Səhiyyə və yoxsulluq arasında əlaqə müxtəlif və mürəkkəbdir. Yoxsulluq insanları
xəstəliklərə qarĢı daha həssas edir və onların xəstələnən zaman mübarizə aparmaq və yaxĢılaĢmaq
imkanlarını azaldır. Səbəb əlaqəsi də əks istiqamətə hərəkət edir, çünki sağlamlığın yaxĢı
olmaması gəlirin itirilməsi və ya yüksək tibbi ödəniĢlərə səbəb olursa, bu, yoxsullaĢmaya gətirib
çıxara bilər. Bu fəsil iki məqsədlə bağlı məsələlərə diqqət yetirəcəkdir: (a) əhali, xüsusilə həssas
əhali arasında səhiyyə xidmətlərinin səviyyəsinin və bölgüsünün yaxĢılaĢdırılması; (b) maliyyə
müdafiəsinin yaxĢılaĢdırılması (xəstəlik səbəbindən yaranan yoxsulluğun qarĢısının alınması).
24
Bunların hər ikisi ilə bağlı olan siyasət məsələləri də qarĢıdan gələn səhiyyə islahatlarına diqqət
yetirməklə müzakirə ediləcəkdir.