə 

ay  qəbul  edilir.  Bu  düzəlişdən  sonra  alınan  təqvim  Ay-Günəş  təqvimi  adlanır.  Ay-

Günəş təqvimi yalnız yəhudi dilində istifadə olunur. 



421 

 

Hicri  təqvim  Məhəmməd  Peyğəmbərin  və  onun  tərəfdarlarının  622-ci  ilin 



sentyabrından  Məkkədən  Yəsrib  (Mədinə)  şəhərinə  köçməsi  ilə  başlanan  müsəlman 

təqvimidir.  Xəlifə  Ömərin  dövründə  (634-644)  hicrət  ili  müsəlman  təqviminin 

başlanğıcı elan edilmişdir. 

Hicri  təqvimi  iki  növdür:  hicri  qəməri  (Ay)  təqvim  və  hicri  şəms  (Günəş) 

təqvimi. Ərəblər hələ bizim eradan min il əvvəl qəməri təqvimi işlədirdi. Hicri tarix 

qəbul olunanda isə bu təqvim əsas götürüldü və hicri-qəməri təqvim adlandırıldı. 

Hicri şəms təqvimi 1925-ci ildə İranda qəbul edilmiş, Günəş sistemi təqviminə 

əsaslanır və 365 gündür. İlk 6 ayının hərəsi 31 gün, sonuncu ayı adi ildə 29 gün, uzun 

ildə  isə  30  gündür.  Bu  təqvim  1925-ci  il  martın  21-dən,  yəni  Novruz  bayramı 

günündən  başlayır.  İslam  dininin  qəbulundan  sonra  Azərbaycanda    müsəlman    hicri  

təqvimindən istifadə olunmuşdur. 

Azərbaycanda  çox  qədim  zamanlardan  on  iki  heyvanla  bağlı  olaraq  türk 

təqvimindən də  istifadə  olunmuşdur. Belə  ki, qədim türk  təqviminə  əsasən, Günəşin 

zahiri illik hərəkəti hər on iki ildən bir təkrar eyni nöqtəyə düşür. Bu on iki heyvanlı 

məşhur türk təqvimində hər il ayrıca bir heyvanın (siçan, öküz-inək, pələng, dovşan, 

əjdaha  (timsah), ilan, at, qoyun,  meymun, toyuq-xoruz, it, donuz) adını daşıyır,  yəni 

hər bir heyvan adı 12 ildən bir təkrarlanır. 

Xalq arasında yayılmış inama görə, təzə ilin necəliyi - yaxşımı, pismi olacağı, 

məhz  adlandırıldığı  heyvanın xasiyyəti, əlaməti ilə bağlıdır. Məsələn, il ilan üstündə 

təhvil  olanda  deyirlər  ki,  havalar  isti,  quraqlıq  keçəcək,  münasibətlər  normal 

olmayacaq. Dovşan ilində  məhsul bol olur, əjdaha  (timsah) ilində  çoxlu  yağış  yağır, 

donuz ilində havalar sərt keçir və s. Qeyd edək ki, 12 heyvanlı il təqvimi digər türk 

xalqlarında  da  istifadədə  olmuşdur.  Bu  təqvim  sonralar,  xüsusilə  Yaxın  Şərq 

ölkələrində geniş yayılmışdır. 

Hazırda işlətdiyimiz Miladi təqvimin başlanğıcı İsa peyğəmbərin mövludundan 

(təvəllüd  günündən;  xristian  dünyasında  dekabrın  axırlarında  keçirilən  mövlud 

bayramı da bununla bağlıdır) hesablanır və bu sistem beynəlxalq praktikada, həmçinin 

tarix elmində "bizim era", "yeni era", "miladi tarix" kimi qəbul edilmişdir. Bu era 532-

ci  ildən  alim-rahib  Dionisey  tərəfindən  təklif  edilmişdir.  O,  heç  bir  əsaslı  səbəb 

olmadan  elan  etmişdir  ki,  İsa  peyğəmbər  532-ci  il  yanvarın  1-də  anadan  olmuşdur. 

Deməli, Dioniseyə görə, yanvarın 1-də İsa peyğəmbərin anadan olduğu gündür. 

Azərbaycanın  qədim  sakinlərinin  təbiətə  münasibətindən  və  bundan  doğan 

görüşlər  düzümündən,  səma  cisimlərinin  hərəkətindən  -  Ayın,  Günəşin,  ulduzların 

fəzadakı  mövqeyindən,  buludların  səmadakı  vəziyyətindən,  həmçinin  zəngin 

təsərrüfat  ənənələrindən  doğan  xalq  təqvimi  də  mövcuddur.  Ulularımız,  xalq 

metrologiyası  ilə,  yəni  bitkilərin,  gül-çiçəklərin  təbii  görünüşünü,  heyvanların 

davranışlarını  izləmək  və  müşahidə  etməklə  də  havaların  dəyişilməsini  - 

yaxşılaşacağını və ya pisləşəcəyini, yağış, yaxud qar yağacağını, qasırğa və tufan baş 

verəcəyini, yayın isti, quraq, qışın soyuq, sərt keçəcəyini müəyyən etməyə çalışmışlar. 

Xalq  təqviminin  meydana  gəlməsində  Azərbaycan  ərazisinin  coğrafi  şəraiti,  aranlı-




422 

 

dağlı relyefi, iqlimi, təbii sərvətləri də mühüm rol oynamışdır. 



Ulu  babalarımız,  nənələrimiz  əhatəsində  olduğu  sirli-sehrli  aləmi  həssaslıqla 

öyrənməklə,  gündəlik  təsərrüfat  işlərini,  məişət  həyatını  qurmağa  çalışmış,  zəruri 

maddi  nemətlərin  əldə  olunmasına  can  atmış  və  onlardan  səmərəli  şəkildə 

bəhrələnmək imkanlarını artırmışlar. 

Bəşəriyyətin düşüncə tərzinin formalaşdığı ilkin  mərhələdə  yaranan,  nəsildən-

nəslə  ötürülərək  yaşadılan  xalq  təqvimi  haqqında  Azərbaycan  folklorunda  təqvim 

mifləri  çoxluq  təşkil  edir.  Bu  isə  səbəbsiz  deyil.  Çünki  insanın  həyatı,  dolanacağı 

bilavasitə  təbiətlə,  iqlim  şəraiti  ilə  sıx  bağlıdır.  Havaların  quraqlıq,  yoxsa  yağıntılı 

olacağını,  qışın  mülayim,  yoxsa  sərt  keçəcəyini,  ayların,  günlərin  vaxtını 

müəyyənləşdirmək və s. haqqında çoxlu miflər vardır. 

Qədim  azərbaycanlılar  ili  hər  biri  üç  aydan  ibarət  olmaqla  dörd  dövrə,  dörd 

fəslə  -  yaza,  yaya,  payıza  (əvvəllər  onu  küz  adlandırırdılar)  və  qışa  bölmüş,  bu 

fəsillərin də  hər birinə  təbiət  səciyyəsi verərək  yaz bitirir,  yay  yetirir,  payız  götürür, 

qış ötürür, - demişlər. Hər fəsli, hər ayı da müxtəlif mərhələlərə bölüb, hər mərhələyə 

təbiət  mövsümləri,  təsərrüfat  işləri  ilə  bağlı  adlar  yaraşdırmışlar:  əkin  ayı,  şum  ayı, 

leysan  ayı,  ağlar-gülər  ayı,  yazın  qızılgül  dövrü,  köç  ayı,  biçin  ayı,  vay  nənə  ayı, 

suvarma  ayı,  qoradöyən  ay,  qorabişirən  ay,  quyruqdondu  (quyruqdoğdu),  elqovan, 

qızıl payız, məhsul ayı, xəzan ayı, qırovdüşən ay, böyük çillə, kiçik çillə, ala çalpov 

(boz ay), döl ayı, qarayaz və s. 

Aylara  bu  cür  ad  vermək,  sözsüz,  müəyyən  təsadüfün  yox,  davamlı  empirik 

müşahidənin, dəfələrlə ölçüb-biçmənin, sınamanın yekunu olub, onların əlamətlərinə, 

daşıdıqları  səciyyələrinə  görədir.  Doğrudan  da,  mart  ayında  adamların,  xüsusilə 

qocaların  divar  diblərində  sallağı  oturub  özlərini  günə  vermələri,  aprelin  yağıntılı 

keçməsi,  ayın  sonuncu  günlərində  isə  mütləq  leysan  yağışın  yağması,  sentyabrda  ot-

ələfin,  yarpaqların  saralıb-solması,  oktyabrda  elin  yaylaqdan  arana  enməsi  və  s. 

ayların qeyd olunan tərzdə ad almasına səbəb olmuşdur. İlin fəsillərinə də münasibət 

elə bu cürdür. Bu xüsusiyyət öz əksini bir el söyləməsində də qorumuşdur: 

Üçü bizə yağıdı,  

Üçü cənnət bağıdı,  

Üçü yığıb gətirir,  

Üçü vurub dağıdır. 

İlin  dörd  fəslini  səciyyələndirən  bu  şeirdə,  göründüyü  kimi,  yay  bolluq, 

firavanlıq, var-dövlət, yığıb gətirən fəsil, yaz, necə deyərlər, "cənnət bağı", payız olan-

olmazı  tükədən,  vurub-dağıdan,  qış  isə  "yağı",  başqa  sözlə,  düşmən  adlandırılır  və 

həm də animist təsəvvürün nəticəsi olaraq canlı sayılırlar. 

Oğuz  atalar  sözlərində  deyilir  ki,  "Oğuz"dan  üç  yüz  altmış  alp  qopdu,  iyirmi 

dörd  xas  bəy,  otuz  iki  seksək".  Burada  ilin,  gecə-gündüzün,  ayların  zamanına  işarə 

edilir.  Əski  oğuzlar  təqvimlə  bağlı  bu  astronomik  hadisəni  insanlaşdırmış,  deyim 

şəklinə salmış və hər günü bir alp-igid saymışlar. 24 xas deməklə gecə-gündüzün 24 

saatdan  ibarət  olduğunu  bildirmişlər.  Belə  anlayışlar  Azərbaycan  şifahi  xalq 




423 

 

yaradıcılığında da öz əksini tapmışdır: 



Babamın bir çuxası var, on iki cibi. 

Cibin hər birində otuz düymə, 

Hər düymənin bir üzü ağ, bir üzü qara. 

Burada 12 cib ilin on iki ayına, otuz düymə ayın günlərinə, hər düymənin ağ və 

qara üzü gündüz və gecəyə işarədir. Başqa bir örnəkdə isə deyilir: "Bir ağacım var on 

iki budaqlı. Hər budağın otuz yarpağı, hər yarpağın da bir üzü ağ, bir üzü qaradır". Bu 

bağlamanın  açması  belədir:  bir  il  12  aydan,  hər  ay  30  gündən,  hər  günün  isə  yarısı 

qaranlıq gecədən, yarısı da işıqlı gündüzdən ibarətdir. El-obada ilin dörd fəsli ilə bağlı 

belə bir maraqlı tapmaca var: 

İrəlidən dörd qardaş gəlir:  

Birinin beli bükülü,  

Birinin əli belli,  

Birinin əli güllü,  

Biri də dilli-felli. 

Bu dörd qardaş qışa, yaza, yaya, payıza işarədir. Göründüyü kimi, fəsillərin hər 

birinə əlamətlərinə, kəsb etdikləri xüsusiyyətlərinə görə ad verilmişdir. 

Azərbaycan ərazisinin qədim əkinçi xalqları müşahidə etmişlər ki, yaz fəslinin 

başlanğıcı,  təbiətin  oyanışı  ilə  taxıl  cücərmiş,  bitkilər  böyüyüb  çiçəklənmiş,  məhsul 

vermişdir;  qışda  isə  ona  görə  məhv  olur  ki,  yeni  əkin-biçində  təzədən  canlansın  və 

təzədən öz dövrünü təkrar etsin. Bununla da ömrünü-gününü torpağa bağlayan əkinçi 

əcdadlarımız yazın hər gəlişini, həyatın yeniləşməsini səbirsizliklə gözləmiş, sevinclə, 

coşqunluqla  qarşılamışlar.  Bu  münasibətlə  qurban  kəsmiş,  çalıb-oynamış,  şadlıq 

etmişlər, sonralar isə bayram kimi qarşılamışlar. 

Deməli, qışın yola salınması, yazın qarşılanması ilə tarixin bütün zamanlarında 

azərbaycanlılar  əkin  sahəsinə  çıxmış,  həyatın  ən  mühüm  mənbəyi  torpağa  əyilmiş, 

onun  qayğısını,  nazını  çəkmişlər.  Xalq  təqvimində  bu  dövrə  əkinçi  ilə  torpağın  bir-

birinə  ünsiyyət  bağladığı  vaxt  deyirlər.  Buna  görə  də  həmin  müddət  qədim  insanın 

təsəvvüründə yeni ilin, yeni günün - Novruzun, yəni təbiətin oyanması, təzələnməsi və 

yaz  əkin  işlərinin  başlanğıcı  kimi  dərk  edilmiş,  tədricən  əski  təqvimlərdə  özünə  yer 

tapmışdır. 

Qədim insanlar yeni məhsulun bünövrəsini qoyduqları ilk günün bahar bayramı 

kimi, yeni il kimi bayram edilməsini göy cisimlərinin vəziyyətindən, xüsusən Ayın və 

Günəşin  səmadakı  vəziyyətindən  geniş  istifadə  ediblər.  Novruz  -  ilin  yeni  günü, 

başlanğıc günü, yaz fəslinin yetişdiyi gün bilavasitə Günəş təqviminə əsaslanır. 

21  mart  yaz gecə-gündüzün bərabərliyi günü adlanır; bu  gün Günəş dünyanın 

Cənub  yarımkürəsindən  Şimal  yarımkürəsinə  keçir  və  yaz  fəsli  başlanır.  Bu  anda 

Günəş 12 ulduz bürcündən (bu bürclərə zodiak bürcləri - "heyvanlar dairəsi" deyilir) 

Balıqlar bürcünə daxil olur. 

Beləliklə,  qədim  azərbaycanlılar  yeni  ilin  başlanğıcı  kimi  gecə  ilə  gündüzün 

uzunluqlarının taraz olduğu  günü  -yaz gecə-gündüz bərabərliyi gününü  -  baharın ilk 




424 

 

gününü Novruz bayramı kimi qeyd etmişlər. 



Keçmişdə  təbiətin  dirildiyi  bu  ilk  günün  -  yeni  günün  Novruzun  gəldiyini 

bildirmək  üçün  atəşfəşanlıq  edər,  ilin  təhvilini  xəbər  verərdilər.  Bu  xəbərlə 

tüfənglərdən,  toplardan  atəş  açılardı.  Buna  xalq  arasında  "Novruzun  topu  atıldı" 

deyirlər. Bu xəbərlə təbillər, nağaralar gumbur-gumbur gurlayır, şeypur, tütək səsləri 

yeni ilin gəldiyi xəbərini yayırdılar. 

Adətə  görə,  bu  günlərdə  hər  bir  ailə  üzvünün  adına  ağac  əkir,  gül-çiçək 

yetişdirir, meyvə bağı salırlar. Dağ və dağətəyi yerlərdə isə aprel ayını əvvəldən axıra 

qədər yaşıl işıq ayı hesab edirlər. 

El-obada  yazın  ilk  dörd  gününün  necə  keçməsinə  böyük  əhəmiyyət  verilir  və 

həmin  günlər  ilin  fəsilləri  ilə  əlaqələndirilir.  Sıra  ilə  birinci  gün  yazdan,  ikinci  gün 

yaydan, üçüncü gün payızdan, dördüncü gün isə qışdan adlanır. İnama görə, ilin ayrı-

ayrı  fəsillərinin  necə  keçəcəyi  məhz  həmin  günlərin  necə  gəlməsindən,  havasından 

bəlli olur. Əgər birinci  gün  mülayim, günəşli keçsə, deməli, yaz  xoş keçəcək. İkinci 

gün  küləkli,  yağmurlu  olsa,  yayın  yağmurlu  keçəcəyi  qənaətinə  gəlirlər.  Novruzdan 

sonrakı  üçüncü  və  dördüncü  gündə  əgər  yağış  və  çovğun  olsa,  gəlincik  düzəldib 

meydanlarda  gəzər  və  günəşi  çağıran  nəğmələr  oxuyardılar.  Qədim  inanclara  görə, 

yeni gələn ilin xeyir-bərəkəti, uğuru baharın necə gəlməsiylə bağlıdır. 

Qışın  ötüşüb,  yazın  ilk  öynəsində  yağış  damcıları  çilənəndə  ulularımız  yağışa 

baxıb ilin xeyir-bərəkətini görüblər. Bu münasibətlə "Ruzulu il yazından bəlli olar" və 

yaxud "Yaz yağışını bol elədi, il bərəkətli keçəcək" deyiblər. 

Yazda  həyat  eşqinin,  zəhmət  həvəsinin  təntənəsi  vardır.  "Yazda  bir  gün  itirən 

yayda  bir  ay,  payızda  bir  il  itirər",  -  deyiblər.  Məhz  ona  görə  də  yazda  əkinçi 

ömrünün,  əkinçi  həyatının  ən  məhsuldar  dövrü  başlayır.  Xalq  təqvimində  yazın  bu 

çağına əkin ayı deyirlər. 

Əkinçilər  təsərrüfat  işlərinin  başlanmasını  çal-çağırla  qeyd  etmiş,  bu  günü 

bayrama  çevirmişlər.  Tarlaya  çıxdıqları,  əkinə  başladıqları  həmin  gün  dağların 

başında,  uca  təpələrdə  tonqallar  çatır,  hamını  halal  zəhmətə,  torpağı  laləzara 

çevirməyə  səsləyir,  bir-birilərinə  məhsul  bolluğu  arzulayırlar.  Yüz  illər  boyu 

ulularımız  torpaqdan  qədir-qiymətlə,  səxavətlə  bəhrələniblər,  torpağın  becərilməsinə 

qayğı  ilə  yanaşıblar,  torpağın  "qaralt  üzümü,  ağardım  üzünü",  "döy  məni,  doyurum 

səni" şərtinə həmişə əməl ediblər, torpağı şöhrətləndiriblər. 

Yaz  günlərindən  aprel  ayının  sonlarına  kimi,  yəni  yazdan  qırx  gün  keçən 

müddətə  xalq  təqvimində  qarayaz  deyirlər.  Bu  vaxt  elə  bir  dövrə  təsadüf  edir  ki, 

keçən  ildən  tədarük  olunan  ərzaq  və  yem  ehtiyatı  tükənir,  əkin  işlərinə  başlamaq 

çətinləşir. Maldarlar qarayazın əvvəllərində çox ehtiyatlı olurlar. El arasında deyilir ki, 

taxçada saxla, boxçada saxla, qarayaza bir pencə saxla. Çünki ilin bu vaxtında havalar 

tez-tez  dəyişir,  bəzən  boran  olur,  günəşsiz  günlərin  sayı  çoxalır,  tutqun  keçir,  isti 

gündüzdən sonra soyuq gecə gəlir. Çox yerlərdə isti, quru, qara yel əsir. 

Qarayaz  keçmişdə  kəndlilərin,  xüsusilə  elat  camaatının  həyatında  ağır,  çətin 

dövr sayılırdı.  Ehtimal  ki,  "Novruz  günü  yaz olar, 40 kötük də  az olar"  -  el  sözü də 




425 

 

bununla əlaqədar meydana gəlib. "Bayramdan sonra 40 kötük yanar" - deyiblər. Çünki 



yazın başlanmasına baxmayaraq, hələ soyuqlar avazımaz, qış müvəqqəti də olsa geri 

qayıda bilər. Buna görə də qarayaz çıxmamış sobaları yığışdırmazlar. 

Bu  müddətdə  çobanın  ot  ehtiyatı  tükənməsin  gərək.  Qarı  və  onun  keçiləri 

haqqında məşhur rəvayət də bu məqsədlə yaradılmışdır. 

Keçmişlərdə mart ayı çıxanda arxasınca onun acığına mahnı oxuyardılar: 

Mart çıxdı, dərd çıxdı, 

 Keçilər yaza çıxdı,  

Çəpişlər üzə çıxdı, 

 Quzular yaza çıxdı. 

Deyirlər ki, mart ayı bunu eşidən kimi hirslənir, aprel ayından 15 gün borc alır. 

Ona görə də xalq arasında deyirlər: "Nəhlət marta, aprelin 15-nə kimi". Bunu nəzərə 

alan  elat  oğlaqları  çölə  çıxarmazdı,  ot-saman,  un-çuval  ehtiyatını,  ərzaq  ehtiyatını 

qoruyub  saxlayırdı.  Belə  yerdə  deyiblər  ki,  "Qarayaz  hirslənsə,  40  şələ  odun  və  40 

çuval saman lazımdır". 

Çöllər də, çəmənlər də bu sözə bənd imiş kimi aprel ayından 10-15 gün borc 

alırlar.  Ona  görə  də  ilin  bu  vaxtına  el-obada  qarıborcu  da  deyilir.  Buna  mahnı  da 

qoşublar. Adına "Qarı ilə martın deyişməsi", yəni qış ilə yazın deyişməsi deyiblər. 

Bu nəğmədə qışla yaz qarşı-qarşıya dayanmışdır. Bəzən mart ayı çox sərt keçir

çovğun  qopur,  soyuq  külək  adamın  iliyinə  işləyir.  Bu  vaxtlar  novruzgülünü  gördüm 

deyən  olmazdı.  Belə  məqamlarda  elat  camaatı  güney  yamacları  qarlı  görüb 

narahatlığını  bildirərdi.  Nəğmədə  deyilir  ki,  Qarı  nənənin  təkcə  qorxduğu  gündə  bir 

dona girən mart ayı qurtarır. Qarının sevinci yerə-göyə sığmır və belə bir mahnı qoşur: 

Ay oğlağım, oğlağım,  

Çıxdı yaza oğlağım.  

Payız üstü beş oldu,  

Yaz gəldi, on beş oldu. 

 Buynuzu beş-beş oldu.  

Qılları şeş-şeş oldu.  

Mart gözüvə barmağım, 

 Yaza çıxdı oğlağım. 

 

Gəldi keçdi zamanın,  



Ötdü ömrü samanın.  

Mart gözüvə barmağım, 

 Yaza çıxdı oğlağım. 

Qarının nəğməsini eşidən mart ayı yamanca hirslənir, bir  tufan, boran qoparır 

ki, gəl görəsən: 

Buynuzu beşdi-beşdi, 

 Qılları şeşdi-şeşdi.  

Dünən on beşdi-beşdi.  

 



426 

 

Bu gün də beşdi-beşdi.  



Apreldən borc almışam, 

 Nənəmə qonaq qalmışam.  

Bığlarımdı buz-buzu,  

Çəkdim yer üstə buzu,  

Qırdım ondan çox quzu  

Buynuzum beşdi-beşdi,  

Nənəmə qormu keçdi... 

Qış  nə  qədər  sərt,  qoluzorlu  olsa  da,  elin-obanın  yazı  gəlməlidir.  Bunu  görən 

Qarı nənə martın dalınca lovğa-lovğa başqa bir nəğmə oxuyur: 

Əldən aldın yorğanım,  

Dərdə düşdü oğlağım. 

Borca getdim samana.  

Pislik qaldı yamana.  

Mart gözüvə barmağım,  

Yaza çıxdı oğlağım... 

Qarayaz  bir  para  ellərimizdə  oğlaqqıran,  keçiqıran  və  i.a.  adlarla  da  tanınır. 

Elat  camaatı  qarayaz  dövrü  üçün  "davardoymaz,  yatar-durmaz,  gedər-gəlməz"  də 

deyiblər. Ona  görə belə deyiblər ki, həmin vaxtlar qışdan çıxmış örüşlər hələ seyrək 

otla örtülü olurdu, mal-qara doyunca göy tapmazdı, yəni doymazdı. Özü də hələ ətə-

qana gəlmədiyi üçün mal-qaranın heyi olmazdı - çöldə yatdığı yerdən dura bilməzdi. 

Buna görə də bu müddətdə kəndlilər öz işlərini ehtiyatlı qurardılar. 

Qarayaz müddətində yaz işləri görür, yaz əkininə hazırlaşır, əkəcəyi toxumları 

saf-çürük eləyirlər. 

Elə  ki  yazın  qırxı  çıxdı,  təzə-tər  yaz  otları  cücərir.  Yazın  ilk  sədaları  ilə 

başlayan bu müddət bir para ellərimizdə tərçıx dövrü adlanır. Bir neçə ay göy ota, örüş 

üzünə  həsrət  qalan  qoyun-quzunu,  mal-qaranı  yaz  fəslinin  bu  vaxtında  küzdə  (payız 

yeri, payız binəsi) saxlamazlar, yazlağa - yaz binəsinə köçürürlər. Təcrübəli çobanlar 

qoyun-quzunu gecə də örüşə aparırlar, deyirlər ki, qoy heyvanın gözünün qurdu ölsün, 

yeyib özlərini doyursunlar. 

Yaz  fəslinin  bu  müddəti  əkinçi  kəndlilər  arasında  kotan  (cüt)  dövrü  adlanır. 

Əkinçilər də elə həmin müddətdə şum işlərinə başlayırlar. Əkin sahəsinə cüt çıxarılan 

və  torpağa  xış-kotan  ağzı  dəyən  gün  əsil  bayrama  çevrilir.  Həmin  gün  el-obanın 

ağsaqqal-ağbirçəkləri,  böyüklü-kiçikli  hamısı  əkinəcəyə  yığışıb  ilk  şırımın  açılması 

intizarında olardı. 

Ənənəyə  görə,  şum  üstünə  səməni  göyərdib  gətirirlər.  Çal-çağır  başlayır. 

Bayrama bütün el axışır. Hamı şənlənir, gülüb-oynayır. Elin ağsaqqalı qoyun kəsir, al-

əlvan  bayram  süfrəsi  açırdılar.  Sonra  bir  cüt  öküzü  çulla,  bəzək  şeyləri  ilə 

bəzəyirdilər. Nənələr qara kəllərin buynuzlarına çörək keçirir, kəlağayı və ya qırmızı 

parça bağlayırdılar. Bu səhnə bolluq və əmin-amanlığın rəmzi kimi başa düşülürdü. 

El-obanın  ümumi  adətinə  görə,  ilk  şırımın  açmasını  əli  çörəkli,  ayağı  sayalı 




427 

 

ağsaqqala tapşırardılar. O da ən yaxşı paltarını geyinib sahəyə çıxar, əkinə əl qoyar - 



əkinəcək  yerinin  torpağından  bir  ovuc  xışmalayar,  sonra  öküzləri  xışa  qoşub  şuma 

başlardı. Bu zaman ağız-ağıza verib oxuyardılar: 

Qurban olum əyri xışa,  

Get o başa, gəl bu başa. 

Torpaq  şumlandıqca  hamı  sevinir,  gülür,  oynayır,  onun  üstünə  torpaq,  papaq, 

qurşaq və digər şeylər atır və deyirdilər: "Bolluq olsun, çörəyimiz bərəkətli olsun". 

Bununla  da  əkinçi  babalarımız  qarşıdan  gələn  ilin  bol,  ruzulu,  bərəkətli 

keçməsini  arzulamışlar.  Əsil  hünər,  təpər  və  zəhmət  toy-bayramına  çevrilən  bu  çal-

çağır ellərimizdə şum bayramı adı ilə məşhurdur. 

Əkin vaxtı öküzləri işə həvəsləndirmək üçün çubuq götürüb holavar çəkirdilər. 

"Ho, ho"  - deyib, öküzü sürən adama hodaqçı deyirdilər. İş qızışdıqca hodaqçıya  səs 

verirdilər: 

Qızıl öküzüm, yeri,  

Qoyma şum qala geri. 

 Öküzlərim naz eylər,  

Quyruq bular toz eylər. 

 Bahar gəldi, yer oyandı,  

Soyuq qışın yazı gəldi. 

 Ala öküz, çək kotanı, 

 Örüşlərin yazı gəldi. 

Əkinçilər  toxum  kisəsi,  səpin  dəstgahı  ilə  şum  üstünə  çıxanda  sevinir, 

fərəhlənir, bir-birilərinə gözaydınlığı, xeyir-dua verirdilər: 

-

 

Şumunuz bərəkətli, xeyirli olsun! 



-

 

Biri min olsun, a qonşu!.. 



Toxum səpilməmişdən əvvəl əkin sahəsinə "arat suyu" verilir. Təcrübəyə görə, 

həmin su torpaqda rütubəti artırır, toxumun tez və sağlam cücərməsinə kömək edir. 

Ömrünü-gününü  torpağa  bağlayan  əkinçilərin  keyfiyyətli,  məhsuldar  taxıl 

növləri  yetişdirməkdə  zəngin  təcrübələri olmuşdur. Belə  ki, gələcək  məhsulun əsası, 

bolluğu  bilavasitə  əla  toxumdan  asılıdır.  Bunun  üçün  də  əkinçilər  toxumluq  taxılın 

əldə edilməsinə, tez-tez yeniləşməsinə, onun saxlanılmasına mühüm və zəruri iş kimi 

baxmışlar.  Atalar  sözüdür,  -  "Nə  əkərsən,  onu  da  biçərsən",  "Pis  toxumdan  yaxşı 

məhsul  gözləmə"  və  yaxud  "Necə  olursa  toxumun  əsli,  elə  də  olar  onun  nəsli"  - 

demişlər. 

Səpiləcək  toxum  sahəyə  aparılarkən  onun  içərisinə  nar  qoyulardı.  Nar  -  bol 

məhsul  rəmzidir.  Bu  səpiləcək  toxumdan  daha  yaxşı  və  keyfiyyətli  taxıl  alınması 

inamı ilə bağlıdır. Xalq arasında işlədilən "buğda deyil, nar dənəsidir" məsəli də, çox 

ehtimal  ki,  narın  məhsuldarlıq  əlamətinə  işarədir.  Elin  ağsaqqalı  da  narı  bölüb 

dənələrini ulu torpağın sinəsinə səpib deyərdi: 

-  Məhsulunuz bərəkətli, nar dənələri kimi dolu olsun, iri olsun. 

Səpin  günü  cütçüyə  xonça  bəzəyirdilər.  İlk  toxumsəpməni  də  əməli  saleh, 




428 

 

xeyirxah  adamlara  tapşırardılar.  Onların  əlinin  bərəkətinə  inanırdılar.  "Çörəyə  ki 



haram qatıldı,  o artmaz"  -  deyiblər. Əkin-biçin  işində  təcrübə  toplamış əkinçi  də  bir 

ovuc dəni qaraca torpağa səpib "mən səpdim, sən min göyərt", - deyərdi. 

Səpin  vaxtı  yerə  duman  enərdisə,  bu  əkinin  tez  göyərəcəyinə  inam  yaradırdı. 

Yaz  dumanı  bərəkət,  ruzi  hesab  olunur.  Ona  görə  də  əkinçilər  "Yaz  dumanı  bar 

gətirər" - söyləmişlər. 

Adətən,  yazın  əvvəllərində  zəmiləri  suvarırlar.  Bu  suvarmaya  armudavar 

(yaxud  armudgülü)  suyu  deyirlər.  Əkinlərin  armudgülü  müddətində  suvarılması 

bitkinin  yaxşı  inkişaf  etməsinə  və  məhsulun  bol  olmasına  təsir  edir.  El-oba  arasında 

bu münasibətlə deyilir: "7 ayda bir tutam, bir ayda 7 tutam". 

Qoyunların kütləvi sağımı da bu zaman başlanır. Lakin ilin mülayimliyi, yemin 

bolluğu və qıtlığı ilə əlaqədar bu müddət dəyişə də bilirdi. Qoyunçuluq təsərrüfatının 

yaz mövsümü tədbirlərindən biri də qırxımdır. Qış soyuq, şaxtalı keçib az quraq olan 

illərdə  yazdağa  köçürülən  qoyunlar  gümrahlaşdıqdan  sonra,  aprel-may  aylarında 

qırxılır. Yaz yunu qırxımı keçdikcə, yun "bişir", qoyunlar zəifləyir. 

Azərbaycan xalq təqvimində yaz fəslinin ilk ayı  leysan ayı da adlanır. Leysan 

ərəbcə nisan, neysan (aprel) sözünün dəyişdirilmiş şəklidir. Yazın bu çağında  yağan 

yağışa leysan yağışı deyirlər. 

Yaz  yağışının  hər  damlası  bərəkət  gətirir,  bolluq  gətirir  el-obaya,  "Yaz  yağışı 

sel  olur,  sel  çoxalır  göl  olur",  "Göy  ağlamayınca  yer  gülməz"  -  deyiblər.  Uşaqlar  da 

üst-başlarını, üz-gözlərin yağış altda isladır, nəğmə oxuyurlar: 

Göy guruldayır, şimşək çaxır, 

 Yağış gəlir, yağış gəlir.  

Çaylarımızdan sellər axır,  

Yağış gəlir, yağış gəlir. 

Xalq  arasında  yayılmış  inama  görə,  haçaquyruq  qaranquşlar  yerdən  bir  qarış 

aşağıdan uçanda ilk leysan yağışının yağacağını gözləyirlər. 

Yazın  əvvəllərində  ilk  yağan  leysana  abi-leysan  da  deyilir.  İnama  görə,  abi-

leysan  müqəddəs  su  olub,  şəfaverici  xassəyə  malikdir.  Buna  görə  də  abi-leysan 

suyunu ləyənlərə  yığıb saxlayardılar, qab-qacağı onunla  yuyurdular ki,  evin bərəkəti 

üzülməsin. 

Keçmişlərdə  quraqlıq  olanda  zəmilər,  bağ-bağatlar  yananda  Allah  yolunda 

nəzir  deyər,  sədəqə  verər,  müsəllaya  (yağış  çağırma  mərasimi)  çıxardılar.  Allaha 

yalvarardılar  ki,  bir  damcı  yağış  göndərsin.  Bu  münasibətlə  "Hodu-hodu"  ("Qodu", 

"Dodu" şəklində də geniş yayılmışdır) adlı qədim mərasim-oyun keçirərdilər. 

Gözlənilmədən,  birdən-birə  başlayan  yağış  qəfildən  də  kəsirdi.  Tünd  qara 

buludlar  dağılır,  göyün  üzü  dərhal  açılır.  Aydınlıq  enərdi  el-obanın  üstünə.  Hamının 

yaxşı  tanıdığı  yeddi  rəngli  qövsi-qüzeh  görsənir,  dünyanın  bu  başından  o  başınadək 

uzanır. Uşaqlar da sevinə-sevinə göyü göstərib deyirdilər: - Ora baxın, ora baxın, göy 

qurşağı. Göy qurşağını görən uşaqlar nədənsə, "qırmızısı mənim" - çığırışırlar. 

Xalq arasında  qövsi-qüzeh hadisəsi ilə bağlı adət-ənənələr, mahnılar, inanclar, 




429 

 

müdrik sözlər də çoxdur. Deyilənlərə görə, əgər yağışdan sonra göy qurşağı hündür və 



dairəvi  olarsa,  bu  havanın  yaxşı  olacağını,  alçaq  və  az  meyilli  olarsa,  havanın  pis 

olacağını, yağış yağacağını göstərir. El arasında göy qurşağını "Fatma qarının örkəni" 

adlandırırlar. Guya örkənin hər ipi bir rəngdədir. Əgər yağışdan sonra "Fatma qarının 

örkəni" tezliklə itərsə, hava aydın olacaq.  Belə bir inanc var: "Fatma qarının örkəni" 

nə qədər çox yaşıl rəngə çalarsa, daha çox yağış yağacaq. Göy olarsa, hava pisləşəcək, 

yox,  əgər  qırmızı  rəngə  çalarsa,  hava  aydınlaşacaq.  Və  yaxud  qövsi-qüzehdəki  göy 

rəng açıq, sarı rəng parlaqdırsa, tezliklə hava yaxşı olacaqdır. 

Yaz  fəslinin  qırxı  çıxar-çıxmaz  əkinçilər  çəltik  əkini  yerlərini  şumlayıb 

qurtarırdılar, sonra çəltikçilikdə ən ağır iş sayılan şitil əkini başa çatırdı. Bu çəltikçilər 

arasında  ən  şanlı-şöhrətli  gün  sayılırdı.  Bu  münasibətlə  şənlik  keçirir,  toy-bayram 

edirlər;  axırıncı  ləkdə  sancılmış  şitilləri  tapdalayır,  çalıb-oxuyur,  oynayırdılar. 

Təsadüfi deyil ki, çəltiyi el-obanın "ikinci çörəyi" adlandırıblar. 

Yaz  fəslinin  ortalarından  yataq  yerlərində  otlar  saralıb-quruyur,  yem  ehtiyatı 

tükənir,  xəstəlik  yoluxduran  müxtəlif  həşəratlar  meydana  çıxır,  bunun  təsirindən 

qoyun  və  qaramalda  xəstəliklər  yaranır.  Bu  zaman  ellərimizdə  yaylaqlara  köç  vaxtı 

başlanır. Yay otlaqları başlıca olaraq Böyük Qafqaz dağlarının  - Dəlidağ, Murovdağ, 

Murğuz-İnəkdağ,  Camışdağ  ətəklərində,  Naxçıvan  ərazisinin  Keçəldağ,  Batabat, 

Gəmiqaya  yaylaqlarında,  həmçinin  Qarabağ  yaylasında,  Şahdağ,  Babadağ  və 

Qızılqayada,  Talış  dağlarında,  Lahıc  yaylaqlarında  yerləşirdi.  Bu  dağlarda,  bu 

yaylaqlarda hər elin-obanın, hər tayfanın öz yurd yerləri olmuşdur. Bu yurd yerlərinin 

də  nə  az-nə  çox,  7-8  minillik  tarixi  vardır.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 

uzunömürlülərimiz  qışı  aranda,  yayı  dağlarda  qarşılayıblar,  yəni  bir  əlləri  aranda-

qışlaqda əkin-biçində, bir əlləri də dağda - yaylaqda olub. 

Köç işinə bol məhsulun əsası kimi baxan aran elləri bunun üçün ciddi hazırlıq 

görürdülər.  Köçə  vacib  olan  şeylər  qaydaya  salınırdı.  Arabalar,  təkərlər  nizamlanır, 

yaylaq  ehtiyatı  görülürdü.  Ötənlərdə  qoyunların  hansı  yol  ilə  köçürülməsi,  hansı 

düşərgələrdə  dayanması,  örüş  və  yataq  yerləri,  nəqliyyat  vasitələri,  çobanların 

təchizatı,  alaçıqların  -  dəyələrin  harada  qurulması,  ümumiyyətlə,  köçlə  bağlı  bütün 

məsələləri  ömrünü-gününü  çobanlıqla  keçirən  təcrübəli  çobanlar  seçib-bəyənir  və 

təyin edirlər. 

Adətə  görə,  ilk  alaçığı  hörmətli,  oğullu-qızlı  qoca  qurur.  Bünövrənin  altına 

parçaya bükülmüş buğda, arpa, düyü qoyurlar. Təzə yurd yerinə süd çiləyərdilər (lap 

qədim  çağlarda  türklər  təzə  yurda  düşəndə  ora  süd  səpərdilər.  Süd  ağ  olduğu  üçün 

ondan bütün qorxunc ruhlara qarşı bir vasitə kimi istifadə edərdilər). 

Aranda qalanlar da aran işini qaydaya qoyurdular, bağları becərib qurtarırdılar. 

Baharın  bu  müddətinə  bəzi  yerlərdə  cücərti  və  ya  çəmən  ayı  deyirlər.  Güneylərdə 

arpanı biçirlər, xırmanı döyür, suvarma və alaq işləri ilə məşğul olur, pambıq becərir, 

ümumiyyətlə, digər yır-yığış işləri görürlər. 

Elə  bu  vaxtlar  da  yaz  fəslinin  qızılgül  çağı  başlanır.  Bu  münasibətlə  gülab 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin