Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə108/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   104   105   106   107   108   109   110   111   ...   139
sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5  sm-ə 

bərabərdir. Maraqlıdır ki, kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir 

kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. 

Addım,  qulac,  qarış  və  dirsək  türk  sözləri  olub,  bu  gün  də  bir  çox  xalqların, 

xüsusilə  türk  xalqlarının,  eləcə  də  azərbaycanlıların  həyat  və  məişətində  uzunluq 

ölçmək  üçün  geniş  şəkildə  işlənməkdədir.  Bu  da  onların  dəqiq  ölçülərə  daha  çox 

yaxınlığı ilə bağlıdır. 

Xalqımızın  məişətində  əski  çağlarda  işlənmiş,  lakin  bu  gün  öz  əhəmiyyətini 

demək  olar  ki,  itirmiş  uzunluq  ölçüsü  vahidləri  də  vardır.  İnsanın  bədən  üzvləri  ilə 

ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar. 

Addım, qarış, qulac və dirsəyə nisbətən ayaq uzunluq ölçü vahidi az işlənmiş, 

tədricən  unudularaq  arxaikləşmişdir.  Bu  gün  ayaqdan  uzunluq  ölçmək  üçün  istifadə 

edildiyinə  rast  gəlinməsə  də,  xalqın  yaratdığı  və  öz  məişətində  uzun  illər  boyu 

işlətdiyi  uzunluq  ölçü  vahidlərindən  biridir.  Azərbaycanda  işlənən  "ayaq"  təxminən 

yarım  inşaat  arşınına  (0,76sm:2=0,38sm)  bərabər  götürülmüşdür.  Hazırda 

məişətimizdə  işlənən  sacayağı  da  "ayaq"  ölçü  vahidindən  yaranmışdır.  Sacayağının 

ayaqlarının  arası  onun  böyüklüyündən-kiçikliyindən  asılı  olaraq  təxminən  bir  ayaq, 

yaxud yarım ayaq uzunluğunda olur. 

Ayaq kimi artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən 

biri  də  barmaqdır.  Hələ  qədim  şumerlərin  yaratdıqları  "Əkinçinin  təqvimi"ndən 

görünür ki, onlar da barmaqdan ölçü vahidi kimi istifadə etmişlər. S.N.Kramer həmin 

təqvimin  mətnini  tərcümə  edərkən  "qarış"  kimi  barmaq  sözünü  də  orijinalda  olduğu 




379 

 

kimi saxlamışdır. "Əkinçiyə  hər qarış torpağı səkkiz şırım etmək məsləhətdir. O, elə 



etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün"[13]. 

Barmaq,  adından  da  göründüyü  kimi,  bir  barmağın  uzunluğuna  bərabərdir: 

"Kərim baba çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü"[14]. 

Alimlər  uzun  illər  apardıqları  ciddi  araşdırmalar  nəticəsində  belə  bir  fikrə 

gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı 

mədəni-təsərrüfat  inkişafı  zəminində  cəmiyyətin  istehsal  münasibətlərində  baş  verən 

köklü  dəyişikliklər  məhsuldar  qüvvələrin,  eləcə  də  əmək  alətlərinin  yeni-yeni 

formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın 

düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar 

əkinəcəklərdə,  torpaq  sahələrində,  mal-qaranın  sayının  müəyyənləşdirilməsində, 

yaşayış  evlərinin  tikintisində  və  digər  yüzlərlə  həyati  işlərdə  ölçüyə  -  hesablamaya 

ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri 

meydana  çıxmışdır.  Arşın  və  ağac  kimi  uzunluq  ölçüsü  vahidləri  də  məhz  belə 

yaranmışdır. 



ArĢın türk sözü olub çox qədimlərdən xalqımızın məişətinə daxil olmuş və bu 

gün  də  kənd  təsərrüfatında  torpaqölçmə  işlərində  geniş  istifadə  edilən  0,71  m-ə 

bərabər  uzunluq  ölçüsüdür[15].  Hətta  yer  ölçmək  üçün  iki  ağacdan  haça  şəklində 

düzəldilən və hər addımı 0,71 m-ə bərabər olan alət də arşın adlanır. Bu haçaları bəzən 

2 arşınlıq da düzəldirlər. 

Arşın 1931-ci ilədək Türkiyədə geniş istifadə olunmuş uzunluq ölçü vahidi idi; 

ipək  parçaların  ölçülməsi  üçün  ticarət  arşını  60  sm-ə,  digər  parçalar  üçün  68  sm-ə, 

inşaat arşını isə 75,8 sm-ə bərabər idi[16]. 

Arşın  rusların  və  digər  xalqların  məişətinə  də  türklərdən  keçmişdir.  Rusiyada 

arşın  XVI  əsrdən  istifadə  olunurdu.  Əvvəllər  arşın  ingilis  ölçü  sistemini  qəbul  edən 

ölkələrdə  27  düym  (hollandca  "baş  barmaq"  deməkdir),  I  Pyotrun  dövründə  isə  28 

düym olmuş və dəyişməmiş qalmışdır. 1 arşın - 16 gireh (4,4 sm) = 28 düym = 71,12 



sm. Arşının ölçüsü müxtəlif ölkələrdə 65,2-112 sm arasında götürülmüşdür. 

Arşın  sözünə  ilk  dəfə  "Kitabi-Dədə  Qorqud"  dastanında  rast  gəlinir.  Lakin 

başqa ədəbiyyatlarda, folklor nümunələrində də bu söz geniş işlədilmişdir. 

Ağac  bu  gün  ölçü  vahidi  kimi  işlədilmir.  Ancaq  əski  çağlarda,  xüsusilə  orta 

əsrlərdə uzaq məsafələri ölçmək üçün ağacdan daha çox istifadə edilmişdir. Bir ağac 

təxminən 6-7 km-ə bərabər götürülmüşdür. Altıağac (Xızı rayonu) yaşayış məskəninin 

adının  da  bu  ölçü  vahidi  ilə  bağlı  yarandığını  düşünməyə  əsas  verən  ən  tutarlı  fakt 

odur  ki,  Şamaxıdan  Altıağaca  qədər  olan  məsafə  6-7  ağaca,  yəni  təxminən  50  km-ə 

bərabərdir.  Bu  ölçü  vahidi  də  şifahi  xalq  ədəbiyyatı  nümunələrində  geniş  istifadə 

olunur. 

"Gün  o  gün  oldu  ki,  Əhməd  tacirbaşı  qəflə-qatırla  gəlib  çıxdı  Çənlibelin  on 

beş-iyirmi  ağaclığına"[17].  "Qoç  Koroğlu,  xan  gəlib,  mən  onları  Çənlibelin  üç 

ağaclığındakı bulağın başında qoyub gəldim"[18]. 

Onu da qeyd etməliyik ki, arşın və ağac haqqında qaynaqlarda verilən bilgilər 



380 

 

demək olar ki, üst-üstə düşür. 



Uzunluq  ölçü  vahidlərindən  biri  də  mənzildir.  Hər  hansı  uzaq  yolun 

bölündüyü, yaxud konkret bir zaman ərzində getmək mümkün olan ayrı-ayrı hissələri 

mənzil (dayanacaq, yaşayış yeri, düşərgə) adlandırılmışdır. "Bir saatlıq mənzil",  "bir 

günlük mənzil", "bir həftəlik" və ya "bir aylıq mənzil" ifadələri məhz müəyyən zaman 

ərzində getmək mümkün olan yolu bildirir. Karvanın 1 gündə gedəcəyi yol (29-30 km) 

da  mənzil  adlanır.  Türk  xalqlarında,  eyni  zamanda  azərbaycanlılar  arasında  1  gündə 

dayanmadan gedilən yola ulu mənzil deyilir. 

Azərbaycanda  istifadə  olunan  ölçü  və  çəki  sistemi  zaman  keçdikcə  daha  da 

zənginləşmiş, öz tərkibində ulu keçmişdən gələn yerli ölçü vahidləri ilə yanaşı başqa 

xalqların metrologiya sistemindən dilimizə və məişət həyatımıza keçmiş vahidləri də 

birləşdirmişdir. Buna, bir tərəfdən Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşərək 

zəngin maddi sərvətlərə malik olması sayəsində geniş ticarət şəbəkəsinə - Böyük İpək 

Yolu şəbəkəsinə qoşulması, digər tərəfdən bu və  ya başqa  xalqlarla  mövcud inzibati 

sistemdən irəli gələn yaxınlıq təsir etmişdir. 

Erkən  orta  əsrlərdə  Ərəb  Xilafəti  tərkibində  iqtisadi-mədəni  baxımdan  da 

birləşmiş  xalqların  ölçü  və  çəki  vahidləri  müsəlman  dünyasına  daxil  olmuş 

Azərbaycanda da  yayılmış, bir qədər sonra isə bütün müsəlman ölkələrində işlədilən 

vahid  metroloji  sistem  formalaşmışdı.  Bununla  belə,  hər  bir  ayrıca  götürülmüş 

müsəlman  ölkəsində  olduğu  kimi,  Azərbaycanda  da  özünəməxsus  yerli,  xalq 

metrologiyasına aid olan ölçü vahidləri qalmaqda idi. 

Bunlarla  yanaşı,  hələ  Sasani  və  Bizans  imperiyaları  dövründən  müsəlman 

dünyası metrologiyasına daxil olan fərsəx (fərsəng), dirhəm, dinar və s. ilə birlikdə 

digər  ölçü  və  çəki  vahidlərindən  də  istifadə  olunurdu.  Orta  əsrlərdə  Azərbaycanda 

olmuş  ərəb  coğrafiyaşünas-səyyahların  əsərlərində  gün,  mil,  sikkə,  mərhələ,  bərid, 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin