Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə123/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   119   120   121   122   123   124   125   126   ...   139
döndərmə və çiçəksuyu deyirlər. 

Yaz  şumu  ilə  bağlı  xışı,  kotanı,  dəhrəni,  baltanı,  bıçağı,  qayçını  qaydaya 

salırlar,  öküzlər  nallanır,  səpin  üçün  saxlanan  buğda,  arpa  quyuları  açılır.  Qışlığı 

tükənənlərə dən verilir. Səməni qoymaq, qovurğa hazırlamaq üçün pay paylanır. Təzə 

bağ salmaq istəyənlər torpağa şitili boz ayda basdırırlar. Hamı bir-birinə kömək edir, 

"birlik harda, dirilik orada", "cəfa çəkməsən, səfa sürməzsən" inamları ilə yaşayırlar. 

Boz  ay  müddətində  Novruza  qədər  ev-eşiyin,  həyət-bacanın  təmizlik  işlərinə 

başlayırlar;  yorğan-döşəyin,  yastıq-mütəkkənin  üzünü  "soyub"  yuyurlar,  yununu 

çubuğa  tutur,  təzələyib  üst-üstə  yığırlar,  xalça-palazı  çaya  töküb  yuyurlar,  sərib 

qurudurlar.  Evin  üst  gözlərini  sahmana  salır,  qonağına,  qardaşlığına,  bacılığına 

hazırlayırlar. 

Ağbirçəklərimiz, qız-gəlinlərimiz boz ay müddətində bayram donluğu üçün ip 

əriyən  cəhrəyə,  evlərdə  güzəranlıq  və  bolluq  rəmzi  olan  nehrəyə  güc  verirlər.  Bu 

müddətdə  toxucu  qız-gəlinlər,  həmçinin  cəhrə  darağını  da  əyirib  qurtarırlar. 

Keçipapaqlılar,  məzhəkəçilər  qapı-qapı  gəzib  cəhrə-darağını  yığışdırmayan,  xalça-

palazı yaza qalanların darvazalarını döyüb məzəmmətlə baxar, zarafatyana deyirlər: 

Cəhrə-darağı yaza qalanın,  

Dili yansın, əli qurusun. 

Boz  ay...  Bu,  təbiətin  elə  bir  çağıdır  ki,  qış  nə  qədər  sərt,  amansız  olsa  da, 

gücdən düşür, yazın iradəsi qarşısında məğlub olur, bahar güc-qüvvətə dolur, havalar 

yavaş-yavaş mülayimləşir, bənövşə dirçəlib dünyaya bağlanmağa hazırlaşır. 

Boz  ayın  qış  nəfəsində  yazın  işartısı  sezilir.  Çayların,  göllərin  ayna  buzları 

çilinglənir,  sular  çağlayır,  bulaqlar  qaynayır,  torpağın  donu  açılır.  Çölləri,  yamacları 

turacların,  kəkliklərin,  bildirçinlərin  nəğməsi  bürüyür.  Arılar  pətəklərindən  boylanır. 




445 

 

Torpağın  köksündən  bahar  cücərtiləri  çırtdayır.  Beləliklə,  yazın  şux  və  qaynar  çağı, 



torpağın dirilən və oyanan çağı başlayır. 

Yazın ətirli nəfəsini duyan babalarımız əməli işlər görür, torpağın qəlbinə yol 

tapır,  nəfəsiylə  onu  isidir.  Bərəkətə-ruzi  çeşnəsi  torpaq  da  ürəyini  min  bir  nemətli 

süfrə kimi açır. 

İlin bu vədəsində  ellərimizdə  havaların  soyuq, tutqun  keçdiyini görən  uşaqlar 

ildə  bir  dəfə  "Günəş  çağırma"  mərasimi  icra  edərdilər.  Novruzdan  doğulan  həmin 

mərasimdə  Günəş  canlı  kimi  təsvir  edilir,  insaniləşdirilir.  Günəş  həyatdır,  işıqlı 

sabahdır,  şər  qüvvələrin  məhvi  deməkdir.  Bu  münasibətlə  cürbəcür  oyunlar  keçirir, 

şənlik edir, günəşin çıxmasını arzulayır, ondan kömək gözləyirlər. 

Baharın,  yazın  tezləşdirilməsi  üçün  ulu  babalarımızın  balaları  qırmızı  don 

geyərək, əl-ələ tutaraq hərlənə-hərlənə günəşi haraylayarlar: 

Gün çıx, çıx, çıx! 

 Kəhər atı min, çıx!  

Oğlun qayadan uçdu, 

 Qızın təndirə düşdü,  

Keçəl qızı qoy evdə,  

Saçlı qızı götür, çıx!  

Gün getdi su içməyə, 

 Qırmızı don biçməyə,  

Gün çıxıbdı; yetirəcək,  

Qarı yerdən götürəcək, 

 Keçəl qızı ötürəcək,  

Saçlı qızı gətirəcək 

Gün getdi dağ başına,  

Örtüb duvaq başına.  

Könlü şamama istəyən  

Dolansın tağ başına. 

"Günəşi  çağırma"  mərasimində  qədim  azərbaycanlılar,  göründüyü  kimi, 

Günəşin özünə müraciət edir, onu "oğlunun qayadan uçması", qızının təndirə düşməsi 

ilə  qorxudaraq  tez  "kəhər  ata  minib  gəlməyə"  çağırırdılar.  Bu  nəğmədə  "keçəl  qız" 

qışdır,  "saçlı  qız"  yazın,  baharın  başlanğıcıdır.  Elə  buna  görə  də  əkinçiliklə, 

maldarlıqla bağlı olan azərbaycanlı yazın gəlməsini istəyir və Günəşdən keçəl qızını - 

qışı evdə qoymasını, saçlı qızını - yazı gətirməsini diləyir. 

Axır ki, qarla-çovğunla çarpışa-çarpışa qış qurtarır, yaz qapının ağzını kəsdirir. 

Hər  tərəfdən  baharın  ətri,  baharın  isti  nəfəsi  duyulur.  Həmişə,  hər  zaman,  ta  qədim 

çağlardan belə olub. Azərbaycanlılar uzun qışdan sonra səbirsizliklə gözlədikləri yazı 

- ilin əziz günlərini, öz doğma milli bayramlarını - Novruz bayramını böyük sevinc və 

fərəh hissi ilə qarşılayır... 

Beləliklə,  qədim  azərbaycanlılar  əzəli-əbədi  dünyanın  sirli-sehrli  məqamlarını 

uzun müddət müşahidə edib keçirdiyi təcrübələr əsasında xalq təqvimini yaratmışlar. 




446 

 

Onlar ilin dörd fəsli və aylarının hər biri ilə bağlı saysız-hesabsız inamlar, sınamalar, 



ayinlər,  deyimlər,  rəvayətlər  yaratmış,  mərasimlər,  şənlik  və  bayramlar,  oyun  və 

əyləncələr, tamaşalar keçirmişlər. Zaman ötdükcə ulularımızın bu mənəvi mədəniyyəti 

folklorlaşmış,  zəmanəmizədək  gəlib  çatmış,  xalqımızın  mifoloji  təfəkküründə,  şifahi 

xalq  yaradıcılığında  əksini  tapmışdır. Dəyərini  heç vaxt itirməyən  bu  mənəvi xəzinə 

xalqımızın həyat tərzi, məişəti, güzəranı, arzu və istəyi, dünyagörüşü, inamı və digər 

zəruri  məsələləri  haqqında  neçə-neçə  böyük  məna  və  mətləblər  aşılayır.  Bu  misilsiz 

incilər  insan  taleyi,  cəmiyyət  həyatı  ilə  bağlılıqdan,  əməyə,  torpağa,  zəruri  həyat 

nemətlərinə  qayğı  və  məhəbbətdən,  insanı  şər  işlərdən  uzaqlaşdırmaq,  halallığa, 

xeyirxahlığa, ədəb-ərkanlı davranışa səsləmək arzusundan doğub. 

Hikmətli  söz  xəzinəmizin  həmin  müdrik  inciləri  bir  çox  hallarda  gündəlik 

həyatımızın nəbzi ilə vurmuş, ümumi və konkret işlərimizə istiqamət vermiş, təbiətin, 

torpağın, onun nemətlərinin qədrini bilməyə, onlardan səmərəli şəkildə bəhrələnməyə, 

gələcək nəsillər üçün qoruyub saxlamağa, daha da barlı-bərəkətli etməyə çağırmışlar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


447 

 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin