aiddir. Etnoqrafik materiallar azərbaycanlıların təsərrüfat və məişət həyatında belə
çəki və ölçü vahidlərindən son zamanlara qədər, bəzilərindən isə elə indi də istifadə
Addım çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və
yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə
etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçüsü vahidi elə addım
377
olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır.
İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı
ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi
xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi
addım var"[2].
On addım kənarda yatmayır təkə,
Gəzinir oylağa baş çəkə-çəkə[3].
Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir
(Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir.
Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər).
Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın
olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır. Bəzilərində 1 addımın
təqribən 28,8 sm-ə [4], digərlərində 12 min addımın 1 fərsəxə[5] bərabər olduğu
göstərilir. 1 fərsəx 6 km-dirsə, burada 1 addım 0,5 m olur. Başqa bir ədəbiyyatda "1
addımın insanın boyunun yarısına bərabər olduğu"[6] göstərilir. Bu, Azərbaycanda
işlənən addımın ölçüsünə uyğun gəlir. Qədim insanın boyunun 2 m-ə yaxın olduğu (bu
gün də belə ucaboylu insanlar var) nəzərə alınsa, onun yarısı 1 m olur. Elə buna
görədir ki, bu gün Azərbaycanda xalq arasında addım 1 m-ə bərabər götürülür.
Dayaz çayları keçmək üçün hər metrdən bir iri daş qoymaqla düzəldilən
addamaslar da addım sözündən yaranmışdır, çünki burada suya düzülən daşların arası
təxminən 1 addım olur.
Qulac (qolac) xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq
ölçüsü vahididir. Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda
sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan
məsafəyə bərabər görürülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur[7].
Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu
göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir[8]. Bəzi
mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər[9].
Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və
"aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol
əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da
orta hesabla 1 m-ə bərabərdir.
Qulac qollarımı gərrəm,
Meydanda hünər göstərrəm.
Siyah zülfü dal gərdəndə bir qulac!
Sona cıqqası tək ucları qıyqac.
Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi.
Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarıĢ
adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər
sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək
378
üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə
məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi
qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən
başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik
edilməmişdir[10].
S.N.Kramerin əsərində qareş sözü 6-7 m uzunluğunda torpaq zolağı kimi şərh
edilmişdir. Bir qareşin şumerlərdə 6-7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı
görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə
edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna
qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə
bərabərdir. El arasında 5 qarış 1 m-ə bərabər (5x20 sm=100 sm=1 m) götürülür.
Bir çox qaynaqlarda qarışın tərifi və ölçüsü düzgün verilmişdir[11]. Sadəcə
olaraq bir sıra ədəbiyyatlarda qarışın 20 sm yox, 22-25 sm olduğu göstərilir[12]. Bədii
ədəbiyyatda və folklorda qarış məcazlaşmışdır və çox az miqdarda torpaq mənasında
işlənir.
Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar
arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar,
ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin
bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50
Dostları ilə paylaş: