Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə112/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   108   109   110   111   112   113   114   115   ...   139
Girvənkə ən çox işlədilən çəki vahidlərindən biridir. Yuxarıda deyildiyi kimi, 

girvənkə 400 q-a bərabərdir. Çəkisi 400 olan çəki daşına da girvənkəlik daş deyilir. 

Vaxtilə  girvənkə  daha  çox  ərzaq  ticarətində  işlədilmişdir.  Girvənkə  həm  də  su  ölçü 

vahidi kimi işlədilmişdir. 

Girvənkədən böyük çəki vahidi  batmandır.  Bir batman 20 girvənkəyə, başqa 

sözlə, 8 kq-a bərabərdir. Batmandan da girvənkə kimi çox geniş istifadə olunmuşdur. 

"Ağır otur, batman gəl" deyimi də bununla bağlı yaranmışdır. 

Pud xalqımızın məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də 

işlənən  çəki  vahididir.  40  girvənkə  və  yaxud  2  batman  1  pud  deməkdir.  16,4  kq-lıq 

çəki  daşlarına  da  pudluq  daş  deyilir.  Bəzi  ədəbiyyatlarda  puddan  xalqımızın 

məişətində  Azərbaycan  Rusiya  tərəfindən  işğal  edildikdən  sonra  istifadə  olunduğu 

göstərilir[29]. Lakin XV-XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast 

gəlinməsi bu fikri şübhə altında qoyur. 

Pəhləvanlar  ən  çox  pudluq  daşlarla  oynayırlar.  Azərbaycanda  çox  əski 

çağlardan  geniş  yayılmış  zorxana  tamaşalarında  pəhləvanlar  öz  güclərini  göstərmək 

üçün pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub 

göyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki 

pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha çox bacarıq və güc tələb edirdi. 

Onlar  daşları  dişləri  ilə  yerdən  qaldırır,  oynadır  və  fırladıb  kənara  atırlar  ki,  bu  da 




383 

 

həmişə tamaşaçıların böyük marağına səbəb olurdu. 



Bu  cür  zorxana  tamaşaları  indi  də  Novruz  bayramı  günlərində  geniş  nümayiş 

etdirilir.  Az  işlənən  çəki  vahidlərindən  olan  tağar,  mənbələrdən  göründüyü  kimi, 

Azərbaycanda  XIV-XVIII  əsrlərdə  elxanilər  və  xanlıqlar  dövründə  daha  çox  istifadə 

olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. 

Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək 

üçün istifadə edilmişdir. 

Ayrı-ayrı  qaynaqlarda  tağarın  sabit  olmadığı  göstərilir;  tağarın  Təbrizdə  295 

kq-a,  Şamaxı  xanlığında  400  kq-a  bərabər  olduğu,  digər  xanlıqlarda  isə  240-600  kq 

arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-

a bərabər olduğu haqqında bilgilər vardır. 

Xalqımızın  yaddaşında  "bir  tağar  darının  yerində  hərlənə  bilmir"  deyimi  var. 

Bizcə,  bu  bir  tağar  toxum  səpilən  sahəni  yox,  biçiləndə  bir  tağar  məhsul  götürülən 

sahəni  göstərir  və  sahə  ölçüsü  yox,  yenə  çəki  vahidi  yerində  işlənir.  Çünki  tağarın 

sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir. 

Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 

puda bərabərdir ki, bu da təxminən 400  kq deməkdir. "Hesab var dinarla, bəxşiş var 

xalvarla" - atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. 

Məişətimizdə  xalvar  kimi  işlənən  bu  söz  əslində  xərvardır  və  "bir  uzunqulaq 

yükü"  mənasını  verir  (farsca  "xər"  -  uzunqulaq  deməkdir).  Belə  çıxır  ki,  bir  eşşək 

yükü 400 kq-a bərabərdir. "Dəvə nə qədər ölü olsa, dərisi bir eşşəyə yükdür" deyimi 

də bu ifadə ilə bağlıdır. 

Xalqımızın məişətində işlədilmiş, adına folklorumuzda və yazılı ədəbiyyatlarda 

rast gəlinən çəki və ölçü vahidlərindən biri də hoqqadır.  Koroğlu Qıratı öydüyü bir 

şeirdə deyir: 

Uzaq-uzaq yollarınan,  

Beli ipək çullarınan,  

Hoqqa yarım nallarınan,  

At igidin qardaşıdı.[30] 

Yenə həmin dastanda Giziroğlu Mustafa bəy öz yoldaşlarına deyir: 

Səfərimdi şəhri-Bağdad,  

Kimdi, mənnən köçən gəlsin!  

Yeddi hoqqa hazar peşə

 Məndən artıq içən gəlsin.[31] 

Göründüyü kimi, birinci şeirdə hoqqanın nalın çəkisini, ağırlığını, ikinci şeirdə 

isə  içkinin  həcmini  göstərdiyinin  izahına  ehtiyac  yoxdur.  Lakin  nalı  və  içkini  eyni 

ölçü vahidi ilə ölçmək mümkün olmadığından hoqqa sözünün açıqlanmasına ehtiyac 

duyulur. 

Hoqqə  -  ərəb  dilində  kiçik  mücrü  deməkdir.  Bu  söz  oyun,  kələk,  hiylə 

mənasında daha çox işlənir. 

Hoqqa  sözünün  ərəb  dilindəki  mənalarının  heç  biri  ölçü  bildirmir.  Bu  da  onu 



384 

 

göstərir ki, hoqqa ərəblərdə heç vaxt ölçü vahidi kimi işlənməmişdir. Azərbaycan və 



Kərkük türklərində isə hoqqa ən qədim ölçü vahidlərindən biri olmuşdur[32]. Buradan 

belə  qənaətə  gəlmək  olar  ki,  bir  çox  türk  xalqlarında  ən  qədim  ölçü  vahidi  kimi 

işlənmiş  hoqqa  ərəb  dilindən  alınmamışdır[33].  Qədim  şumer  dilində  hoqqa  sözünə 

rast gəlinməsi də onun türk sözü olduğunu təsdiqləyir. 

Erkən  orta  əsrlərdən  etibarən  Azərbaycanın  ictimai-iqtisadi  həyatında  feodal 

istehsal  münasibətlərinin  yaranması  və  inkişafı  ilə  bağlı  böyük  irəliləmələr  gözə 

çarpır.  Əkinçilik,  maldarlıq,  sənətkarlıq,  balıqçılıq,  üzümçülük  və  s.  təsərrüfat 

sahələrində  daha  təkmil  əmək  alətləri  tətbiq  edilir.  Yeni  yaranan  iqtisadi-ictimai 

formasiya ticarətin də inkişafına müsbət təsir göstərmişdir. 

Azərbaycan  ərazisində  aparılan  arxeoloji  qazıntı  işləri  zamanı  külli  miqdarda 

kiçik  həcmli  şüşə  ətir  qabları  nümunələrinə  təsadüf  edilmişdir.  Bu  qablar  xüsusilə 

dərman,  ətriyyat  və  cövhərlərin  saxlanılması,  bir  yerdən  başqa  yerə  aparılması  üçün 

davamlı idi[34]. Qeyd etdiyimiz şüşə qablardan çox güman ki, həcm ölçü vahidi kimi 

də istifadə edilmişdir. 

Aparılmış arxeoloji qazıntılar nəticəsində yerli istehsal hesab olunan ən qədim 

tərəzi  qolları  və  çəki  daşları  erkən  orta  əsrlərə  aid  edilir.  Mingəçevirin  2  nömrəli 

yaşayış  yerinin  ikinci  təbəqəsindən  aşkar  olunmuş  tunc  tərəzi  qolları  xüsusilə 

maraqlıdır. Tədqiqatçılar Mingəçevirdə yaşayış yerlərinin bütün təbəqələrində təsadüf 

edilən  müxtəlif  ölçülü  gil  dairəciklərin,  50  ədəd  qurğuşun  parçasının  çəki  daşı  kimi 

işlədildiyini qeyd edirlər[35]. 

Tapıntılar  xalqımızın  hələ  qədim  zamanlarda  haqq-hesabdan  başının  yaxşı 

çıxdığını, onun uzaq ölkələrlə ticarət əlaqələri saxladığını göstərir. 

Beyləqan  qazıntılarından  xırda  ticarəti  əks  etdirən  tərəzi  gözləri,  daşdan, 

dəmirdən və tuncdan düzəldilmiş müxtəlif ağırlıqda olan çəki daşları tapılmışdır[36]. 

Maraqlıdır ki, XI əsrin sonu və XII əsrin əvvəllərində yaşamış ərəbdilli müəllif Məsud 

ibn Namdarda "çəki daşları və tərəzilər"in adına rast gəlirik. Məsud ibn Namdar çəki 

daşı və tərəzi ilə  məşğul olanların idarə işinə irəli çəkilməsini "coşmuş öküzün başçı 

təyin olunmasına" bənzədir[37]. 

Azərbaycan  xalqının  məişətində  baĢ,  boyun,  diĢ,  kəllə,  top,  düymə  və  s. 

sözlər  say  və  miqdar  bildirmək  məqsədilə  ta  qədim  vaxtlardan  bu  günə  qədər  geniş 

şəkildə işlənməkdədir. BaĢ sözü əsasən say bildirir. Heyvanların sayı başla hesablanır: 

beş baş quzu, on baş qoyun, üç baş inək. İnsanlar üçün işlədilən "baş" sözü əsasən ailə 

üzvlərinin sayını bildirir (məs.: "beş baş külfət"). 

Baş  sözündən  xalq  arasında  axar  suyun  miqdarını  ölçmək  üçün  də  istifadə 

olunmuşdur.  Suvarma  işlərində  işlədilən  suyun  miqdarı  başla  ölçülmüşdür.  Bir  baş 

suya  bellik  deyilir.  Görünür,  bu  bir  bel  ağzı  dərinlikdə  qazılmış  arxı  dolduran  suya 

bərabərdir. 

Mətbəxdə  işlənən  soğanı  da  çox  vaxt  başla  sayırlar.  Bir  baş  soğan,  üç  baş 

soğan və s. 

DiĢ  sözündən  də  sarımsağı  sayanda  istifadə  edirlər.  Bir  baş  sarımsağın 



385 

 

yumrusunu əmələ gətirən hissələrin hərəsi bir diş adlanır. 



Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun 

öküz,  bir  boyun  cöngə,  bir  boyun  kəl  və  s.  Boyunduruq  sözü  də  boyun  sözündən 

yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. 

Top sözündən parça və kağız sənayesində istifadə edilir. Bir top parça, bir top 

kağız deyilir. Topdansatış top sözünün törəməsidir. 

Hər hansı kənddə, qəsəbədə yaşayan ailənin, evin sayını bildirmək üçün tüstü 

sözündən istifadə edilmişdir. Hər evdə bir ocaq qalandığına görə, bir tüstü bir ev, bir 

ailə demək olmuşdur. 

Xalq  çəki  və  ölçü  vahidlərinin  öyrənilməsində  folklora  və  yazılı  ədəbiyyata 

müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki 

və  ölçü  vahidləri  haqqında  çox  geniş  bilgilər  var.  Bu  baxımdan  Nizami  Gəncəvinin 

"Xəmsə"si  də  zəngin  mənbədir.  "Xəmsə"də  xalq  ölçü  vahidləri  haqqında  xeyli 

məlumatlar verilir  ki, bunların da içərisində xalqın məsafə və çəki ölçüləri haqqında 

bilikləri  öz  əksini  tapmışdır.  Şairin  əsərlərində  tez-tez  adları  çəkilən  ölçü  və  çəki 

vahidləri  bunlardır:  arşın,  çanaq,  batman,  addım,  misqal,  xalvar,  ağac,  mil,  mənzil, 

arpa, mən və s. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX 

əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi[38]. 

Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: 

Qadın qızıl görəndə qızıl tərəzisi kimi  

Bir arpaya görə arpa önündə baş əyər.[39] 

Hələ  əski  çağlardan  Azərbaycanda  xalq  təbabətinin  və  sənətkarlığın  (xüsusilə 

boyaqçılığın və zərgərliyin) inkişafı çəki və ölçü vahidlərinin təkmilləşdirilməsini və 

dəqiqləşdirilməsini  xeyli  zəruriləşdirmişdir.  Çünki  müxtəlif  həblərin  və  məlhəmlərin 

hazırlanması zamanı  istifadə  ediləcək ayrı-ayrı komponentlərin nisbətini  hesablamaq 

üçün  onların  miqdarını  daha  dəqiq  ölçmək  lazım  gəlirdi.  Boyaqçılıqda  da  müəyyən 

miqdarda  ipi  boyamaq  üçün  nə  qədər  boyaq  lazım  olduğunu  dəqiq  hesablamağa 

ehtiyac yaranırdı. Xüsusilə ayrı-ayrı rəng çalarlarını almaq məqsədilə müxtəlif tərkibli 

qatışıqlardan istifadə edilirdi. Bu qatışıqlar isə müxtəlif komponentlərdən hazırlanırdı. 

Lazım  olan  rəng  çalarlarını  almaq  üçün  hazırlanacaq  qarışığın  tərkibindəki 

komponentlərin  nisbətini  düzgün  hesablamağın  mühüm  əhəmiyyəti  vardı.  Bütün 

bunlar da daha kiçik, daha dəqiq ölçü və çəki vahidlərinin yaranmasını vacib edirdi. 

Azərbaycanda  istifadə  olunan  belə  ölçü  və  çəki  vahidlərindən  arpa,  dirhəm, 

dinar, karat, misqal, rətl, dang və s.-ni göstərmək olar. 



Arpa  türk  sözü  olub,  ondan  bir  çəki  vahidi  kimi  əsasən  türk  xalqlarının 

məişətində  istifadə  olunmuşdur.  Başqa  xalqlar  bu  çəki  vahidini  türklərdən 

götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. 

Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən 

hazırlanan  qadın  boyunbağısı  da  "arpa"  adlanmışdır.  Həmin  boyunbağının  xırda 

hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur[40]. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin