Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə111/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   107   108   109   110   111   112   113   114   ...   139
Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq 

ölçüsü  vahidi  kimi  çərəkdən  çox  geniş  istifadə  olunduğu  mənbələrdən  də  aydın 

görünür. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək 

təxminən 18 sm-ə bərabər olur. 

Çəki  vahidi  kimi  1  çərək  girvənkənin  dörddə  birinə  bərabərdir.  Girvənkənin 

400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da 

işlənmişdir. Həmin qabın adı onun ölçüsü, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s. 

tutan mis qaba çərək deyirlərmiş. 

Çərəkdən  bir  ölçü  vahidi  kimi  musiqidə  də  istifadə  olunur.  Səslərin 

uzunluqlarına görə notlardan biri çərək not adlanır. Bütöv not ən uzun səsi, yarım not 

bütöv  notun  yarısını,  çərək  not  isə  dörddə  birini  təsvir  edir[28].  Başqa  sözlə  desək, 

bütöv  not  uzunluğuna  görə  iki  yarım  və  dörd  çərək  nota  bərabərdir.  Yuxarıdakı 

misallardan  göründüyü  kini,  çərək  bütün  hallarda  bütövün  dörddə  birinə  bərabər 

götürülür.  




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin